Dəyərli şair-publisist, gözəl qiraətçi, AYB və AJB- nin üzvü Arzu Heydərova çağdaş ədəbiyyatımızda, poeziyamızda öz dəsti- xətti ilə sevilib- seçilən istedadlı şairlərdən biridir.

Azərbaycanın dilbər guşələrindən biri olan Lerikdə dünyaya göz açan Arzu xanıma, Allah fərqli bir istedad bəxş etmişdir. O, gözəl şair olmaqla yanaşı, həmdə məlahətli, ecazkar səsə malikdir. Mən dəyərli şairimizlə fasebookda tanış oldum. Onun mənalı, məntiqli, təsirli şeirləri diqqətimi cəlb etdi. Bununla yanaşı, Arzu xanımın həm də peşəkar bir qiraətçi olduğunun şahidi oldum. Onun qiraət etdiyi şeirləri dinləməkdən xüsusi zövq aldım. İlahinin Arzu xanıma bəxş etdiyi ecazkar səsin sanki sehirinə düşdüm. Onun səsi adi səs deyil... Bu səs adamı sanki maqnit kimi özünə çəkir və məftun edir... Arzu xanım qiraət etdiyi şeirlərə həyat verir, yaşadır, gözəlləşdirir. Hazırda çoxlu qiraətçilərimiz vardır.

Onların da əksəriyyəti qiraətin qaydalarına düzgün əməl edirlər. Elə qiraətçilərimiz də var ki, sanki onların ürəyi danışır, insanı təsirləndirir. Bu xüsusiyyətlər Arzu xanımda da vardır. Lakin fərqli cəhət ondan ibarətdir ki, Arzu xanımın səsi İlahidən bəxş edilmiş bir vergidir. Bu məlahətli səs adamı ovsunlayır, heyran edir. Məhz buna görə də, Arzu sevərlər ona "Arzu bal səs" deyirlər.
Mən bir şair, yazıçı kimi Arzu xanımın dəyərli sənətinə vuruldum. Ona can sağlığı, uzun ömür, yaradıcılığında yeni- yeni uğurlar diləyirəm.

SEHİRLİ SƏS
Əziz Arzu, səsin gəlsin,
Duyğuların dilə gəlsin.
Könül açan ruhun dinsin,
Bal səsinin ətri gəlsin.

Mələklər səni dinləyir,
Möcüzə səsdir,-- söyləyir.
Bülbüllər də fərəhlənir,
Qulaq asıb nəğmə deyir.

Səsin nələr- nələr deyir...
Könülləri fəth eyləyir.
İlahidən bu vergidir,
Hər duyan qəlbi titrədir.

Bu sehirdə dolaşıram,
Keçmişimi axtarıram.
Gələcəyə boylanıram,
Bal səsindən ruhlanıram.

Zər qədrini zərgər bilir,
Səs qədrini duyan bilir.
Bal səsinin dəyəri var,
Duyan qəlbdə sevgisi var...

29.05. 2026.

Son xəbərlər

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930