Azərbaycanın diaspor təşkilatları Laçın yolu ətrafında yaranmış vəziyyətlə bağlı bəyanat yayıb
Azərbaycanın diaspor təşkilatları Laçın-Şuşa-Xankəndi yolu ətrafında yaranmış vəziyyətlə bağlı bəyanat yayıb.

AZƏRTAC bəyanatı təqdim edir: “Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriçin Azərbaycanın Qarabağ bölgəsindəki erməni sakinlər üçün təchizat məsələsi ilə bağlı 2023-cü il 28 iyul tarixli bəyanatı bizdə böyük təəccüb və təəssüf hissi yaratdı. Bu açıqlama Şuranın Nizamnaməsində, İnsan Hüquqları üzrə Avropa Konvensiyasında və Ümumdünya İnsan Hüquqları Bəyannaməsində təsbit olunmuş məqsəd və prinsiplərə ziddir.

Azərbaycanın diaspor təşkilatları bildirir ki, ölkəmizin Qarabağ bölgəsində yaşayan ermənilərin guya blokadaya alınması və humanitar fəlakətlə üzləşməsi barədə deyilənlər Ermənistanın beynəlxalq ictimai rəyi çaşdırmaq üçün əl atdığı növbəti böhtan və cəfəngiyatdır. Belə ki, 2020-ci ildə 44 gün davam edən və Azərbaycanın tarixi Zəfəri ilə başa çatan İkinci Qarabağ müharibəsindən qısa müddət sonra rəsmi Bakı 30 illik işğala və məşəqqətlərə baxmayaraq, iki ölkə arasında bir-birinin ərazi bütövlüyünün, suverenliyinin və sərhədlərinin qarşılıqlı tanınması və hörmət edilməsi əsasında münasibətlərin normallaşmasına dair baza prinsipləri, həmçinin sülh müqaviləsi təklifi ilə çıxış edib. Ermənistan tərəfi bu sülh təşəbbüslərinə uzun müddət cavab verməsə də və müxtəlif bəhanələrlə prosesi ləngitsə də, Azərbaycan tərəfi qətiyyət göstərərək sülh müqaviləsi, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması istiqamətində təşəbbüslərin irəlilədilməsi üçün xoşməramlı səylərini davam etdirib. Azərbaycanın hakimiyyət orqanları tərəfindən Qarabağ bölgəsinin yerli erməni sakinləri ilə dialoq istiqamətində ardıcıl addımlar atılıb, yeni Laçın yolunun tikintisi qısa müddətdə başa çatdırılıb və yol istifadəyə verilib.

Ermənistan tərəfi isə bunun əksinə, “beynəlxalq mexanizm çərçivəsində Bakı-Xankəndi danışıqları vasitəsilə Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi” kimi əsassız təkliflə çıxış edərək, Azərbaycan və yerli erməni sakinlər arasında təmaslara maneçilik törədib və faktiki olaraq ölkəmizə qarşı ərazi iddialarını başqa ad altında davam etdirib. Eyni zamanda, 2020-ci il 10 noyabr tarixli üçtərəfli razılaşmaya zidd olaraq, öz hərbi birləşmələrini Azərbaycan ərazisindən çıxarmayıb, mina xəritələrini rəsmi Bakıya təqdim etmək əvəzinə, ölkəmizin ərazilərini minalamağa davam edib. Nəticədə 2020-ci ilin noyabr ayından bəri ikisi jurnalist olmaqla, 303 azərbaycanlı minaların qurbanına çevrilib.

Azərbaycan sərhədlərinə nəzarət və Ermənistanın qeyri-qanuni fəaliyyətinin qarşısını almaq məqsədilə özünün suveren ərazilərində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi təsis edib. Azərbaycan tərəfindən erməni sakinlərin, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) və Rusiya sülhməramlı kontingentinin sərhəd-buraxılış məntəqəsindən keçidinin təmin olunmasına baxmayaraq, Ermənistan tərəfi Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətini davam etdirmək məqsədilə bölgədə saxta “gərgin humanitar vəziyyət” barədə iddialar yayıb. Eyni zamanda, iyunun 15-də Azərbaycan sərhədçilərinin atəşə tutulması, qaçaqmalçılığa cəhd edilməsi, iyulun 26-da yük avtomobillərinin Azərbaycan ərazilərinə icazəsiz göndərilməsi kimi təxribatlar törədib.

Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla, bir sıra təkliflər irəli sürməsinə, onların Avropa İttifaqı, BQXK tərəfindən dəstəklənməsinə baxmayaraq, erməni tərəfinin bu təkliflərə qarşı çıxması, alternativ yollara beton maneələr düzməklə əraziyə girişi bloklaması Ermənistanın humanitar vəziyyət barədə iddialarının siyasi şantaj və manipulyasiya olduğunu bir daha göstərib.

Azərbaycanın diaspor təşkilatları bəyan edir ki, Ermənistanın məqsədi bölgəyə üçüncü tərəfləri cəlb etmək, gərginliyin coğrafiyasını genişləndirmək və sülh prosesini iflasa uğratmaqdan ibarətdir. Son günlər baş verən bütün bu təxribatlara görə məsuliyyət Azərbaycan ərazilərində qanunsuz hərbi mövcudluğu davam etdirən, separatizmi təşviq edən və reinteqrasiya səylərinə əngəl törədən Ermənistan və onun rəhbərliyinin üzərinə düşür. Eyni zamanda, 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində Ermənistandan və Azərbaycanın işğal olunmuş ərazilərindən zorla qovulmuş bir milyona yaxın azərbaycanlının çəkdiyi iztirablara, Ermənistanın 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində soyqırımı törətməsinə, 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlamasına, Naxçıvan Muxtar Respublikasını 32 ildir blokadaya almasına, son üç il ərzində Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğuna, Ermənistanın kommunikasiyaların açılmasına maneçilik törətməsinə göz yuman bir sıra ölkələrdən və beynəlxalq təşkilatlardan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyi, daxili işlərinə qarışmamağı və ikili standartlar siyasətinə son qoymağı tələb edirik”.

Son xəbərlər

Tramp administrasiyası idxalçılara 100 milyard dollarlıq gömrük rüsumunu geri qaytarıb

22 milyonluq təklifi rədd etdi, “Real”la bağlı hər şeyi sildi

Azərbaycan Qızıl Aypara Cəmiyyətində görüş

"Fənərbağça" ÇL-də "Şturm"a qalib gəldi

Sulutəpədə avtoservisdə yanğın baş verib

Üç uşaq anası estetik əməliyyatdan sonra ölüb - “Bacımı torpağın altına qoydu...”

Daşdəmir ƏJDƏROĞLU : BİR ÖMRÜN İŞIĞI - FOTOLAR

Makron Ukraynanı terror törətməyə çağırıb

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

"Mənə aid edilən bəzi fikirlər təhrif olunub" - Hikmət Hacıyev

“Yeraltı”nın aktyorları sevgilidir - “Melek”in atası prokurorluğa şikayət etdi

45 yaşını belə qeyd etdi - Foto

AZƏRBAYCAN ƏHALİSİNİN CƏMİ 4.6 FAİZİ 70 YAŞ HƏDDİNİ KEÇİR

Azərbaycanda sosial şəbəkələrlə bağlı yeni mərhələ: Uşaqlar necə qorunacaq?

Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub

Pezeşkian: İran Qəzza üzrə danışıqlarda HƏMAS-ın mövqeyini dəstəkləyəcək

Naxçıvan, Ordubad və Culfanın yeni icra başçıları kollektivlərə təqdim ediliblər

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Nigar Fərhadın əri həbs edildi

Məşhur cütlüyün nişan üzüklərinin qiyməti diqqət çəkdi - FOTO

Vüsal Aslanovdan yeni rəis - Təyinatları

Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşib

BİR ABIRLI İNSAN KÖÇDÜ DÜNYADAN - OQTAY KƏRİMOV... FOTİLAR

Ömrün ən müdrik və gözəl zirvəsi - FOTO

Macarıstan məktubları.. - FOTO

1 MİLYON TİRAJLI "SƏHƏR" QƏZETİNİN İŞIĞI

Beynəlxalq İşıqfor Günü...

Çin ABŞ-yə qarşı sanksiyalar tətbiq edib və ixrac məhdudiyyətlərini sərtləşdirib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31