Xəbərlər
29.06.2023, 01:25
Ciddədə atışma zamanı ABŞ konsulluğunun mühafizəçisi həlak olub
Ciddədə ABŞ konsulluğu qarşısında atışma zamanı silahlı şəxsi öldürülüb.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Məkkə dairə polisinin sözçüsü məlumat yayıb.
Onun sözlərinə görə, çərşənbə günü saat 18:45-də Ciddəki ABŞ konsulluğunun binası qarşısında dayanan avtomobildən əlində odlu silah olan şəxs düşüb. Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri vəziyyətə uyğun hərəkət edərək, atışma zamanı onu öldürüb.
ABŞ-ın Ciddədəki konsulluğunun mühafizəçisi də atışma zamanı həlak olub.
Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay