
Xəbərlər
18.11.2022, 23:17
Şəhid İqbal Babayevin əziz xatirəsinə
Şəhid İqbal Babayevin əziz xatirəsinə
İQBAL.
Məzarda bahar tək solmayan güllər,
Laylası bitməyən,dərdli könüllər,
Əbədi yaşadar ötdükcə illər,
Düşübdür çarəsiz bir oda İqbal.
Həsrətin qəlblərə ağrı, dərd verir,
Əyilməz qədəri, hicranın əyir,
Sənsiz bu dünyaya zindandır deyir,
Hər zaman düşürsən sən yada İqbal.
O, susqun şəkillər təsəlli kimi,
Hər gün təzələnir hicranın qəmi,
Qurumaz ananın gözünün nəmi.
Gəl halın soruş sən arada İqbal.
Atan da həsrətdən dərdən qocalır,
Dumanlı dağlar tək dolub boşalır,
Sənin şəhidliyin göyə ucalır,
Gəl bəlkə çatasan sən dada İqbal.
Necə unudaq biz sən tək oğulu,
Biz də gedəcəyik sən gedən yolu,
El rəhmət oxuyur ruhuna bollu,
Güllər səninlədir məzarda İqbal,
Qalmadı biz də heç güzar da İqbal.
Şəhla Xəlilqızı.
Laylası bitməyən,dərdli könüllər,
Əbədi yaşadar ötdükcə illər,
Düşübdür çarəsiz bir oda İqbal.
Həsrətin qəlblərə ağrı, dərd verir,
Əyilməz qədəri, hicranın əyir,
Sənsiz bu dünyaya zindandır deyir,
Hər zaman düşürsən sən yada İqbal.
O, susqun şəkillər təsəlli kimi,
Hər gün təzələnir hicranın qəmi,
Qurumaz ananın gözünün nəmi.
Gəl halın soruş sən arada İqbal.
Atan da həsrətdən dərdən qocalır,
Dumanlı dağlar tək dolub boşalır,
Sənin şəhidliyin göyə ucalır,
Gəl bəlkə çatasan sən dada İqbal.
Necə unudaq biz sən tək oğulu,
Biz də gedəcəyik sən gedən yolu,
El rəhmət oxuyur ruhuna bollu,
Güllər səninlədir məzarda İqbal,
Qalmadı biz də heç güzar da İqbal.
Şəhla Xəlilqızı.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











