Kənddə böyümüşəm - Cümşüd AYDƏMİROV
Kənddə böyümüşəm,kənd uşağıyam,
Sübh tezdən oyanmaq olub vərdişim.
Qonşuda yaşayan Xalid kişinin,
Atını suvarmaq olub adətim.

Qızmar gün yandırıb qaralan kişi,
Zəhmətdən bərkiyib qayış kimiydi.
Mənim xahişimlə yumşalan kişi,
"Atdan yıxılarsan,olmaz!" demirdi.

Boyuma baxaraq, gülümsəyərdi,
Kömək də edərdi atı minməyə..
Məndən bir yaş böyük oğlu Kərimi,
Qoymazdı at minsin, tənbəldi, deyə.

Dəmirçi əlində dəmir hissələr,
Olurdu mum kimi körük içində.
Şinlər əyilirdi dəmirdən şinlər,
Çarxa çəkilirdi bir üzlük kimi..

At nalı düzəltmək, atı nallamaq,
Özü tamaşaydı, pulsuz tamaşa...
Ağrıdan dartınan atı pusaraq,
Olub ki, gizlincə ağlamışam da...

Gecələr yuxuma girirdi Kəhər,
Dartınıb,kişnəyib şahə qalxırdı!
Səhərlər sürürdüm şəstlə, bəxtəvər,
Mən bir az dəcəldim at "anlıyırdı".

Dəryazla ot biçib, dərz dərzləmişəm,
İnəksiz,heyvansız kənd evi olar?
Mən uşaq olarkən "olmaz" bilirdim
Sən demə, "olarmış" indi çoxdular

Dərsdən tələsərdik evlərə haman,
Göyərti ləkləri bizi gözlərdi....
Kişniş də,şüyüd də,cəfəri,soğan
Pendir, xərək çörək necə gedərdi?

Qışda kirşə ilə su daşıyardıq,
Su xətti donardı bəzən günlərlə...
Suyun mənbəyində növbə tutardıq,
Növbə uzanardı gecə səhərə...

Atılıb düşərdik axşama kimi,
Arada kitaba vaxt da tapardıq...
Yatanda yatardıq lap "ölü"kimi,
Oxuyub yazmağa imkan tapardıq!

Kənddə böyümüşəm kənd uşağıyam,
Səhər tezdən qalxmaq olub adətim.
Sübh Günəşi ilə bir oyanmışam,
Şehli çəmənlərdə gəzmək vərdişim

Cümşüd Aydəmirov,
Xudat. 07.05.22

Son xəbərlər

Azərbaycandakı müharibə əlillərinin rəsmi sayı açıqlanıb

Oğuzda minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var - VİDEO

Münxendə PUA həyəcanı - Hava limanı bağlandı

Köhnədir deyə atmayın: Nənələrinizin bu əşyaları sizi milyonçu edə bilər

May ayının son gününə olan hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Rusiya Ermənistandakı səfirini geri çağırıb

Bu gün UEFA Çempionlar Liqasının qalibi bəlli olacaq

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını 5 qələbə ilə başa vurub

Avropanı isti dalğası bürüdü - Təhlükə xəbərdarlığı elan edildi

Otamendi 38 yaşında "River Pleyt"ə keçdi

Niderlandın xüsusi elçiləri Azərbaycana səfər edəcəklər

Daha bir ölkə uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırır

Trampın adı 14 gün ərzində silinməlidir - Məhkəmə qərar verdi

Yeni sevgilisini belə elan etdi - FOTO

Zöhrə Qaraqızı : BİR DƏFƏ ÜZÜMƏ GÜLMƏDİN, DÜNYA! - FOTO

İsmayıllıda güclü külək fəsadlara yol açıb

HƏSƏNXAN ƏSƏDOV : Gətirsin sənə - FOTO

Azərbaycan neftinin qiyməti 98 dollara düşüb

UEFA Çempionlar Liqasının qalibi bu gün Budapeştdə müəyyənləşəcək

Türkiyənin bir neçə əyalətində sel və torpaq sürüşmələri baş verib

"Qalatasaray"da 85 milyon avroluq şok müqavilə

Stalinin nadir şərab kolleksiyası hərraca çıxarılır - FOTO

Maaşlarla bağlı deputatdan ŞAD XƏBƏR: 660 manatdan yuxarı...

ABŞ-da tuneldə qatar yanıb, 5 nəfər xəsarət alıb

Beynəlxalq maliyyə qurumları Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib

Rumıniya hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı NATO-ya müraciət edib

Gülnarə Məhəmmədqızı : Evin Qanunu - FOTO

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031