
Xəbərlər / Nesr
26.11.2021, 23:09
Cümşüd Aydəmirov: - Xalq şairi Məmməd Araza-FOTO
Kəndimizdən Bakıda ailələri ilə yaşayıb işləyənlər az deyildi.
Dayımgil hər yay istirahət etmək üçün ailələri ilə kəndə gəlir, yay tətilinin sonuna kimi kənddə qalırdılar.Keçən əsrin70 ci iliydi.Dayımgil yay tətilində kəndə gəlmişdi.Bu dəfə gələnlərin arasında başqa qonaqları da gördüm.Onlar dayım uşaqlarının xalası uşaqları imiş.10-12 yaşlarında bizimlə həmyaş olan qızlarla gizlənpaç,badminton oynadıq.Qonaqlar bir neçə gün qaldı və çıxıb getdilər.Onlar gedəndən sonra bildim ki,həmin qızlar "Anamdan yadigar nəğmələr kitabını oxuduğum Məmməd İbrahimin(Məmməd Arazın),dayımın baldızının (rəhmətlik Gülxanım müəllimənin)qızları,İradə və Şəlalə imiş.
Ruhun şad olsun,böyük şair deyərək, bu şeiri yazdm
Ünlü şair şeirlərin tanındı,
Bəzilərin sən Digahda yazmısan.
İmzan ilə sən özünü tanıtdın,
Məlum oldu onları harda yazmısan.
Ağrıların səni haldan salanda,
Sən Bakıdan baş götürüb qaçmışdın,
Ünvanını bizim kənddə tapanda,
Ümidini qələmə bağlamışdın.
Şeirlərin tamamında görürəm,
Şeir bitib lap sonunda görürəm,
Tarixiylə Quba,Digah görürəm,
Məlumdu ki,onları harda yazmısan!
Uşaqlıqdan şeirlərə acıydım,
Kitab üçün mağazaya qaçırdım,
Kitablardan biri evimin tacıydı,
O, "Anamdan yadigar nəğmələr"!
O nəğmələr bizə layla çalırdı,
Ürəklərdə sevgi tək çağlayırdı,
Təmiz eşqə,vətənə bağlayırdı,
O Anamdan yadigar nəğmələr
Ünlü şair şeirlərin tanındı,
Məlum oldu onları harda yazmısan!
İmzan ilə sən özünü tanıtdın,
Şeirləri sən Digahda yazmısan!
Cümşüd Aydəmirov,
Bakı. 25.11.2021
Bakı. 25.11.2021
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












