
Xəbərlər
2.01.2022, 19:28
Lövhələr - Cümşüd Aydəmirov
Lövhələr
Eyni lövhə,bir mənzərə,
Biri yaydır,biri qış.
Rəssam kimi,rəng verənə,
Təbiətə min alqış!
Yay axşamı məğrur qovaq,
Yarpaqlayıb sallanır.
Şaxtalı qış həmin qovaq,
Bir həzinlik paylayır.
Günəş yayıb şəfəqlərin,
Üfüq olub qan kimi.
Qar altında pöhrələrin,
Görünüşü ağ kimi.
Bir şəkildə batan günəş,
Sabahadək söyləyir.
O birində donan ağac,
Yazdan kömək gözləyir.
İlahinin gücünə bax!
Təbiətdə təzada,
Qışda cansız qovağa bax,
Yayda canlı qovağa!
Cümşüd Aydəmirov,
Xudat. 02.01.22
Eyni lövhə,bir mənzərə,
Biri yaydır,biri qış.
Rəssam kimi,rəng verənə,
Təbiətə min alqış!
Yay axşamı məğrur qovaq,
Yarpaqlayıb sallanır.
Şaxtalı qış həmin qovaq,
Bir həzinlik paylayır.
Günəş yayıb şəfəqlərin,
Üfüq olub qan kimi.
Qar altında pöhrələrin,
Görünüşü ağ kimi.
Bir şəkildə batan günəş,
Sabahadək söyləyir.
O birində donan ağac,
Yazdan kömək gözləyir.
İlahinin gücünə bax!
Təbiətdə təzada,
Qışda cansız qovağa bax,
Yayda canlı qovağa!
Cümşüd Aydəmirov,
Xudat. 02.01.22
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay








