
Xəbərlər
31.03.2022, 22:29
Söz xiridarı Zakir Məmmədə - Cümşüd AYDƏMİROV
Söz xiridarı Zakir Məmmədə
Leysan başlamamış göy guruldayır,
Vulkan püskürməmiş yer uğuldayır,
Bu gün söz bazarı sanki partlıyır,
Pisi yaxşısına qarışıb əlbət,
Söylə sən hardasan, ay Zakir Məmməd?
Susmaq yaxşı şeydir,belə də olmaz,
Danışılası yerdə susmaq da olmaz,
Yazmalı nəyisə yazmamaq olmaz,
Bunları sən yaxşı bilirsən əlbət,
De görüm hardasan, ay Zakir Məmməd?
Arı şirə çəkir gül ləçəyindən,
Yaz mehi astaca öpür gözündən,
Sonra sığal çəkir nəmli üzündən,
Dilində sual var,gözündə heyrət,
De görüm hardasan, ay Zakir Məmməd ?
Cümşüd Aydəmirov,
Xudat. 30.03.22
Leysan başlamamış göy guruldayır,
Vulkan püskürməmiş yer uğuldayır,
Bu gün söz bazarı sanki partlıyır,
Pisi yaxşısına qarışıb əlbət,
Söylə sən hardasan, ay Zakir Məmməd?
Susmaq yaxşı şeydir,belə də olmaz,
Danışılası yerdə susmaq da olmaz,
Yazmalı nəyisə yazmamaq olmaz,
Bunları sən yaxşı bilirsən əlbət,
De görüm hardasan, ay Zakir Məmməd?
Arı şirə çəkir gül ləçəyindən,
Yaz mehi astaca öpür gözündən,
Sonra sığal çəkir nəmli üzündən,
Dilində sual var,gözündə heyrət,
De görüm hardasan, ay Zakir Məmməd ?
Cümşüd Aydəmirov,
Xudat. 30.03.22
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












