Azərbaycanlı tələbələr Ural Federal Universitetinin “Yay universiteti-2023” layihəsində iştirak ediblər - FOTO
İyulun 10-dan 21-dək Rusiyanın ən böyük və aparıcı universitetlərindən biri olan Ural Federal Universiteti (UrFU) Azərbaycan, Özbəkistan, Qırğızıstan, Belarus, Qazaxıstan, Türkmənistan, Tacikistan, Gürcüstan, Çin, Misir, Yəmən, Kolumbiya, Serbiya, Hindistan və digər ölkələrdən olan əcnəbi tələbələr üçün “Yay universiteti” tədris proqramının təşkilatçısı və keçirilmə yeri olub.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 300 iştirakçı Rusiya və onun təhsil sistemi ilə tanış olmaq üçün Yekaterinburqa gəlib. Onlar sosial layihələşdirilmə, media, iqtisadiyyat və biznes kimi sahələrdə rəqəmsallaşdırma və informasiya texnologiyaları ilə əlaqədar olan müasir dünyada ən çox tələb olunan 12 hazırlıq istiqamətləri üzrə təlim keçiblər. İştirakçılar layihə fəaliyyətinin əsaslarını öyrənib, öz peşə istiqamətləri üzrə ekspertlərin mülahizələrini dinləyiblər.

“Yay universiteti” əcnəbi tələbələrə qiymətli peşəkar bilik və bacarıqlar əldə etmək, Rusiyanı daha yaxşı tanımaq imkanı verib. “Biz əcnəbi tələbələrin UrFU-da komfort şəraitdə qalmaları və təlim keçmələrini təmin etmək üçün əlimizdən gələni edirik – yeni mühitə uyğunlaşmaq üçün lazımi dəstək və yardım göstəririk, dil kursları, mədəni tədbirlər təşkil edirik, yaşayış üçün komfort şərait təklif edirik. Ən vacibi isə uğurlu karyera qurmaq üçün keyfiyyətli ali təhsil təklif edirik. “Yay universiteti”nin dinləyiciləri UrFU ilə tanış olublar və universitetin malik olduğu nəhəng imkanlar spektrini öz gözləri ilə görə biliblər”, — deyə UrFU-nun rektoru Viktor Kokşarov qeyd edib.

Bundan başqa, “Yay universiteti”nin tələbələrinə aktiv sosial-mədəni proqram təqdim olunub: onlar bir çox görməli yerlərdə olublar (Avropa ilə Asiya qitələrinin sərhədində olublar və “Avropa-Asiya” stelinə baxıblar), idman yarışlarında iştirak ediblər.

Layihə iştirakçıları “İnnoprom” beynəlxalq sənaye sərgisində də olublar və müasir sənayenin ən aktual mövzuları ilə tanış olublar: avtomatlaşdırma və robototexnika, rəqəmsal istehsalat, nəqliyyat maşınqayırması və bir çox digərləri.

Azərbaycanlı tələbə Sevinc Məmmədova UrFU-dakı “Yay universiteti” barədə deyib: “Müxtəlif mədəniyyətlər, ölkələrə aid insanlarla tanış olmaq çox xoş idi. Biz çətin dərs və əyləncəli oyunları birləşdirə bildik ki, bu da çox gözəl idi”.
Azərbaycanlı tələbələr Ural Federal Universitetinin “Yay universiteti-2023” layihəsində iştirak ediblər - FOTO
Azərbaycanlı tələbələr Ural Federal Universitetinin “Yay universiteti-2023” layihəsində iştirak ediblər - FOTO

Son xəbərlər

Portuqaliya Ronaldosuz qalib gəldi

İlham Əliyev Zəfər parkında olub - FOTOLAR

Afiq Göyçəli : Yol ölçürsən paxıllığın taxtına - FOTO

İrandan xəbərdarlıq: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"

Bakının bu ərazilərində işıq olmayacaq

Meloni İlham Əliyevə təşəkkür etdi

Murad Adıgözəlzadə baba oldu - FOTO

Xəlil Mirzə : Beş dəlikli kaftar yuvası. (Müqəddəs Zəfər: 10-cu hekayə)

Adilə Aslanova : QALİB QƏHRƏMAN - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib

Ronaldo mühüm matçda oynamayacaq

Qaradağda Şəhidlərin xatirəsi yad edildi - FOTOLAR

Türkiyədə ağır qəza - Xeyli sayda ölən və yaralanan var

İnsan beyni haqqında çoxlarının inandığı əsas miflər

Şakiranın 20 il sonrakı səfəri bu ölkədə bahalaşmaya səbəb oldu

"Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq" - Ərdoğan

MƏN ARZUMA ÇATDIM... - FOTO

"İncə fikirlər" layihəsinin bu dəfəki qonağı filoloq, ədəbi təhlilçi və tənqidçi, şair Şəhla xanım Rəvandır - FOTO

Novruzəli Aslanov: “Enerji potensialı rəqəmsal iqtisadiyyatın inkişafına təkan verəcək mühüm amillərdən biridir”

"QOŞMA ƏDƏBİ MƏCLİSİ"- də, ANIM GÜNÜ qeyd olundu - FOTOLAR

Vətəndaşlar Hərbi Memorial Məzarlığı ziyarət edir - Fotolar

Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib

Azərbaycanın Xarici İşlər Nazirliyi 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb

Salah stadionun meydançası sintetik örtüklü olduğu üçün oynamayacaq

İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib

Azərbaycanda Anım Günüdür

"Putin danışıqlardan yayınmaq üçün daim bəhanələr tapır" - Zelenski

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930