Diaspor nümayəndələrinin Şuşaya 10-cu səfəri gerçəkləşib
Tətillərini Azərbaycanda keçirməyə üstünlük verən diaspor nümayəndələrinin mədəniyyət paytaxtımız Şuşaya 10-cu səfəri gerçəkləşib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, “Dəmir yumruğun gücü ilə Şuşadayıq” layihəsi çərçivəsində doqquzuncu dəfə gerçəkləşən səfərdə 20 ölkədən gələn 70-dən çox diaspor nümayəndəsi iştirak edib.

Səfər proqramına ənənəvi olaraq “Bazarbaşı” meydanının, Cıdır düzünün, “Güllələnmiş heykəllər”in yerləşdirildiyi meydanın, Şuşa Bəyannaməsinin imzalandığı məkanın, Xurşidbanu Natəvanın evinin, “Xan qızı bulağı”nın, Molla Pənah Vaqifin məqbərəsinin, Üzeyir Hacıbəylinin heykəlinin, Bülbülün ev-muzeyinin, Gəncə Qapısının, Saatlı, Aşağı və Yuxarı Gövhər Ağa məscidlərinin və digər görməli yerlərin ziyarəti daxil edilib. Diaspor nümayəndələrinə Qarabağın incisi olan Şuşada aparılan yenidənqurma və abadlıq işləri ilə bağlı məlumat verilib.

Səfərin sonunda diaspor nümayəndələri Cıdır düzündə Azərbaycan bayrağı ilə “Yallı” sədaları altında rəqs ediblər. Onlar bu xoşbəxtliyi xalqımıza bəxş edən Müzəffər Ali Baş Komandana və Azərbaycan Ordusuna təşəkkür ediblər. Eyni zamanda, onlara xüsusi diqqət və qayğı göstərən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayında səsləndirdiyi tövsiyələrdə xaricdə yaşayan soydaşlarımızın hər il tarixi vətənlərini, xüsusilə də azad edilmiş torpaqlarımızı ziyarət etməsinin önəminə diqqət cəlb edilmişdi.

Komitə 2021-ci ildə dörd dəfə (27 iyul, 17 avqust,9 oktyabr və 2 dekabr), 2022-ci ildə üç dəfə (26 iyul, 17 avqust, 7 sentyabr), 2023-cü ildə isə iki dəfə (29 iyun və 8 iyul) diaspor nümayəndələrinin Şuşa şəhərinə səfərlərini təşkil edib. “Biz Dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı ilə reallaşan səfərlər Azərbaycan diaspor tarixinin ən mühüm hadisələrindən biridir.

Bundan başqa, Komitə mütəmadi olaraq beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında böyük rol oynayan xarici jurnalistlərin və elm adamlarının Şuşaya, eləcə də işğaldan azad edilmiş digər rayonlara səfərlərini təşkil edir.
Diaspor nümayəndələrinin Şuşaya 10-cu səfəri gerçəkləşib
Diaspor nümayəndələrinin Şuşaya 10-cu səfəri gerçəkləşib

Son xəbərlər

Portuqaliya Ronaldosuz qalib gəldi

İlham Əliyev Zəfər parkında olub - FOTOLAR

Afiq Göyçəli : Yol ölçürsən paxıllığın taxtına - FOTO

İrandan xəbərdarlıq: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"

Bakının bu ərazilərində işıq olmayacaq

Meloni İlham Əliyevə təşəkkür etdi

Murad Adıgözəlzadə baba oldu - FOTO

Xəlil Mirzə : Beş dəlikli kaftar yuvası. (Müqəddəs Zəfər: 10-cu hekayə)

Adilə Aslanova : QALİB QƏHRƏMAN - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib

Ronaldo mühüm matçda oynamayacaq

Qaradağda Şəhidlərin xatirəsi yad edildi - FOTOLAR

Türkiyədə ağır qəza - Xeyli sayda ölən və yaralanan var

İnsan beyni haqqında çoxlarının inandığı əsas miflər

Şakiranın 20 il sonrakı səfəri bu ölkədə bahalaşmaya səbəb oldu

"Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq" - Ərdoğan

MƏN ARZUMA ÇATDIM... - FOTO

"İncə fikirlər" layihəsinin bu dəfəki qonağı filoloq, ədəbi təhlilçi və tənqidçi, şair Şəhla xanım Rəvandır - FOTO

Novruzəli Aslanov: “Enerji potensialı rəqəmsal iqtisadiyyatın inkişafına təkan verəcək mühüm amillərdən biridir”

"QOŞMA ƏDƏBİ MƏCLİSİ"- də, ANIM GÜNÜ qeyd olundu - FOTOLAR

Vətəndaşlar Hərbi Memorial Məzarlığı ziyarət edir - Fotolar

Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib

Azərbaycanın Xarici İşlər Nazirliyi 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb

Salah stadionun meydançası sintetik örtüklü olduğu üçün oynamayacaq

İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib

Azərbaycanda Anım Günüdür

"Putin danışıqlardan yayınmaq üçün daim bəhanələr tapır" - Zelenski

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930