Qurban Qurbanov: Sabah hamını sevindirməyə çalışacağıq
Yaxşı komandaya qarşı oynayacağıq. İstənilən halda futbolçularıma güvənirəm. Sabah meydanda düşüncəli komanda olmalıyıq. Hamını sevindirməyə çalışacağıq.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov doğma meydanda Polşanın "Lex" komandasına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

"Lex" ilə oyunun çox vacib olduğunu bildirən Q.Qurbanov deyib: "Bəlkə də belə matçları əvvəlki illərdə 3-4-cü mərhələdə keçirirdik. Bu dəfə isə ilk mərhələdə layiqli komanda düşdü. Polşadakı matçda rəqibin gücünü hiss etdik".

"Yeni sistemdə səfər qolu qaydası yoxdur. Çox istərdik ki, 90 dəqiqə ərzində hər şey bizim xeyrimizə olsun. İlk matçla müqayisədə heyətlə bağlı dəyişiklik ola bilər. Komandam oyuna hazırdır. Biz futbolçu “döyüşçü”lərik. İnanıram ki, əvvəlki aqressiyanı meydanda yenə göstərəcəyik", - deyə mütəxəssis əlavə edib.

Q.Qurbanov ilk oyundakı nəticəyə görə narahatlıq olmadığını bildirib: "Hər hansı basqı yoxdur. Əvvəl də belə hallarla üzləşmişik. Sadəcə, futbolçulara qarşı inamsızlıq mənə təsir edə bilər. İnanmıram ki, kiminsə bizə qarşı fərqli fikri olsun. Düşünürəm ki, hər kəs uğur qazanmağımız üçün çalışır. Əsas odur ki, futbolçular onlara qarşı inamsızlıq olduğunu hiss etməsinlər".

Azarkeşlərin futbolun ən vacib hissəsi olduğunu diqqətə çatdıran mütəxəssis bildirib: "Azarkeşlər futbolçulara motivasiya, inam, məsuliyyət verirlər. Onların sayının çox olması bizim üçün yaxşıdır. Stadionun tam dolmasını istərdim. Bilirik ki, hamı qalib gəlməyimizi istəyir".

Qeyd edək ki, iyulun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Poznandakı ilk oyunda "Qarabağ" rəqibinə minimal hesabla uduzub - 0:1.

Son xəbərlər

17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı

Məmməd Qədir : Azad oldu deyin mənə... - FOTO

"Amerika niyə buraya gəlib hərbi bazalar qurmalıdır?" - Pezeşkian

9-cu dəfə əməliyyat olunacaq

ƏBƏDİ MUĞAMIN GƏNC NƏFƏSİ - FOTOLAR

RƏŞAD BAXŞƏLİYEV DASTANI - FOTO

Rusiya və İrana “Cəhənnəm sanksiyaları”nı tətbiq edəcəklər

2100-cü ildə Yer necə görünəcək? Alimlərin proqnozları narahatlıq doğurur

Gecələr görən belə məni niyə qısqanır - FOTO

Ömrünü həqiqətə həsr edən ziyalı

Doğmalarımın əziz xatirəsinə.

Rusiyanı vurmaq üçün "Starlink"dən istifadəyə icazə verməyəcək

Hande səhnə geyimlərini satır

Misirin genetik sirri açıldı: piramidalar dövründə yaşamış ilk insan kim olub?..

Azərbaycan gəncliyi niyə “ChatGPT”-yə “sığınıb”?-ARAŞDIRMA

Həyatdan vaxtsız köç edən elqızım, qohumum Nərgizin əziz ruhuna bacısı Tahirə xanımın diliylə...

Latın Amerikasında böyük investisiya: ARDNF qlobal enerji bazarında mövqeyini gücləndirir – TƏHLİL

Səfərbərlik Xidmətinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinin məhkəməsi başlayır

Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ

Paytaxtdakı yanğın zamanı 6 nəfər xəsarət alıb - TƏBİB açıqladı

Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycanın Malayziyada yeni səfiri təyin olunub

Paşinyan Vardanyanın xanımı ilə görüşə razılıq verib

Kimlər adını dəyişə bilməz? - Rəsmi

Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz - RƏSMİ AÇIQLAMA

Tramp: İran razılaşma əldə etmək istəyir

Ali Məhkəmədən müəlliflik hüququ ilə bağlı - Mühüm qərar

Etibarın siması

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31