Yunan-Roma güləşçilərimiz U-23 Avropa çempionatında üç qızıl medal qazanıblar - FOTO
Yunan-Roma güləşçilərimiz U-23 Avropa çempionatında üç qızıl medal qazanıblar - FOTO
Yunan-Roma güləşçilərimiz U-23 Avropa çempionatında üç qızıl medal qazanıblar - FOTO
Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, mübarizəyə dörddəbir finaldan qoşulan yunan-Roma güləşçimiz Elmir Əliyev (60 kq) türk Mert İlbarsla gərgin keçən görüşdə əzmkar qələbə qazanıb. Həmyerlimiz yarımfinalda gürcüstanlı Dimitre Xaçidzeni üstələyib. E.Əliyev finalda israilli Melkamu Fetene ilə qarşılaşıb və rəqibinə qalib gələrək Avropa çempionu olub.

Qurban Qurbanov (72 kq) ilk mərhələdə xorvatiyalı Luka Malobabiçi vaxtından əvvəl xalçadan məyus yola salıb. Təmsilçimiz səkkizdəbir finalda rumıniyalı İqor Botezdən güclü olub. Güləşçimiz dörddəbir finalda finlandiyalı Coni Komppaya qalib gəlib. Yarımfinalda gürcüstanlı Giorgi Çixvadzeylə görüş gərgin mübarizə şəraitində keçib. Sonuncu xal prinsipinə əsasən (1:1) rəqibini üstələyən güləşçimiz adını finala yazdırıb. Q.Qurbanov həlledici qarşılaşmada ukraynalı İrfan Mirzoyevə heç bir şans verməyib. Rəqibinə tam üstünlüklə qalib gələn güləşçimiz ölkəmizə ikinci qızıl medalı qazandırıb.

Yunan-Roma güləşçimiz Murad Əhmədiyev (97 kq) debütdə serbiyalı Luka Katiçə qalib gəlib. Pəhləvanımız dörddəbir finalda ukraynalı Aleksandr Yevdokimovu məğlub edib. M.Əhmədiyev yarımfinalda almaniyalı Lukas Lazogianisi üstələyərək finalda macarıstanlı Aleks Şokeyə rəqib olub. Finalda rəqibini əks-fənddə yaxalayan güləşçimiz “tuşe” ilə qalib gələrək Avropa çempionu olub.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Xasay Həsənli (77 kq) gümüş medal qazanıb. Yunan-Roma güləşi üzrə Azərbaycan millisi U-23 dünya çempionatını 3 qızıl və 1 gümüş medalla başa vurub.

Son xəbərlər

Tramp: ABŞ-a İran nefti lazım deyil

Tramp Ukraynadakı münaqişənin tezliklə başa çatacağını düşünür

Millətlər Liqasında IV tura yekun vurulub

Sağlam ürək üçün yumurtanı belə bişirmək lazımdır

Kəmaləddin Heydərov polkovniki vəzifəsindən azad etdi - FOTO

İspaniya Xorvatiyanı məğlub etdi

Əri tərəfindən döyülən hamilə qadın uşağını itirdi

“Düşünürdüm ki, bu mənim üçün ən asanı olacaq” - Tramp

Zeynəb Cəmaləddin : Aman Rəbbim, qoru məni bu gözdən - FOTO

SÖZÜN İÇİNDƏ YAŞAYAN QADIN

NARAHAT OLMA, ATA...

Bu ölkə "Avroviziya"dan imtina etdi

Mənim burda ahlarımdan Sibirdə Baykal gölü bir az sola çəkili -Sevinc YUNUSLU

Sumqayıtda məktəb direktoru vəfat etdi

17 oktyabr 2026-cı il tarixdə Hicran Faiq Əhmədlinin kitab təqdimatı keçiriləcək.

Kleopatra haqqında tarixçilərin susduğu 6 utanc verici fakt

Türkiyədə qanunsuz miqrantlar saxlanıldı

Sazın sehrində, sözün qüdrətində yaşayan ömür - Aşıq Altay Məmmədli

Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi

Həccə gedəcək azərbaycanlılarla bağlı yeni qaydalar açıqlandı

Fransada tələbə üsyanı böyüyür - Fotolar

Hollivudda tarixi razılaşma - 110 milyardlıq nəhəng şirkət quruldu

İçkili halda maşın sürən Blok3 belə cəzalandırıldı

Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb

Naxçıvan mədəniyyət nazirinə müavin təyin edilib

Azərbaycanın çoxvektorlu diplomatiyası - İlham Əliyevin yeni mesajları - ŞƏRH

Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

Hörmüz boğazında gəmiyə zərbə endirilib, 11 hindistanlı yaralanıb

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031