Rəcəb Tayyib Ərdoğan: Suriyalı qaçqınların ölkələrinə qayıtmasını təmin edəcəyik
İnanıram ki, xalqım gələn bazar günü keçiriləcək seçkilərdə güclü türk demokratiyası nümayiş etdirəcək. İlk turda 90 faizə qədər seçici fəallığı var idi. Bu, çox böyük göstəricidir. Dünyada belə nəticə yoxdur. Ümid edirəm ki, millətim bu dəfə də bizi yanıltmayacaq.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu “CNN International”ın aparıcısı Becky Andersonun suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, indiyədək 15 seçkidə qələbə qazandığını xatırladıb.

Rəcəb Tayyib Ərdoğan bildirib ki, hazırda Suriyanın şimalında evlər tikilməkdədir: “Bu evlər niyə tikilir? Türkiyədəki qaçqınların öz torpaqlarına qayıtması üçün, bu proses artıq başlayıb. İndi biz yeni bir addım atırıq. Hətta 1 milyona yaxın qaçqının öz torpaqlarına qayıtması üçün Suriyada ev inşası ilə bağlı bəzi layihələr hazırladıq. Bunlar gözəl layihələrdir. Bu layihələrlə suriyalı qaçqınların geri qayıtmasını təmin edəcəyik”.

“Yenidən seçilsəniz könüllü qayıtmaq istəyən qaçqınların ən azı 1 milyonunun müəyyən bir dövrdə geri qayıda biləcəyini söyləyirsiniz?” sualına cavabında isə Ərdoğan bildirib ki, bəlkə də bu rəqəm daha çox olacaq. Çünki hazırda oradakı infrastruktura yatırılan sərmayələr deməyə əsas verir ki, bu rəqəm çox ola bilər. Layihəni elə hazırlamışıq ki, insanlar öz torpaqlarına sevə-sevə qayıtsınlar.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçiləcəyi təqdirdə üçüncü dəfə namizəd olmayacağını söyləyib.

Son xəbərlər

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçularına pensiya təyinatı mexanizmi dəyişir

Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

MƏDƏD COŞQUNA - FOTO

Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib

Gürcüstan Orta Dəhlizlə bağlı Mərkəzi Asiya ilə Avropa arasında əlaqələri gücləndirməyi hədəfləyir

ABŞ-də təyyarə qəzaya uğradı - Ölənlər var

Bu ölkələrə də vizasız gedəcəyik - Fotolar

Niqabı qadağan edən qaydanı təsdiqlədilər

Tubu İmanova : Bəlkə də bu dəniz dərdimi bilər... - FOTO

Fransa Səudiyyə Ərəbistanının enerji obyektlərinin qorunması üçün hərbi vasitələr göndərəcək

“Google” kosmosda süni intellekt məlumat mərkəzi yaratmağı planlaşdırır

Ceyhun Bayramov ABŞ şirkətlərinin rəhbərləri ilə Azərbaycan-ABŞ strateji tərəfdaşlığını müzakirə edib

"TikTok" 16 milyonluq cəriməni ödəməyə razı oldu

FƏSİLLƏRİN SARI QIZI PAYIZ GƏLİR

Zülfiyyə İsmayılova : Sən yoluma işıqsan - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Professor Vidadi Orucov: “ELM VƏ SÖZLƏ QURULAN ƏBƏDİ DOSTLUQ KÖRPÜSÜ: PROFESSOR MƏDƏD ÇOBANOVUN ELMİ İRSİ”

Elan : "Dədə Camal" Elm və Ürfan Məclisinin "Anım günü"nə həsr olunmuş" Şəhidlik yolu - Zəfər yolu " adlı ədəbi yığıncağı keçiriləcəkdir.

Gah küsüb, gah barışırlar... - FOTO

Keçmiş sevgililər Bakıda birlikdə görüntüləndi - Foto

2026-cı ilin Yer kürəsində ən güclü qasırğası

Həddindən artıq yetişmiş meyvə və tərəvəzləri yemək olarmı? - Həkimdən açıqlama

"Mənə ən çox lazım olduğun vaxtlarda yox idin" - Müğənni ölən atasından yazdı

Sübhan Avropa çempionu oldu

"Zirə"nin futbolçusu əməliyyat olundu - FOTO

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930