Xəbərlər
5.05.2022, 22:06
"Superbet Chess Classic": Şəhriyar Məmmədyarov ilk görüşdə ABŞ şahmatçısına uduzub
Bu gün Rumıniyanın paytaxtı Buxarestdə "Grand Chess Tour" seriyasının ilk mərhələsi olan “Superbet Chess Classic” şahmat turnirinin birinci turunun oyunları keçirilib.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, yarışda iştirak edən Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ilk görüşdə ABŞ təmsilçisi Uesli Soya məğlub olub.
Dairəvi sistem üzrə təşkil olunan və mayın 14-dək davam edəcək turnirin ümumi mükafat fondu 350 min ABŞ dolları təşkil edir.
Xatırladaq ki, Şəhriyar Məmmədyarov 2021-ci ildə keçirilmiş “Superbet Chess Classic” turnirinin qalibi adına layiq görülüb.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay