Böyük nüfuz sahibi - Daşdəmir ƏJDƏROĞLU
Təqvimdə hər bir insanın özəl, ona aid bir günü olur. İnsan özünü bu günün qəhrəmanı hiss edir bir növ… İctimaiyyət və çalışdığı sahədə böyük nüfuz sahibi olan Ehtiram Abusət oğlu Məmmədovun bu gün ad günü, şad günü, özəl günüdür!
Mən öz ad günümdə nədənsə çox qəribə hisslər keçirirəm… Sözlər, sətirlər, cümlələr ifadə etməz bu günün xüsusiliyini… elə qəribədir ki təəssüratları… elə bənzərsizdir ki yaşatdıqları… Bu günü insan nədənsə etinasız yaşaya bilmir… Geriyə, yaşadıqlarına nəzər salmaya bilmir… Dönüb arxasına boylananda istər kədərqarışıq təəssüf, istərsə də “kaş ki” deməyə səbəb axtarmaya bilmir. Bütün yaşadıqlarını kino lenti kimi yaddaşında canlandırmaya bilmir. Görəsən niyə? Bu, təkcə məndəmi belə olur, ya hamıda belədir? Bunu da bilmirəm…

Hər keçən il insan məsuliyyətini daha da artırır… Bəzən zamanı dondurmaq istəyirsən, amma zaman öz hökmünü özü verir axı… Hakim odur… İllər, saatlar, saniyələr onun hökmüylə dönür… Bəs görəsən niyə uşaqlıqda tez böyüməyi arzuladığımız halda indi zamanı dondurub, ya da arxaya çevirib uşaq olmaq istəyirik… Bəlkə qayğılardan məsuliyyətdən qaçmaq istəyirik… “keçən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim”- deyirik… Amma hər halda geridə buraxdığımız acılı-şirinli günlərlə, anlarla, saniyələrlə bərabər yaşadığımız hər yaş bizimdir… Elə yaşamalıyıq ki, geri boylandıqda etdiyimiz əməllərdən xəcalət çəkməyək, əksinə yaşadıqlarımızdan qürur duyaq, onu gələcəyimizə bir stimul, bir bünövrə hesab edək…
Gəlin Ehtiram bəyi tanıtmağa çalışaq. O, Azərbaycanımızın cənub bölgəsinin gözəl məkanlarından birində - Masallı rayonunun Alvadı kəndində anadan olub. Öz dövrünün tələnlərinə uyğun olaraq ali təhsil ala bilib, dünyagörüşünü artırmağa nail olub. Qarşısına məqsəd qoyub ki, gələcəyini təmin edə bilsin. Bir müddət jurnalistika sahəsində çalışıb, gücünü sınayıb. Onu bir sıra qələm sahibi də tanıyır.
Hazırda isə Rusiyada bizneslə məşğuldur. Orada böyük hörmət qazanıb. Bu da onun sadəliyindən irli gələn xüsusiyyyətlərindən biridir. Hər zaman sevdiklərinə dayaq durur. Zəhmətkeş ata, qayğıkeş həyat yoldaşı, nümunəvi ailə başçısı, səmimi insan, sadə zəhmət adamıdır.
Ömür-gün yoldaşı Aygün xanım da qələm əhlidir, bir vaxtlar eyni sahəni bölüşüblər. Aygün xanım bu gün də bizim aramızdadır, öz qələmini bu sahənin inkişafına həsr edir, maraqlı yazıları ilə oxucu diqqətini cəlb edir, çalışdığı sahənin nüfuznu qoruyib saxlayır.
Ailəlidir. Hazırda iki oğul atasıdır. Fərid polis sistemində çalışır, Nihat isə Yaşmada xidmət edir. Bu övladlar da nümunəvi bir ailənin əziz, sevimli övladları kimi Vətənə xidmət edir, özlərinin bu torpağa bağlılıqlarını nümayiş etdirirlər. Hər yerdə söz düşəndə onların adları fəxarətlə çəkilir. Bu da Ehtiram Məmmədovun və onun ömür-gün yoldaşının müstəsna xidmətidir.
Hə, bu gün belə bir zəhmətkeş, incə qəlbli insanın – Ehtiram Məmmədovun günüdür- ad günüdür… İnsan doğulduğu gün ona ad vermirlər ki? Bəs görəsən niyə ad günü deyirik doğum günümüzə? Nəysə… İnsanlar zəng edirlər… təbrik edirlər… Yaddaşlarda olduqları üçün sevinirlər də… zəng edənlərim varsa, deməli, kimlərinsə qəlbində iz salmısan… Xatırlandığın üçün sevinirsən… Amma qəlbimdə bir hüzn var sanki… “İllər nə tez keçdi?” – deyirsən öz-özünə…
Bəli, bu illərin sınağından keçərək növbəti ad gününüzü keçirirsiniz. Sizə cansağlığı, uzun ömür, xoşbəxtlik, sağlam həyat, ailə səadəti, övlad toyu arzulayırıq. Qəlbinizdə nə arzu varsa, qoy problemsiz həyata keçsin. Həmişə başınızı və üzünüzü açıq səmaya doğru dik tutasınız.
Doğum günün mübarək!
Böyük nüfuz sahibi - Daşdəmir ƏJDƏROĞLU
Böyük nüfuz sahibi - Daşdəmir ƏJDƏROĞLU
Böyük nüfuz sahibi - Daşdəmir ƏJDƏROĞLU

Böyük nüfuz sahibi - Daşdəmir ƏJDƏROĞLU

Dostlar adından Daşdəmir ƏJDƏROĞLU

Son xəbərlər

Ömrün ən gözəl redaktəsi – İnsanlıq - FOTO

Çimərliklərə gedənlərə - Çağırış

DİN-in Hərbi İnstitutunda növbəti buraxılış olub - FOTOLAR

Media: 2026-cı ilin beynəlxalq tədbirləri Türkiyənin potensialını güclü şəkildə tanıdacaq

İyunun 21-i Beynəlxalq Yoqa Günüdür

Pezeşkian İranın Qətər banklarındakı 6 milyard dollarının sərbəst buraxılacağını bəyan edib

Pikassonun oğurlanmış tablosu tapıldı

Külək, yağış, dolu...

Azərbaycana yay gəldi

Prezident qəbul keçirdi - Fotolar

40 yaşlı Noyer dünya çempionatlarında ən çox oyun keçirən qapıçı titutuluna yiyələnib

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Vens İranla danışıqlar aparmaq üçün İsveçrəyə yola düşüb

"Hudutsuz sevda"nın "bacı-qardaşı" nişanlandı - FOTOLAR

Türkiyədə tur avtobusu aşdı - Ölən və xəsarət alanlar var

HƏSƏNXAN ƏSƏDOV : Xatırlasan özün gəl - FOTO

Tramp: Atəşkəs dövründəki60 gün ərzində Hörmüz boğazında ödəniş olmayacaq

CÜMŞÜD AYDƏMİR : Dünyanı qoruyaq - FOTO

Melonidən Trampa yeni mesaj: Sizə öz populyarlığınıza diqqət yetirməyi məsləhət görürəm

Tramp İtaliyanın Baş naziri Meloni ilə dostluq etməyəcəyini bildirib

ADPU-nun müəllimi vəfat etdi

ABŞ-da naməlum şəxslər avtomobildən bir qrup insana atəş açıb, yaralananlar var

ChatGPT istifadəçiləri üçün vacib XƏBƏRDARLIQ

Məlahət Behbudqızı : Sənli xəyallarla yaşayır qəlbim - FOTO

Ağstafaya dolu düşdü

"Azəriqaz"da yeni struktur yaradıldı

İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 4057 nəfərə çatıb

İordaniya Haşimilər Krallığı Xalq Məclisinin Nümayəndələr Palatasının sədri Azərbaycana səfərə gəlib

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930