Xəbərlər
25.07.2023, 22:04
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclasında Baş Prokurorluğun sorğusuna baxılıb
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.2-ci, 159.1-ci, 159.3-cü, 159.3-1-ci, 159.8-1-ci, 163.2-ci, 163.4-cü, 446.1.2-ci, 448.1.1-ci və 448.1.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Baş Prokurorluğunun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.
Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun sentyabrın 5-nə təyin edilmiş iclasında baxılacaq.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay