Bakıda İtaliyanın milli bayramı qeyd edilib - FOTOLAR
İtaliya Respublikasının qurulmasının 77-ci ildönümü münasibətilə iyunun 8-də Bakıda qəbul keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın və İtaliyanın Dövlət himnləri səsləndirilib.

İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri çıxış edərək ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə sürətlə inkişaf etdiyini və xüsusi səviyyəyə çatdığını bildirib.

O, Bakıda Azərbaycan-İtaliya Universitetinin yaradılmasına dair iki ölkə arasında sazişin imzalanmasının humanitar sahədə əlaqələrin daha da inkişafına zəmin yaratdığını vurğulayıb.

Azərbaycan Hökuməti adından çıxış edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ölkələrimiz arasında münasibətlərin dərin tarixi köklərə və möhkəm bünövrəyə malik olduğunu diqqətə çatdırıb. O deyib: “1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulanda ölkəmizdə İtaliyanın diplomatik nümayəndəliyi fəaliyyət göstərib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra İtaliya onun müstəqilliyi tanıyan ilk dövlətlərdən biri olub, Cənubi Qafqaz regionunda ilk diplomatik nümayəndəliyini məhz Bakıda açıb. Hazırda siyasi, iqtisadi və humanitar sahələrdə yüksək səviyyədə münasibətləri olan ölkələrimiz arasında strateji tərəfdaşlıq mövcuddur. İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Azərbaycan isə İtaliyanın ən böyük xam neft təchizatçısı və Cənubi Qafqazda ən böyük ixrac məntəqəsidir. İtaliya Prezidentinin 2018-ci ilin iyulunda Azərbaycana rəsmi, Azərbaycan Prezidentinin 2022-ci ilin sentyabrında İtaliyaya işgüzar səfərləri ölkələrimiz arasında dostluq münasibətlərinin yeni mərhələyə qədəm qoymasını səciyyələndirdi".

Nazir, həmçinin vurğulayıb ki, azad olunmuş ərazilərin bərpasına dəvət olunanlar arasında dost ölkə İtaliyanın şirkətləri də ön sıralardadır.

Muxtar Babayev bildirib ki, iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq dinamik inkişaf edən istiqamət olaraq insanlararası ünsiyyətin dərinləşməsinə mühüm töhfə verir. Ölkəmizlə İtaliya arasında ətraf mühitin mühafizəsi və iqlim dəyişmələri sahəsində də əməkdaşlıq mövcuddur.

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.
Bakıda İtaliyanın milli bayramı qeyd edilib - FOTOLAR
Bakıda İtaliyanın milli bayramı qeyd edilib - FOTOLAR
Bakıda İtaliyanın milli bayramı qeyd edilib - FOTOLAR
Bakıda İtaliyanın milli bayramı qeyd edilib - FOTOLAR

Son xəbərlər

Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib

UŞAQLIQ ILLƏRIMI XATIRLAYARKƏN ATAM VƏ ANAM XÜSUSI YADA DÜŞÜR - FOTOLAR

MƏN ŞEİR DEMƏYƏ QAÇIB GƏLMİŞƏM - FOTO

Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib

SÖZLƏ TƏBİƏT, İNSANLA ZAMAN ARASINDA

Sentyabrın pensiya ödənişləri yekunlaşıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib

Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

SEPAH İranın ABŞ ilə uzunmüddətli müharibəyə hazır olduğunu bildirib

Bu şəxslərə bitki çayı içmək olmaz

Amerika televiziya kanalları Trampın çıxışını səssiz yayımlayır - KİV

Tarixin ilk sülh müqaviləsinin fraqmenti tapıldı

Formula 1 yarışlarının məsafəsi 15 kilometr qısaldılacaq

Bakıda bu rayonda 52 qəzalı bina - Söküləcək

Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq

Messi daha bir rekordun astanasında

Borc üstündə silahlı toqquşma: ölənlər var

Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

Tramp Ağ Evdə yeni helikopter meydançasını açıb

27. 09.2026-də, saat 11:00-da hər biriniz QOŞMA ƏDƏBİ MƏCLİSİNƏ dəvətlisiniz

Əzizə Ağahüseynqızı : MƏN ŞEİR DEMƏYƏ QAÇIB GƏLMİŞƏM - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Hava limanında saxlanılan Afra sərbəst buraxıldı - Yenilənib

BİR ÖMRÜN GÖZƏL BAŞLANĞICI - FOTOLAR

1 milyardlıq mirasını xanımına vəsiyyət edib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 7-ci “Yaşıl dağ” ekoloji-sosial aksiyası keçirilib - FOTOLAR

"Google" 403 milyon avro cərimələndi

PAYIZ ƏTİRLİ YARADICILIQ...

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930