“Azərpoçt” MMC “Azercell”in bürünc sertifikatlı rəsmi dileri statusu alıb
"Azərpoçt” MMC və "Azercell Telecom” MMC arasında 2022-ci ildən başlayan əməkdaşlıq növbəti mərhələyə keçib. Məntəqələrində "Azercell” abunəçilərinə müştəri xidmətlərinin göstərilməsini təmin edən "Azərpoçt” bürünc sertifikatlı rəsmi diler statusu alıb.

"Turaztv.az" xəbər verir ki, hazırda "Azərpoçt”un Bakı üzrə məntəqələrində təqdim olunan "Azercell” xidmətləri bu ildən etibarən ölkənin 60-dan çox şəhər və rayonunda da təşkil ediləcək.

Beş ay davam edən təlimlərdən sonra "Azərpoçt”un 100-dək əməkdaşına "Azercell”in bürünc sertifikatı təqdim edilib. Bu sertifikat əməliyyatçılara "Azercell”in keyfiyyət standartlarına uyğun xidmət göstərmək imkanı verir. Həmin əməkdaşlar müştərilər üçün "Azercell” nömrələrinin satışı, "ASAN İmza” xidmətinin və çoxçeşidli internet paketlərinin aktiv edilməsi, ləğv olunmuş nömrələrin bərpası və nömrə daşınması kimi əməliyyatları həyata keçirəcəklər.

Ölkənin yeganə milli poçt operatoru "Azərpoçt” MMC-nin "Azercell Telekom” MMC ilə əməkdaşlığı hər iki quruma müştərilərinə daha rahat və keyfiyyətli xidmət göstərməyə imkan yaradacaq.

Xatırladaq ki, "Azərpoçt” MMC əhaliyə ənənəvi poçt xidmətləri, eyni zamanda, bank, sığorta kimi qeyri-ənənəvi xidmətlər, elektron ödənişlər, depozitlər və digər maliyyə xidmətləri, elektron hökumət və biznes xidmətləri təqdim edir.
“Azərpoçt” MMC “Azercell”in bürünc sertifikatlı rəsmi dileri statusu alıb

Son xəbərlər

GÖZƏLLİK CƏM OLUB ÖZÜNDƏ SƏNİN - FOTO

Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

SEVİNC YUNUSLU : Bu dünyada nədir ki, bizi bizdə tutası.. - FOTO

Bakıda 31, rayonlarda 32 dərəcə isti olacaq

KİV: ABŞ-İran razılaşmasına baxmayaraq, İsrail Livanda hərbi əməliyyatları davam etdirəcək

Prezident: Azərbaycan regionda davamlı sülhün yaradılması istiqamətində qətiyyətli siyasət həyata keçirir

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

Azərbaycanda Milli Qurtuluş Günüdür

Naxçıvanda qəza oldu - Yaralılar var (FOTOLAR)

Rusiya İrana uçuşları dayandırdı

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

“Əminəm ki, Tramp verəcəyim hər qərarı dəstəkləyəcək”

Niderland - Yaponiya oyununda qolsuz bərabərlik - Yenilənir

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

Karateçimiz Mərakeşdə qızıl medal qazandı

"Halef"dən ayrılan kimi yeni işini seçdi

Helikopter qəzasında ölənlərdən biri məşhur müğənni imiş

Flora Kərimovanın son durumu açıqlandı

Prezidentdən Milli Qurtuluş Günü paylaşımı - FOTO

Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım etdi - FOTO

Həyəcan təbili: Uşaqlar arasında energetik içki istifadəsi artır

Ermənistan müxalifəti mitinq keçirir

Məşhur futbolçu və müğənni evləndi - Foto

Konsertindəki çıxışı ilə pərəstişkarlarını təsirləndirdi

Bu gün Bakı şəhəridə Sazlı-Sözlü Borçalı ədəbi məclisinin tədbiri keçirildi - FOTO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930