Məmurdan prezidentə ŞİKAYƏT: “Qusar rayon İcra başçısı torpaqları zəbt edərək milyonlar qazanır”
Qusar şəhər sakini 2-ci qrup əlil Ağamirzəyev Hacımirzə Ağamirzə oğlu Prezident İlham Əliyevə müraciət edib.

Müraciətdə bildirilir ki, Qusar Rayon İcra Hakimiyyəti başçısı Şair Alxasov, Qusar RİH başçısının birinci müavini Şahid Fərəməzov və İcra Hakimiyyətinin Siyasi və Humanitar məsələlər üzrə şöbə müdiri Elman Mustafayev rayonda mövcud qəbiristanlığı dağıdaraq, həmçinin qanunsuz olaraq torpaqları zəbt edib özünə yaşayış evləri və obyektlər tikdirirlər:

"Qusar Rayon İcra Hakimiyyəti Şair Alxasov, İH-in İctimai – Siyasi və Humanitar məsələlər üzrə şöbə müdiri Elman Mustafayev kənar rayonlardan işçi qüvvəsi və texnika cəlb etməklə, Qusarda mövcud xristian qəbristanlığını dağıdaraq, həmin qəbristanlıqda dəfn edilmiş "insanların sümüklərini torbalara yığdıraraq, tabut qalıqlarını, məzar daşlarını” avtomaşınlara ekskavatorla yüklədərək, Qusar şəhərin ətrafındakı ərazilərə daşıtdırıb.

Qusar RİHB-sı Şair Alxasov, təkcə qəbristanlıq ərazilərini zəbt etməmiş, onlar Qusar rayonda yeganə təbii park sayılan N. Nərimanov adına mərkəzi parkın torpaq sahəsini zəbt edərək, özünə həmin torpaq sahəsində ” Yaşıl Park ” adlı möhtəşəm restoran tikdirmişdir. Bayraq Meydanı ərazisində, Qusar meşə təsərrüfatına məxsus meşə fondunun torpaq sahəsini zəbt etməklə orada da restoran tikdirmiş, Qusarda mövcud internat məktəbin balansında olmuş 2 ha torpaq sahəni sənədləri qanunsuz dəyişdirib və sənədləri saxtalaşdırıb. Naməlum Sumqayıt şəhər vətəndaşına satmaqla milyonlarla vəsait əldə edib. Qusarda mövcud olmuş 4 saylı məktəbin 2 ha torpaq sahəsini qanunsuz zəbt etməklə, həmin torpaq sahədə yüksəkmərtəbəli, dəyəri milyonlarla qiyməti olan mehmanxana tikməklə istifadəyə vermiş, Qusar şəhərində mövcud, dövlət büdcəsinin vəsaiti ilə icra başçılar üçün tikilərək istifadəyə verilmiş binanı sökərək, həmin ərazidəki torpaq sahəni zəbt etmişdir. Qusarda uşaq bağçası kimi uzun müddət fəaliyyət göstərmiş xəstəxananın 2,5 ha torpaq sahəni zəbt edərək, həmin ərazidə özünə Təzə bazar tikməklə istifadətə vermiş, meşə fondunun yüzlərlə və digər ərazilərdə olan torpaq sahələrini qanunsuz zəbt etməklə, milyonlarla var – dövlət əldə etmişdir”.

3 uşaq atası, 63 yaşlı Hacımirzə Ağamirzəyev müraciətində Prezidentdən Şair Alxasovun qanunazidd hərəkətlərinə hüquqi qiymət verilməklə, onun 10 illik fəaliyyətinin yoxlanılmasına sərəncam verməsini, qanunsuz olaraq əldə etdiyi milyonlarla vəsaitin ondan alınaraq Dövlət büdcəsinə mədaxil edilməklə, barəsində cinayət işinin başlanması barədə qərar qəbul edilməsini xahiş edib.

Qarşı tərəfin fikirlərini almaq üçün cəhdlərimiz boşa çıxdı. Lakin onları işıqlandırmğa hər zaman hazırıq.

(Yenisabah)

Son xəbərlər

Azərbaycan neftinin qiyməti 102 dollardan aşağı düşüb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır

ABŞ və İran qarşılıqlı zərbələr endiriblər

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

İspaniya Ebola səbəbindən yoldaşlıq oyununu ləğv etdi

Aslıhan onunla tərəf müqabili oldu - FOTO

Avropa çempionatı: Azərbaycan minifutbol millisi yarımfinala yüksəlib

SEVİNC YUNUSLU : Mən bağışlaya bilmirəm.. - FOTO

Nesrinin serialı 1 günə 5 milyon izləndi

GƏLƏCƏK İNSANI GÖZLƏMƏDƏN GƏLİR

Məhərrəmlik ayı bu tarixdə başlayır

Sənubər Səhər : Xeyr və şər təlatümü

Xəlil Mirzə : Xəyal dünyam - FOTO

Hikmət Hacıyev İran səfiri ilə görüşdü

“Tvin Piks”in ulduzu vəfat etdi

Bakını bir də belə görün - Fotolar

Gözəl qardaşlara mərd bacı oldum - FOTO

Ərdoğan Paşinyanla danışdı

"Kızılcık şerbeti"ndə ayrılıq - FOTO

72 kq arıqlayan aktrisa tanınmaz halda - FOTOLAR

Putin onların suallarını cavablayacaq

100 yaşa qədər yaşamağın sirri bu İMİŞ

SEPAH: Sutka ərzində Hörmüzdən 24 gəmi keçib

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasının tarixi və gündəliyi açıqlanıb

Avropanın sərtləşdirdiyi miqrant siyasəti – Aİ təhlükəsizliyi ilə dəyərləri gündəlikdə - ŞƏRH

Yol polisi: Küləkli havada avtomobillərin qapalı məkanlarda park olunması tövsiyə olunur

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930