Xəbərlər
30.01.2023, 22:30
DİNLƏ MƏNİ EY XANKƏNDİ! - FOTO
DİNLƏ MƏNİ EY XANKƏNDİ !
Dinlə məni gözəl diyar,
Dinlə məni ey Xankəndi,
Burdan sənə bir sözüm var,
At üzündən o rübəndi !
Aç yolları gəlim sənə,
Göy yaylaqlı gen sinənə,
Deyim dərdim dönə - dönə -
Dərdin saçlarımda dəndi.
Sənə həsrət qalıb, gendən,
Boylanıram aydan, gündən...
Ayrı düşdün niyə məndən?
Niyə yolun duman - çəndi ?
Köksüm altında yarasan,
Taleyi qaradan, qarasan,
Bütün dərdimə çarasan,
Ah ! Dərdim ancaq Vətəndi !
Dinlə məni ey Xankəndi,
Burdan sənə bir sözüm var,
At üzündən o rübəndi !
Aç yolları gəlim sənə,
Göy yaylaqlı gen sinənə,
Deyim dərdim dönə - dönə -
Dərdin saçlarımda dəndi.
Sənə həsrət qalıb, gendən,
Boylanıram aydan, gündən...
Ayrı düşdün niyə məndən?
Niyə yolun duman - çəndi ?
Köksüm altında yarasan,
Taleyi qaradan, qarasan,
Bütün dərdimə çarasan,
Ah ! Dərdim ancaq Vətəndi !
Qızbəs QƏBƏLƏ
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













