Azərbaycan məktəblilərinin beynəlxalq olimpiadada növbəti uğuru
“Azercell”in dəstəklədiyi şagirdlər informatika üzrə yüksək nəticələr nümayiş etdirməyə davam edirlər.

Azərbaycanlı məktəblilər beynəlxalq bilik yarışmasında növbəti dəfə fərqlənməyi bacarıblar. Moskvada keçirilən VI Meqapolislər olimpiadasında ölkəmizi təmsil edən komanda 1 gümüş və 4 bürünc medal olmaqla, ümumilikdə 5 medal əldə edib. “Azercell”in dəstəyi ilə hazırlığı həyata keçən Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin XI sinif şagirdi Səid Nəsibov informatika fənni üzrə bürünc medala layiq görülüb.

Rusiya paytaxtında təşkil edilən bilik yarışmasına dünyanın ən böyük şəhərlərindən 14-18 yaşlı şagirdlər qatılıblar. Ümumilikdə, olimpiadada 32 ölkədən 257 məktəbli bilik və bacarıqlarını sınayıb. Azərbaycanı riyaziyyat, fizika, kimya və informatika fənləri üzrə yarışan 8 iştirakçı təmsil edib. Sevindirici haldır ki, şagirdlərimiz hər fənn üzrə uğurlu nəticə nümayiş etdiriblər. Bakı məktəbliləri 5 medal qazanmaqla yanaşı, blits turda komanda olaraq üçüncü yerin mükafatçısı olublar.

Xatırladaq ki, beynəlxalq olimpiadalarda iştirak üçün informatika fənni üzrə milli komandaların hazırlıq prosesi 2017-ci ildən etibarən Təhsil Nazirliyi və İnformatika üzrə Milli Olimpiada komandasının məğrur tərəfdaşı “Azercell Telekom” MMC-in dəstəyi ilə həyata keçirilir. Təhsil İnstitutu və “Azercell Telekom” MMC arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, ölkənin hər yerindən istedadlı şagirdlər “Azercell”in tərəfdaşlığı ilə təşkil olunan xüsusi mərkəzlərdə İnformatika fənni üzrə Beynəlxalq Olimpiadalara hazırlaşırlar. “Azercell” şirkəti indiyədək onlarla şagirdi hazırlıq prosesinə cəlb etməklə onların öz potensiallarını nümayiş etdirməsinə imkan yaradıb. Hazırlıqdan keçən şagirdlərimiz dəfələrlə mötəbər bilik yarışlarında yüksək nəticələr əldə ediblər və demək olar, hər yarışdan medalla qayıdıblar. Azərbaycanlı məktəblilər bu müddətdə müxtəlif miqyaslı beynəlxalq olimpiada və müsabiqələrdə 1 qızıl, 7 gümüş və 19 bürünc olmaqla, ümumilikdə 27 medal əldə ediblər.

“Azercell Telekom” gənclər arasında İKT sahəsində təhsilə marağın və texnoloji savadlılığın artırılması istiqamətində həyata keçirdiyi sosial layihələri davam etdirir, Azərbaycan bayrağını yüksəklərdə dalğalandıran bütün tələbə və şagirdlərimizə uğurlar arzu edir.

Daha ətraflı məlumat üçün “news@mcs.az” ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi “Azercell”i seçir. Bazar payı 49 faiz, ölkə ərazisi üzrə əhatə dairəsi 94,25 faiz, ölkə əhalisi üzrə əhatə dairəsi 98,73 faiz təşkil edir. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “Investors in People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Eyni zamanda, “Beynəlxalq Biznes STEVIE Mükafatları”nın “İlin kommunikasiya şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq “Qızıl Stevie” mükafatı alan ölkənin yeganə şirkətidir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, “Azercell Ekspres” ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və sair. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. “Azercell”in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir.

Son xəbərlər

Xalq artisti Bakını tərk edəcək

KƏLBƏCƏRİN İÇ SƏSİ,QOBUSTANIN NƏFƏSİ: Əlövsət Saldaş poeziyasında insan və yaddaş - FOTOLAR

MƏMMƏD QƏDİR : Qocalar evinə atmayın məni - FOTO

Aİ-nin siyasi rəhbərliyi İrəvandadır

"Kayıp zaman"da rol alacaq - FOTO

Kanye Uest konserti üçün stadion tikəcək

Yelkən idmanı üzrə “Prezident Kuboku 2026” başa çatdı - Fotolar

Azərbaycanlı tələbə faciəvi şəkildə öldü - FOTO

“Zirə”dən çətin qələbə

Makron Ermənistana səfər etdi

Türkiyədə ağır qəza - Xeyli sayda ölən və yaralanan var

Nəsrin Cavadzadənin toyudur

Prezidentin qızları Beynəlxalq Xalça Festivalında - Fotolar

Rezidentura imtahanı keçirildi

Elektromobillərin qlobal satışları 2026-cı ilin I rübündə azalıb

Amerikalı üzgüçü Uolş dünya rekordunu yenilədi

Məşhurlar "Bakı Marafonu 2026"da - FOTOLAR

Həftənin ilk günü hava necə olacaq?

Melatonin və maqneziumun yuxu üçün təsirsiz olduğunu göstərib -Araşdırma

Sənubər Səhər : Halımızın savaşı

Azərbaycanın bəzi rayonlarında yağış yağır – FAKTİKİ HAVA

İmtahana ayaqqabısının altında telefon keçirtmək istədi

Bu gün Ümumdünya Günəş Günüdür

İlham Əliyev Polşa Prezidentini təbrik etdi

Azərbaycandan Ermənistana 8 vaqon gübrə göndəriləcək

“Bakı Marafonu 2026” başlayıb - FOTOLAR

"Halef"in aktyoru "Kıskanmakda" - FOTO

25 min iştirakçı 42 km-lik marafonda qələbə uğrunda mübarizəyə qoşuldu - Fotolar

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031