Milli Məclisin sədri Londonda Birləşmiş Krallığın dövlət naziri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya Kralı III Çarlzın tacqoyma mərasimində iştirak etmək üçün bu ölkədə işgüzar səfərdədir.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, mayın 5-də Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa regionu üzrə dövlət naziri Leo Dokerti ilə görüşüb.

Dövlət naziri Leo Dokerti Sahibə Qafarovaya tacqoyma mərasimində iştiraka görə təşəkkürünü bildirib. O, Birləşmiş Krallıqla Azərbaycanın münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edərək, ölkəmizin Avropanın enerji təchizahçısı kimi rolunun günbəgün artdığını, mühüm ticarət və enerji tərəfdaşı olduğunu qeyd edib. Dövlət naziri Azərbaycanın regionda sabitləşdirici rol oynadığını diqqətə çatdırıb və cari ilin fevral ayında Bakıya səfərini məmnunluqla xatırlayıb. Nazir səfər zamanı Azərbaycan rəsmiləri ilə keçirdiyi görüşlərin əhəmiyyətini qeyd edib və Azərbaycan Milli Məclisinin fəaliyyəti ilə maraqlanıb.

Milli Məclisin sədri göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. O, Azərbaycan və Birləşmiş Krallıq arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərdən söz açaraq siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın dinamik inkişafını qeyd edib.

Sahibə Qafarova Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyəti barədə ətraflı məlumat verib, parlamentlərimiz arasında əlaqələrin hazırki inkişaf səviyyəsinin razılıq doğurduğunu qeyd edib. Milli Məclisin sədri ötən ilin iyul ayında Londona səfərini və səfər çərçivəsində parlament rəhbərliyi ilə keçirdiyi görüşləri məmnunluqla xatırlayıb.

Milli Məclisin sədri görüşdə hazırda regionda mövcud olan vəziyyət barədə də məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran digər mövzularda da fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Ayətxan Ziyad – 75

Moskva səfərini təxirə saldılar

HƏMİŞƏ ÖZ İTİM QAPIR QIÇIMI

Təyyarələr Moskvaya enə bilmədi

Şəhidimizin qardaşı dəm qazından dünyasını dəyişdi - FOTO

Okeanın dibində “qızıl ağac”a bənzəyən mərcan tapıldı

Kredit faizləri ilə bağlı meyar dəyişdi

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

Canına qəsd edən musiqiçi öldü

Qəşəm Nəcəfzadə : Bir də görürsən...

Xameneinin müşavirindən xəbərdarlıq - "ABŞ-nin obyektləri hədəf alına bilər"

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi – TƏHLİL

"Xanımıma da, övladlarıma da qadağa qoymamışam" - Araz Ağalarov

QIZBƏS QƏBƏLƏ : DAHA ÇƏKMƏRƏM MƏN TƏBRİZ HƏSRƏTİN - FOTO

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Azərbaycanlı reper ilə oxuduğu mahnıya görə qeyri-adi cəza aldı

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Fotolar

GƏL-GƏL DEYİR DAĞLAR MƏNƏ - FOTGO

Payızda yarpaqların rəngi niyə dəyişir: Əsl səbəb sizi TƏƏCCÜBLƏNDİRƏCƏK

QIZLARIN QƏLBİNƏ DƏYMƏYİN HEÇ VAXT - FOTO

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr ərazi partiya təşkilatlarında müzakirə olunub.

İncə fikirlər layihəsinin növbəti qonağı uşaq şeirləri və təmsilləri müəllifi, Turan Yazarlar Birliyinin üzvü, şair Seylan Abbas xanımdır.

Şirvan sazının ustad nəfəsi Aşıq Şakir Hacıyev

BİR GÜLMİRƏM, BİR GÜLNARƏM, BİR TURQUT... - FOTO

Süni intellektin maliyyə məsləhətlərinə inanmaq olarmı - nə qədər tez-tez səhv edir?

Hamının içdiyi bu məhsulun zərərləri də var imiş - Həkimdən xəbərdarlıq

Nəriman Axundzadə yenə ehtiyatda qaldı

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031