“Tokio-2020”nin 14-cü günündə medal qazanan ölkələr siyahısına Çin liderlik edirAvqustun 5-də - “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarının 14-cü günündə 88 ölkənin idmançıları medal qazanıblar.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, medal siyahısına Çin komandası liderlik edir. Bu ölkənin idmançıları 34 qızıl, 24 gümüş və 16 bürünc medal qazanıblar. İkinci pillədə 29 qızıl, 35 gümüş və 27 bürünc medalla ABŞ təmsilçiləri, üçüncü yerdə isə 22 qızıl, 10 gümüş və 14 bürünc medalla Yaponiya atletləri qərarlaşıblar.

Avstraliya 17 qızıl, 5 gümüş, 19 bürünc medalla dördüncü, Rusiya Olimpiya Komitəsi isə 16 qızıl, 22 gümüş və 20 bürünc medalla beşincidir. Digər pillələrdə Böyük Britaniya (16-18-17), Almaniya (9-9-16), Fransa (7-11-9), İtaliya (7-10-18) və Niderland (7-9-10) qərarlaşıb.

Azərbaycanın Olimpiya komandası “Tokio-2020”də üç bürünc medal qazanıb. Qadın cüdoçumuz İrina Kindzerska 78 kiloqramdan yuxarı çəki dərəcəsində ölkəmizin aktivinə ilk bürünc medal yazdırıb. Boksçumuz Alfonso Dominges (81 kq) isə yarımfinalda kubalı idmançı Arlen Lopezə məğlub olaraq ikinci bürünc medalı komandamıza qazandırıb. Yunan-roma güləşində 77 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız Rafiq Hüseynov isə təsəlliverici görüşdə erməni idmançını məğlub edərək üçüncü bürünc medalı komandamıza qazandırıb.

Avqustun 8-dək davam edəcək XXXII Yay Olimpiya Oyunlarında 204 Milli Olimpiya Komitəsindən 11 min atlet idmanın 33 növü üzrə 339 dəst medal uğrunda mübarizə aparır.

Xatırladaq ki, Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Ölkəmiz yeddinci dəfədir Yay Olimpiya Oyunlarında iştirak edir. Olimpiya komandamız, həmçinin 6 Qış Olimpiya Oyunlarında gücünü sınayıb. Milli komandamızın Olimpiya Oyunlarında debütü “Atlanta-1996” Qış Olimpiya Oyunlarına təsadüf edib. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.

Son xəbərlər

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

YÜKSƏK BAL TOPLAYAN MÜƏLLİM

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib

Qaralma dəbinin yaratdığı böyük təhlükə: Xəbərdarlıq edildi

İndi də toylarının bu həftəsonu olacağı deyilir

Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb

Xalq yazıçısı Elçinin qəbirüstü abidəsinin açılışı olub

Neft qiymətləri 5 %-dən çox aşağı düşüb

Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

Kolleclərə ixtisas seçimi başlayıb

Yasamal rayonunun bir sıra ərazilərində üç saat işıq olmayacaq

QƏLBLƏRDƏ QALACAQ XATİRƏN, İZİN

"Qalatasaray" 60 milyonluq təklifi rədd etdi

Pezeşkian: Milli Təhlükəsizlik Şurasının bütün üzvləri İslamabad memorandumunu dəstəkləyir

Fransa xüsusi xidmət orqanları xəbərdarlıq edir: Hibrid müharibənin məqsədi döyüşmədən ölkələri təslim etdirməkdir

İstanbul hava limanı sərnişin sayına görə Avropa rekordunu qırıb

Bu ölkələr İrana qarşı müharibəyə qoşulmayacaq

Məşhur türk aktrisası Özge Gürel “44” filminin baş rolunda - Fotolar

Leyla Əliyeva qardaşını bu şəkillərlə təbrik etdi - Fotolar

Əziz nəvələrim – Nərmin xanım və Nicat bəy!

Bir inci saflığı varsa da suda...

Sənubər Səhər : Yazılar mütləqdir

“Roma” Endrik üçün hərəkətə keçdi

TARİXİN ACI TƏKRARI – ŞİRAZDAN ŞUŞAYA UZANAN XƏYANƏT - FOTO

Eldost Bayramın 80 illiyinə

Pedri üçün 90 milyon avro

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 21 nəfər xəsarət alıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31