USTAD ŞƏHRİYARA - Solmaz ŞİRVANLI
USTAD ŞƏHRİYARA

Aləmə bəllidir,mənim bu halım
Artır günü -gündən,dərdi -məlalım,
Alıb qanadına gör hara çəkir,
Saysız düşüncələr,yorğun xəyalım.

Deyirəm dünyaya gəlməzdim kaş ki,
Bir insan yerinə,doğulsam daş ki,
Alıbdır özümü özümdən mənim,
Bir Cənub həsrəti,Şəhriyar eşqi.

Ey böyük şairim,ey böyük ustad,
Vermisən bəşərə özün boyda ad,
Səni ziyarətə yetişmək üçün,
Ruhundan dilərəm, özümə imdad.

Gəzərək dünyanı bil diyar-diyar,
Gəldim hüzuruna ustad Şəhriyar.
Könlümdə həsrətin,qəlbimdə adın,
Gətirib bu elə məni arzular.

Ey ulu Şəhriyar,ustad Şəhriyar,
Adına təşnəyəm,könlüm intizar,
Hələ körpəlikdən adına bağlı,
Səni ziyarətə bir niyyətim var.

Adından ad alıb, şair ürəyim,
Görsəm məzarını olmaz gileyim,
İstərəm adına dastanlar yazım,
Budur saf niyyətim,arzum-diləyim.

Savalan dağı tək ucasan- uca,
Ən uca zirvəsən,dönmüsən taca,
Təbrizdən boy aldın,kəndin Xosginab
Səhənddən yol açdın sən də Meraca.

Heydərbaba şerin eldə dillənib,
Təzə qönçə açıb ,sanki güllənib,
Sözlərin qiyməti ucalıb ərşə,
Oxuyan fəxr edib ,elə şellənib.

Xannənə dastanı düşüb dillərə,
Yayılıb sədası oba- ellərə,
Açıb Novruzgülü gözü yoldadır,
Gələ bayram günü verə yellərə.

Heydərbaba dağın daha ağlamır,
İllər keçir gün dalını dağlamır,
Yağmır yağış,cesmələrdən xəbər yox,
Arvad-uşaq gül dəstəsi bağlamır.

Millət yatıb,yoxdu bir kəs oyana,
Gül dəstəsin göndərən yox bu yana,
Baglanıbdır yollar, qalmışam həsrət,
Şəhriyar böyüdən Azərbaycana.

Cənub həsrətiylə,gəzdim intizar,
Gözlərim yaşlıdır,qəlbimdə qübar,
Saçlarım həsrətdən ağarıb mənim,
Fələk də əlimdən alıb ixtiyar.

Qürbətdə ağlayıb,batmışam qəmə,
Sanki yolum düşüb doğma ölkəmə,
Səbrimi əlimdən alıb bu diyar,
İranda gözlərim qalıb, Şəhriyar.

Bağlanıb əzəldən ürəyim sənə,
Yollarım düşmüşdü dumana- çənə,
Şəhriyar məzarın ziyarət etsəm,
Çıxaram zülmətdən sanki ağ günə.

Bu yerlər mənimçün doğmadır,əziz,
Təbrizə sevgim var sonsuz,bəlkəsiz,
Dolanım Sərabı,gəzim Zəncanı,
Düşməyin şübhəyə,nə də şəkkə siz.

Keçim Maragadan Ərdəbil sarı,
Gözüm qamaşdırsın Savalan qarı,
Yol alım Ərdəbil,üzü Səreynə,
Seyr edim Urmini,Nir bulaqları.

Şəhriyar istəyi,gözdə qalmasın,
Dərim üzümündən,heyva-almasın,
Ordan da üz tutum Məşhəd ə sarı,
Çin olsun Solmazın qoy arzuları.

Solmaz Şirvanlı {AYNAZ CƏVAHİR KƏLAM}
01-07-2022

Son xəbərlər

Naxçıvanda qəza oldu - Yaralılar var (FOTOLAR)

Rusiya İrana uçuşları dayandırdı

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

“Əminəm ki, Tramp verəcəyim hər qərarı dəstəkləyəcək”

Niderland - Yaponiya oyununda qolsuz bərabərlik - Yenilənir

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

Karateçimiz Mərakeşdə qızıl medal qazandı

"Halef"dən ayrılan kimi yeni işini seçdi

Helikopter qəzasında ölənlərdən biri məşhur müğənni imiş

Flora Kərimovanın son durumu açıqlandı

Prezidentdən Milli Qurtuluş Günü paylaşımı - FOTO

Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım etdi - FOTO

Həyəcan təbili: Uşaqlar arasında energetik içki istifadəsi artır

Ermənistan müxalifəti mitinq keçirir

Məşhur futbolçu və müğənni evləndi - Foto

Konsertindəki çıxışı ilə pərəstişkarlarını təsirləndirdi

Bu gün Bakı şəhəridə Sazlı-Sözlü Borçalı ədəbi məclisinin tədbiri keçirildi - FOTO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub

Magistraturaya qəbul imtahanı keçirildi - YENİLƏNİB

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

İshaq Dar və Hakan Fidan müzakirə apardılar

Rusiyanın Oryol şəhərinə dron hücumu - Ölən var

Abşeron rayonuda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib - FOTOLAR

Azərbaycanın rayonlarında yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ

BELA ZƏNGİBASARLI : ,,ZƏNGİBASAR YALLISI" - FOTO

Deputat: Milli Qurtuluş günü Azərbaycanın dövlətçilik tarixinin dönüş nöqtəsidir

Mirzəxan Xəlilov-80

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930