Cüdoçularımız XVII Avropa Gənclər Olimpiya Festivalında daha dörd medal qazanıblar
“Maribor-2023” XVII Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində keçirilən cüdo yarışları davam edir. Bu gün Azərbaycan komandasının dörd (2 oğlan, 2 qız) üzvü tatami üzərinə çıxıb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, təmsilçilərimiz günü 2 qızıl və 2 bürünc medalla başa vurublar.

Komandamıza qızıl medalları Vüsalə Hacıyeva (48 kq) və Xədicə Qədəşova (52 kq), bürünc medalları isə Məhəmməd Musayev (60 kq) və Cəsur İbadlı (66 kq) qazandırıblar.

Mübarizəyə səkkizdəbir finalda Rumıniya təmsilçisi Lorena Mandan üzərində qələbə ilə başlayan V.Hacıyeva növbəti görüşdə italiyalı Janka Juttnerə qalib gəlib. Avropa çempionu yarımfinalda fransalı Selia Maillardı da üstələyərək adını finala yazdırıb. Həlledici görüşdə də parlaq çıxışını davam etdirən cüdoçumuz ispaniyalı Aitana Diaz Hernandesi məğlub edərək XVII Avropa Gənclər Olimpiya Festivalında komandamıza ilk qızıl medalı qazandırıb.

Cüdoçumuz Xədicə Qədəşova da uğurla çıxış edərək finala vəsiqə əldə edib. O, ardıcıl olaraq Martina de Kresçenzo (İtaliya), Elise Rustige (Niderland) və Marlene Şinvalda (Avstriya) qalib gəlib. Cüdoçumuz qızıl medal uğrunda həlledici görüşdə ispaniyalı Adriana Hevia Saezə qalib gələrək “Maribor-2023”ün qızıl medalına layiq görülüb.

Oğlanların mübarizəsində isə Məhəmməd Musayev 1/16 finalda polşalı Yakob Kurovskiyə qalib gəlsə də, növbəti mərhələdə rumıniyalı Tudor Mosoi ilə görüşdə məğlub olub. Üçüncü yer uğrunda təsəlliverici görüşdə mübarizə aparan idmançımız ardıcıl olaraq Roman Dekan (Slovakiya), Amsar Damladinov (Belçika) və Tornike Cicauriyə (Gürcüstan) qalib gələrək bürünc medala sahib çıxıb.

Komandamızın digər üzvü Cəsur İbadlı da mübarizəyə 1/16 finaldan başlayıb. Ardıcıl olaraq rumıniyalı Andrei Buqa, fransalı Kais Quettari və niderlandlı Bazile la Fontaynedən üstün olan cüdoçumuz yarımfinalda gürcüstanlı Mate Qveleşianiyə uduzub. Üçüncü yer uğrunda görüşdə moldovalı Renat Kroitorla qarşılaşan cüdoçumuz rəqibinə qalib gələrək komandamızın aktivinə növbəti bürünc medalı yazdırıb.

Qeyd edək ki, ötən gün milli komandamızın üzvləri Nihad Məmişov (50 kq) və Ayxan Mirzəzadə (55 kq) bürünc medal əldə ediblər.

Son xəbərlər

İŞIĞIN İŞIĞINA

Bəhruz Məmmədov : Təbiətdən öyrənə bilmədiklərimiz... - FOTO

“Qızım babası kimi siyasətçi olacaq”

35 yaşlı futbolçu oyun zamanı infarkt keçirdi

Dünyanın ən güclü ordusunu yaratmağı hədəfləyir

Moskvada 200-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib

"Neftçi" "Turan Tovuz"la matçda xal itirdi

Qubadlının işğaldan azad edilməsindən 6 il ötür

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Gülnarə Məhəmmədqızı : Həyat Səhnəsi - FOTO

İcra başçısı şəhidin anım mərasimində iştirak edib - FOTOLAR

"İlham Əliyev arzularımızı gerçəkləşdirdi" - İnfantino (FOTOLAR)

Balaca azərbaycanlı rəssamlar Parisdə ölkəmizin mədəniyyətini dünyaya tanıdırlar - FOTOLAR

“Titanik”in batmasının sirri AÇILDI: əslində necə baş verməsi haqda YENİ FAKTLAR

Kartdan-karta pul köçürənlərə vacib xəbər

Şükür də ilahi vergidir

Nev vəfat etdi

Dilarə Əliyevaya yeni vəzifə verildi

Məşhur ailənin gəlini bu addımı ilə diqqət çəkdi

Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə

Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

İllərdir səhv edirik: İsti yeməyi soyuducuya qoymaq olmaz, doğrudanmı?

Uşaqlar üçün fərdi, yoxsa qrup dərsləri daha faydalıdır?

Komaya düşdüyü deyilirdi - Çinə səfər etdi

Sabah Bakıda yağış yağacaq

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031