
Xəbərlər
3.07.2023, 01:29
Şahməmməd Dağlaroğlu: Yaxınlara, uzaqlara... arxalara, dayaqlara... yatmışlara, oyaqlara salam olsun!!!
Yaxınlara, uzaqlara... arxalara, dayaqlara... yatmışlara, oyaqlara salam olsun!!!
Yeriniz görünür...
Allah bir yaradıb, niyə bölürük,
Aqilə, cahilə biz adamları?
Fərqli doğuluruq, fərqli ölürük,
Tanıdır qoyduğu iz adamları.
Beşimiz ağıllı, onumuz dəli,
Birimiz əl tutan, üçümüz zəli.
Qıra, məngənədir kiminsə əli,
Qabağa buraxmır düz adamları.
Hamıdan yan keçib, tuturuq birin,
Deyirik hamıdan olacaq şirin.
Öndə imtahanı İnkir-Minkirin,
Boşa sınamayın siz adamları.
Ha yana baxırsan bardı, baratdı,
Bulud yağış tökdü, göylər qar atdı.
Tanrı kainatı sözlə yaratdı,
Yeriniz görünür, söz adamları.
Şahməmməd, tikandır, ya da güldür ər,
Dost atan özünü yada güldürər.
İnsanı ağladar, ya da güldürər,
Qoyar məzara da öz adamları.
Allah bir yaradıb, niyə bölürük,
Aqilə, cahilə biz adamları?
Fərqli doğuluruq, fərqli ölürük,
Tanıdır qoyduğu iz adamları.
Beşimiz ağıllı, onumuz dəli,
Birimiz əl tutan, üçümüz zəli.
Qıra, məngənədir kiminsə əli,
Qabağa buraxmır düz adamları.
Hamıdan yan keçib, tuturuq birin,
Deyirik hamıdan olacaq şirin.
Öndə imtahanı İnkir-Minkirin,
Boşa sınamayın siz adamları.
Ha yana baxırsan bardı, baratdı,
Bulud yağış tökdü, göylər qar atdı.
Tanrı kainatı sözlə yaratdı,
Yeriniz görünür, söz adamları.
Şahməmməd, tikandır, ya da güldür ər,
Dost atan özünü yada güldürər.
İnsanı ağladar, ya da güldürər,
Qoyar məzara da öz adamları.
2 iyul 2023-cü il
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

