Soyuqdəymə və qripdən necə qorunaq? - Ən sadə MƏSLƏHƏTLƏR
Soyuqdəymə və qripdən qorunmaq üçün sadə məsləhətlər koronavirus infeksiyasının qarşısını almağa kömək edə bilər.

Turaztv.az Publika.az-a istinadla soyuqdəymə və qripdən qorunmaq üçün aşağıdakı məsləhətləri oxucularının diqqətinə çatdırır.

Qidalanmanı nəzarətdə saxlamalı. "Düzgün qidalanma" anlayışını ifrata varmadan dərk etməli. Bitki və heyvan zülallarından, mürəkkəb karbohidratlardan, sellüloz maddələrdən, faydalı yağlardan kifayət qədər istifadə edilməli. Kifayət qədər su içməli.

Qrip və soyuqdəymə xəstəliklərinin törədiciləri çoxsaylı insanların toplaşdığı qapalı məkanlarda daha tez yayılır. Buna görə də insanların sıx toplaşdığı yerlərdən çəkinmək tövsiyə olunur. Bunu etmək mümkün olmadıqda isə mütləq maskalardan istifadə olunmalı və əl ilə üzə toxunulmamalıdır.

Virus hissəcikləri müxtəlif məişət əşyalarının səthlərində yerləşir. Bu səbəbdən əlləri müntəzəm olaraq sabunla yumaq çox əhəmiyyətlidir, gündə bir neçə dəfə – xüsusilə dərhal küçədən evə qayıtdıqdan sonra.

Asqıran zaman ağzınızı mütləq dəsmalla tutmalı. Yaxşı olar ki, salfetə asqırasınız. Bu mümkün olmadıqda isə ağzınızı dirsəyinizlə örtməyiniz məsləhətdir, çünki əks halda patogen hissəciklər əllərinizə düşərək ətrafa yayılacaq. Salfetdən və dəsmaldan istifadə etdikdən sonra əllərinizi mütləq yumalısınız.

Qonaq getməyin. Əgər kimiləsə şəxsən görüşməyiniz vacibdirsə, təmiz havada görüşməyiniz məsləhətdir.

Qapalı məkanları havalandırın. Ətrafınızı təkcə dezinfeksiyaedici salfetlə silmək kifayət deyil, çünki qrip və soyuq viruslar adətən havada qalır. Tez-tez açıq havada olmağa çalışın. Otağı 10-15 dəqiqəlik ikitərəfli qaydada havalandırın.

Sakitliyə riayət olunmalıdır. Psixoloji gərginlik stress hormonunun konsentrasiyasının artmasına imkan yaradır ki, bu da orqanizmin funksiyalarını, o cümlədən immun funksiyasını boğur. Bu nəticədə xəstələnməyə səbəb ola bilər.

D vitamini qəbul edin. D vitamininin çatışmaması immunitetin zəifləməsinə gətirib çıxara bilər ki, bu da mövsümi xəstəliklərə meyilliliyi artırır. Vitamin almağın ən sadə yollarından biri də açıq havada, günəş altında gəzməkdir. Bununla yanaşı, yumurta sarısı, mal qaraciyəri, kərə yağı, süd, yağlı balıq növləri ilə qidalanmaq çox vacibdir.

Alkoqollu içkilərdən, o cümlədən də soyuqdəymə və qripə yoluxmamaqdan ötrü şərabdan imtina edilməlidir. Alkoqollu içkilərə meyillilik immun sisteminin vacib strukturu olan orqanizmin dentroloji hüceyrələrinin vəziyyətinə mənfi təsir göstərir. Alimlər, alkoqollu içkilərə meyilli insanlarda vaksinlərin zəif effekt göstərməsini məhz bu xüsusiyyətlər baxımından izah edirlər.

Son xəbərlər

İran 18 yeraltı raket anbarının əksər girişlərini yenidən açıb

Mayk Menyan Şahruddinə xüsusi hədiyyə yolladı - Foto

Finlandiya hokkey üzrə beşinci dəfə dünya çempionu olub

Uşaqların Beynəlxalq Müdafiəsi Günü Marneulidə geniş qeyd olunub - Fotolar

Abşeron məktəbinin müəllimi vəfat etdi

Müqavilə mətni ilə bağlı Trampa xəbərdarlıq

Dua Lipa ərə getdi - FOTO

Zöhrə Qaraqızı : MAVİ SƏMA İSTƏYİRİK - FOTO

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

“Tasnim”: Tramp müqaviləni dəyişərsə, İran müqavilənin mətnində düzəlişlər edəcək

İstanbulda yaxtada yanğın olub

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Dəyərli tələbə yoldaşım Novruz Əsədovun oğlu Nicatın toyuna.. - FOTOLAR

VAHİD ÇƏMƏNLİ : Mən bu naməyə bənd-bənd cavab verməyə çalışdım... - FOTO

NAZİR RÜSTƏMOV : Bir az da özümçün yaşayam, bəsdi - FOTO

QIZBƏS QƏBƏLƏ : ÖLÜM XƏBƏRLƏRİ - FOTO

Əlcəzair Prezidenti Azərbaycanla neft və qaz sahəsində əməkdaşlıq memorandumunu təsdiq edib

Bu cür öskürək ürək xəstəliklərindən xəbər verirmiş

Ağcaqanad yeri qaşınmasını belə dayandırmaq olar

Mətanətin keçmiş gəlini tanınmış aparıcını bu sözlərinə görə məhkəməyə verdi (FOTOLAR)

Roza Zərgərli Ramzan Kadırovla - FOTO

"Makedon" vəfat etdi

Bakı səmasında nadir görüntü - Fotolar

10 illik məhkəmə çəkişmələri başa çatır

Məşhur professor 50 kq arıqladı

May ayının 30-da "Çeşmə" Ədəbi Məclisinin növbəti yığıncağı keçirildi - FOTOLAR

Bərdədə avtomobillər toqquşub, xəsarət alanlar var

Yol Polisi səfərdən dönən sürücülərə müraciət edib

Tramp Omanı hədələdi

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930