Rəsmi Bakı Paşinyanın iddialarına cavab verdi


“Ermənistanın Naş naziri Nikol Paşinyanın 3 avqust tarixində hökumətin iclasında çıxışı zamanı növbəti dəfə Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyəti, eləcə də ərazi bütövlüyü və delimitasiya məsələsində beynəlxalq ictimaiyyəti yanlış məcraya yönləndirmək cəhdləri etməsi Ermənistan tərəfinin iki ölkə arasında normallaşma prosesinə müsbət töhfə vermək əvəzinə vəziyyəti gərginləşdirmək niyyətinin göstəricisidir”.

Bu barədə Azərbaycan XİN-in N.Paşinyanın Ermənistan hökumətinin iclasında çıxışı zamanı səsləndirdiyi iddialara dair şərhində qeyd olunub.

“Ermənistan tərəfinin 15 iyun tarixində Azərbaycan tərəfindən tikilmiş Həkəri körpüsündə, Azərbaycanın suveren ərazisində Azərbaycan bayrağını ucaldan sərhədçilərimizə atəş açmasının baş nazir N.Paşinyanın Azərbaycan tərəfindən təxribat kimi təqdim etməsi bir daha Ermənistanın həyata keçirdiyi təxribatlara bəraət qazandırdığını nümayiş etdirir.

Azərbaycanın Laçın yolunu bağladığı iddiasının heç bir əsasının olmadığı məlumdur. Azərbaycan Ermənistanın “humanitar yük” adı altında əvvəllər hərbi texnika və bir sıra digər qanunsuz daşınmalara cəlb olunmuş nəqliyyat vasitələri ilə Azərbaycana ölkəmizin icazəsi olmadan yüklərin daşınmasının qəbuledilməzliyini dəfələrlə diqqətə çatdırıb. Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyəti ölkəmiz tərəfindən tənzimlənir və Ermənistanın ölkəmizin ərazisində son üç ilə yaxın dövrdə qanunsuz fəaliyyətlər üçün sui-istifadəni davam etdirdiyi Laçın yoluna girişə və çıxışa nəzarət üçün olduqca böyük əhəmiyyət daşıyır. Beynəlxalq Ədalət Məhkəməsinin də 6 iyul tarixli qərarında bu sərhəd buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müraciəti yekdilliklə rədd etməsi, bir daha Ermənistan tərəfinin iddialarının əsassız olduğunu sübut edib.

6 oktyabr 2022-ci il tarixində Praqa görüşündə təsdiq olunduğu kimi, 1991-ci il Alma-Ata bəyannaməsinin Azərbaycan-Ermənistan arasında sərhədləri müəyyən etdiyini, Alma-Ata bəyannaməsinin delimitasiya üçün əsas kimi qəbul edildiyini bəyan edən Baş nazir Nikol Paşinyanın eyni zamanda, Azərbaycana qarşı ərazi iddialarını davam etdirməsi, Azərbaycan ərazisində Ermənistanın işğalı nəticəsində yaradılmış qondarma rejimi təbliğ etməsi Ermənistanın ərazi bütövlüyü və suverenliyə, eləcə də delimitasiya prosesinə sadiq olmadığını nümayiş etdirib.

İnsanlıq əleyhinə cinayət törətmiş şəxs olan Vaqif Xaçatryanın həbsi ilə bağlı ictimaiyyəti yanlış yönləndirən Ermənistan tərəfinə bir daha xatırlatmaq istərdik ki, beynəlxalq humanitar hüquqda müharibə cinayətkarlarına qarşı müvafiq tədbirlər görülməsinə mane olan heç bir məhdudiyyət yoxdur. Bu şəxsin həbsi Azərbaycan qanunvericiliyi və beynəlxalq hüquq çərçivəsində həyata keçirilib.
Ermənistan tərəfi 30 ilə yaxın işğal dövründə azərbaycanlılara qarşı soyqırımı daxil insanlıq əleyhinə cinayətlər və kütləvi qırğınlar törədilməsinə görə məsuliyyət daşıyan şəxsləri müdafiə etmək və onların əməllərini ört-basdır etmək əvəzinə, onların cinayət məsuliyyətinə cəlb edilməsi işinə dəstək verməlidir.

Ermənistan tərəfi həqiqətən də bölgədə sülh və sabitlikdə maraqlıdırsa, o cümlədən Azərbaycanın ərazi bütövlüyü və suverenliyini yalnız sözdə deyil, əməldə də dəstəkləyirsə, bu kimi təhrikçi addımlardan çəkinməli, Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün təklif etdiyi “Ağdam-Xankəndi” yolundan və digər alternativ yollardan istifadəni dəstəkləməlidir. Ermənistan tərəfi həmçinin Azərbaycanın erməni sakinlərin reinteqrasiyası üzrə səylərinə maneçilik törətməməlidir”, - deyə məlumatda bildirilir.

Son xəbərlər

Portuqaliya Ronaldosuz qalib gəldi

İlham Əliyev Zəfər parkında olub - FOTOLAR

Afiq Göyçəli : Yol ölçürsən paxıllığın taxtına - FOTO

İrandan xəbərdarlıq: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"

Bakının bu ərazilərində işıq olmayacaq

Meloni İlham Əliyevə təşəkkür etdi

Murad Adıgözəlzadə baba oldu - FOTO

Xəlil Mirzə : Beş dəlikli kaftar yuvası. (Müqəddəs Zəfər: 10-cu hekayə)

Adilə Aslanova : QALİB QƏHRƏMAN - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib

Ronaldo mühüm matçda oynamayacaq

Qaradağda Şəhidlərin xatirəsi yad edildi - FOTOLAR

Türkiyədə ağır qəza - Xeyli sayda ölən və yaralanan var

İnsan beyni haqqında çoxlarının inandığı əsas miflər

Şakiranın 20 il sonrakı səfəri bu ölkədə bahalaşmaya səbəb oldu

"Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq" - Ərdoğan

MƏN ARZUMA ÇATDIM... - FOTO

"İncə fikirlər" layihəsinin bu dəfəki qonağı filoloq, ədəbi təhlilçi və tənqidçi, şair Şəhla xanım Rəvandır - FOTO

Novruzəli Aslanov: “Enerji potensialı rəqəmsal iqtisadiyyatın inkişafına təkan verəcək mühüm amillərdən biridir”

"QOŞMA ƏDƏBİ MƏCLİSİ"- də, ANIM GÜNÜ qeyd olundu - FOTOLAR

Vətəndaşlar Hərbi Memorial Məzarlığı ziyarət edir - Fotolar

Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib

Azərbaycanın Xarici İşlər Nazirliyi 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb

Salah stadionun meydançası sintetik örtüklü olduğu üçün oynamayacaq

İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib

Azərbaycanda Anım Günüdür

"Putin danışıqlardan yayınmaq üçün daim bəhanələr tapır" - Zelenski

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930