Qurban Qurbanov: "Deyirsiniz ki, biz bilərəkdən qol buraxırıq?"
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində baş tutan "Qarabağ" - “Ferentsvaroş” matçı 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Turaztv.az Offsideplus.az-a istinadən xəbər verir ki, Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Çox gərgin və maraqlı oyun izlədik. Rəqibin topla yaxşı davranmaq bacarığını əvvəlcədən qeyd etmişdim. Ən çox fərdi mübarizə apardığımız görüş oldu. Hər şey cavab oyununda bilinəcək. Çalışacağıq futbolçularımız tam hazır olsun. Səfərdə əldə etdiyimiz şanslardan maksimum istifadə etməyə çalışacağıq ki, daim bizi dəstəkləyən azarkeşlərimizi sevindirək.

- İlk dəfə idi ki, bizə VAR lazım deyildi. Yenə bəxtimiz gətirmədi?
- Mən hər zaman düzgünlüyün tərəfdarıyam. Öyrəşməliyik buna.

- Kadi olsaydı, fərqli oynayardınız?
- Onun mövqeyində çıxış edənlər bunu çox hiss etdirmədilər. Sadəcə, əlimizdə daha çox futbolçu olanda rotasiya etmək daha rahat olur.

- Çerçesov oyundan sonra Ozoviçə xoş sözlər ünvanladı. Bəlkə onu komandasında görmək istəyir?
- Deyə bilmərəm. Hər halda futbolçum barədə xoş sözlər deyibsə, mənə də xoşdu.

- Həlledici məqamlarda topu arxaya ötürmək nə ilə əlaqədar idi?
- Yəqin ki, son dəqiqələrdəki epizodları deyirsiniz. Məncə, yorğunluq öz sözünü deyirdi.

- Çempionat oyununu təxirə salmaq barədə qərarı dəyişmək istəmirsiniz?
- Xeyr, qərar vermişik.

- Çerçesov oyundan sonra sizə nəyisə əsəbi formada bildirdi.
- Ovusu topu rəqibə qaytararkən qapıya vurduğunu iddia etdi.

- ÇL-də keçirdiyiniz 5 oyunun 4-də əvvəlcə qol buraxmısız. Ayılmaq üçün mütləq qol buraxmaq gərəkdi?
- Deyirsiniz ki, biz bilərəkdən qol buraxırıq? Komanda yatmır ki, ayılsın. Əsas odur ki, qol buraxsaq da, rəqibin üstünə getməkdə özümüzdə cəsarət və güc tapırıq. İnanın ki, bu uşaqlar gecələri yatmır, çalışırlar ki, bu komandanın adını uca tutsunlar.

- “Sürix”lə cavab oyunu ilə müqayisədə 6 dəyişiklik var idi: 4 məcburi və 2 taktiki. Nəticə ədalətlidir?
- Heç də heyətə görə yox, ümumən nəticəni ədalətli sayıram.

- Şanslar barədə nə deyərdiz?
- Zənnimcə, şanslar bərabərdi.

- “Sürix”lə cavab oyununun əlavə vaxta getməsi bugünkü görüşə təsir etdimi?
- Fikrimcə, etdi. Amma əlahiddə həddə yox. Səbəb kimi bunu göstərmək istəməzdim.

- Maksim səfərdə meydana çıxa biləcək?
- Hələlik qəti fikir bildirmək olmur. 1-2 gündən sonra daha dəqiq bilinəcək.

- Cavab oyunu həlledici olacaq.
- Uduzsaq belə, buna hazır olmalıyıq. Burdakından da yaxşı oynamalıyıq ki, uğurlu nəticə əldə edək.

- Bu gün şəhid verdik, antiterror əməliyyatına start verildi. Bu, sizə hansısa formada təsir etdimi?
- Allah şəhidimizə rəhmət eləsin. Əlbəttə, bu cür hallar bizi üzür. Mənim üçün çox təsirlidir. Çox şəhid vermişik. Çox üzücüdür. Hər birimizə təsir etdi. Hər bir legionerimiz də bütün proseslərdən xəbərdardır. Çox istərdim ki, bir daha şəhid verməyək. Allah yaxınlarına səbr versin.

Son xəbərlər

17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı

Məmməd Qədir : Azad oldu deyin mənə... - FOTO

"Amerika niyə buraya gəlib hərbi bazalar qurmalıdır?" - Pezeşkian

9-cu dəfə əməliyyat olunacaq

ƏBƏDİ MUĞAMIN GƏNC NƏFƏSİ - FOTOLAR

RƏŞAD BAXŞƏLİYEV DASTANI - FOTO

Rusiya və İrana “Cəhənnəm sanksiyaları”nı tətbiq edəcəklər

2100-cü ildə Yer necə görünəcək? Alimlərin proqnozları narahatlıq doğurur

Gecələr görən belə məni niyə qısqanır - FOTO

Ömrünü həqiqətə həsr edən ziyalı

Doğmalarımın əziz xatirəsinə.

Rusiyanı vurmaq üçün "Starlink"dən istifadəyə icazə verməyəcək

Hande səhnə geyimlərini satır

Misirin genetik sirri açıldı: piramidalar dövründə yaşamış ilk insan kim olub?..

Azərbaycan gəncliyi niyə “ChatGPT”-yə “sığınıb”?-ARAŞDIRMA

Həyatdan vaxtsız köç edən elqızım, qohumum Nərgizin əziz ruhuna bacısı Tahirə xanımın diliylə...

Latın Amerikasında böyük investisiya: ARDNF qlobal enerji bazarında mövqeyini gücləndirir – TƏHLİL

Səfərbərlik Xidmətinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinin məhkəməsi başlayır

Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ

Paytaxtdakı yanğın zamanı 6 nəfər xəsarət alıb - TƏBİB açıqladı

Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycanın Malayziyada yeni səfiri təyin olunub

Paşinyan Vardanyanın xanımı ilə görüşə razılıq verib

Kimlər adını dəyişə bilməz? - Rəsmi

Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz - RƏSMİ AÇIQLAMA

Tramp: İran razılaşma əldə etmək istəyir

Ali Məhkəmədən müəlliflik hüququ ilə bağlı - Mühüm qərar

Etibarın siması

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31