Şotlandiyada Azərbaycanla əməkdaşlıq məsələləri müzakirə edilib
Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov Şotlandiyanın paytaxtı Edinburq şəhərinə səfəri zamanı Şotlandiya parlamentinin sədri Alison Conston, eləcə də nazirlər və müxtəlif partiyalardan olan parlament üzvləri ilə görüşlər keçirib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, görüşlər zamanı hazırda Şotlandiyada fəal Azərbaycan icmasının mövcud olması və Şotlandiya universitetlərində çoxlu sayda azərbaycanlı tələbənin təhsil alması barədə məlumat verilib. Eyni zamanda neft və qaz sahəsində tarixi ənənəyə sahib olan Şotlandiyanın yaşıl enerjiyə keçid prosesində aparıcı rol oynadığı qeyd edilib və Azərbaycan üçün prioritet istiqamət olan bu sahədə əməkdaşlıq üçün böyük imkanların mövcud olduğu bildirilib. Məhz Şotlandiyanın bərpaolunan enerji mənbələrindən istifadə etməsi ilə bağlı təcrübə görüşlərin əsas müzakirə mövzusu olub.

Həmçinin görüşlərdə Şotlandiya cəmiyyətində müxtəlifliyə və tolerantlığa böyük önəm verildiyi üçün Azərbaycanın bu sahədə təcrübəsi və dünyada mədəniyyətlərarası dialoqu təşfiq etməsi həmsöhbətlər tərəfindən maraqla qarşılanıb. Səfir həmçinin regionda hazırkı vəziyyətlə bağlı Azərbaycan və Ermənistan arasında normallaşma prosesi və azad olunmuş ərazilərimizdə yenidənqurma və bərpa işləri, ərazilərin minalardan təmizlənməsi barədə məlumat verib. İşğal nəticəsində Azərbaycanın dağıdılmış ərazilərinin yenidən qurulması və bərpa olunması, o cümlədən ərazilərin minalardan təmizlənməsi təcrübəsinin iyun ayının 21-22-də Londonda keçirilən Ukrayna Bərpa Konfransında beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldığını bildirib.

Səfər zamanı həmçinin səfir Elin Süleymanov Şotlandiyanın aparıcı “Scotsman” qəzetinin jurnalistləri ilə görüşüb. Görüşün ardınca sözügedən qəzetdə dərc olunan məqalədə qonşu Ermənistanla dayanıqlı sülhə doğru irəliləmək istiqamətində Azərbaycan tərəfinin çağırışları barədə məlumat verilib. Məqalədə həmçinin Azərbaycanın təbii qaz istehsalı və bərpa olunan enerji sahəsi üzrə Avropa üçün aparıcı tərəfdaş olması işıqlandırılıb.

Edinburqda keçirilən görüşlərdə Şotlandiyadakı Azərbaycan icmasının fəal üzvləri Nərgiz Morrison və Fuad Ələkbərov da iştirak ediblər.

Son xəbərlər

Portuqaliya Ronaldosuz qalib gəldi

İlham Əliyev Zəfər parkında olub - FOTOLAR

Afiq Göyçəli : Yol ölçürsən paxıllığın taxtına - FOTO

İrandan xəbərdarlıq: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"

Bakının bu ərazilərində işıq olmayacaq

Meloni İlham Əliyevə təşəkkür etdi

Murad Adıgözəlzadə baba oldu - FOTO

Xəlil Mirzə : Beş dəlikli kaftar yuvası. (Müqəddəs Zəfər: 10-cu hekayə)

Adilə Aslanova : QALİB QƏHRƏMAN - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib

Ronaldo mühüm matçda oynamayacaq

Qaradağda Şəhidlərin xatirəsi yad edildi - FOTOLAR

Türkiyədə ağır qəza - Xeyli sayda ölən və yaralanan var

İnsan beyni haqqında çoxlarının inandığı əsas miflər

Şakiranın 20 il sonrakı səfəri bu ölkədə bahalaşmaya səbəb oldu

"Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq" - Ərdoğan

MƏN ARZUMA ÇATDIM... - FOTO

"İncə fikirlər" layihəsinin bu dəfəki qonağı filoloq, ədəbi təhlilçi və tənqidçi, şair Şəhla xanım Rəvandır - FOTO

Novruzəli Aslanov: “Enerji potensialı rəqəmsal iqtisadiyyatın inkişafına təkan verəcək mühüm amillərdən biridir”

"QOŞMA ƏDƏBİ MƏCLİSİ"- də, ANIM GÜNÜ qeyd olundu - FOTOLAR

Vətəndaşlar Hərbi Memorial Məzarlığı ziyarət edir - Fotolar

Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib

Azərbaycanın Xarici İşlər Nazirliyi 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb

Salah stadionun meydançası sintetik örtüklü olduğu üçün oynamayacaq

İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib

Azərbaycanda Anım Günüdür

"Putin danışıqlardan yayınmaq üçün daim bəhanələr tapır" - Zelenski

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930