Qurban Qurbanov: Hesabda öndə olsaq da, nizam-intizamı qoruyub-saxlaya bildik
Ramili müdafiəyə çəksək də, arxada görmürdüm, ancaq hücumda idi.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Keşlə"ni 6:0 hesabı ilə darmadağın etdikləri Azərbaycan Kubokunun dörddəbir final mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

Əlli yaşlı mütəxəssis bildirib ki, 26 yaşlı hücumçunun müdafiənin sağ cinahına keçməsi görüşün gedişatından asılı olub: “Hesab da buna imkan verirdi. Bəzi futbolçularımıza görə narahat idik. Buna görə dəyişikliklərə əl atdıq. Heç də pis alınmırdı”.

Komandasının çıxışından razı qaldığını söyləyən Qurban Qurbanov deyib: “Öz komandam üçün yaxşı oyun oldu. Heyətdə xeyli rotasiya etmişdik. Bəzi futbolçular çox istəkli idilər. Bunun da faydası çox oldu. Hesabda öndə olsaq da, nizam-intizamı qoruyub-saxlaya bildik. Komandamı təbrik edirəm. Rəqibdə yorğunluq hiss olunurdu. Bəlkə də buna görə bizim üçün asan oldu. Halbuki "Keşlə"yə qarşı matçlarımız hər zaman ağır keçib”.

“Qarabağ”dakı hər bir futbolçunun əsas heyətdə oynamağa layiq olduğunu vurğulayan baş məşqçi deyib: “Sadəcə, dəyişiklik edəndə fərqli hücumlar qurmaq lazım olur. Hər oyunçunun öz üstünlüyü var. Hamısından düzgün istifadə edə bilsək, nəticə əldə etmək olar. Amma bu cür oyunlar ilboyu olmur. İlk hissənin ortalarında oyunçularda yorğunluq var idi”.

Marsel şəhərinin eyniadlı təmsilçisinin komandası üçün ən çətin rəqiblərdən biri olduğunu qeyd edən Qurban Qurbanov deyib: “Çünki topa sahib olmağı çox xoşlayırlar. Fərdi olaraq da çox yaxşı futbolçuları var. Matçın gedişində həddindən artıq çox rotasiyalar, sistem dəyişiklikləri edirlər. Bu, demək olar ki, bizi narahat edə bilər. Həqiqətən yaxşı komandaya qarşı oynayacağıq. Layiqli mübarizə aparmaq istəyirik. “Marsel”in üstün cəhətlərini bir-bir sadalasam, kənardan elə görünər ki, sanki onlardan çəkinirik”.

Q.Qurbanov səfər matçında uğurlu nəticənin qazanılmasının mümkün olduğunu vurğulayıb: “Bu gün istənilən komanda yaxşı oyun göstərib nəticə əldə edə bilər. Amma reallığa baxsaq, rəqib hərtərəfli bizdən yuxarıdadır. Marselə yaxşı mübarizə və nəticə üçün gedirik. Hər iki matçda ən yaxşısını etməyə çalışacağıq”.

Mümkün təxribat məsələsinə də toxunan təcrübəli mütəxəssis deyib: “Bəlkə də bu şəhərdə təxribatın baş verməsi daha çox gözləniləndir. Amma inanmıram ki, müvafiq qurumlar buna şərait yaratsınlar. Dəfələrlə belə hallarla rastlaşmışıq. Lakin narahat olmaq üçün əsas yoxdur. Klub rəhbərliyi lazımi danışıqları aparır”.

Qeyd edək ki, "Qarabağ" "Marsel"ə qarşı ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.

Son xəbərlər

Həyət evinin rahatlığı, yoxsa bina evinin üstünlükləri?

Azərbaycan millisi dünya ikincisi oldu

Məşhur musiqiçi yol qəzasında öldü

PÜSTƏ RƏVAN : NƏSİHƏT - FOTO

Bu musiqi məktəbinə Habil Əliyevin adı verildi

Magistratura üzrə 4 minə yaxın plan yeri boş qaldı

Oktayla Fahriyenin serialında rol alacaq - FOTO

"Azərbaycan dilinin qorunması hər bir vətəndaşın borcudur" - DEPUTAT

12-ci illərini belə təbrik etdi - Fotolar

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Sabirabad heyvan satışı bazarı fəaliyyətə başlayıb

Zelenski: Trampın xüsusi elçilərinin Ukraynaya səfəri gözlənilir

Bakıda 92 və 202 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir

Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı

Taha Akgül Firdovsi Umudovun qonağı oldu - Qonaqpərvərliyə görə Azərbaycana təşəkkür etdi

BİR QƏLƏMİM, BİR VARAĞİM, BİR DƏ MƏN... - FOTO

BMU-nun 22 məzunu dünyanın nüfuzlu ali təhsil müəssisələrində

Sonuncu vidalar,bu son gedişlər - FOTO

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Son 12 ildə readmissiya sazişləri çərçivəsində 3990 şəxs Azərbaycana geri qəbul edilib

"Politico": Zelenski ABŞ-ni Ukraynanın müharibədə qələbə qazana biləcəyinə inandırmağı bacarıb

Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib

Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər

Dünya çempionatı: Azərbaycanın 4 güləşçisi bu gün medallar uğrunda görüşlərə çıxacaqlar

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031