Allahın bizə bəxş etdiyi ömür yolunda rastlaşdığımız insanların gözəl əməl və işlərini xatırladıqca, insan qəlbən rahatlanır, ruhən sevinir. Hər dəfə belə anlarda insanlığın əsl gözəlliyini, mənəvi dərinliyini daha dərindən dərk edirsən.
Elə bu düşüncələrdən doğan niyyətlə bu yazıda da elə insanlardan biri — gördüyü işlərlə könüllərdə iz qoymuş bir şəxs barədə danışmaq istəyirəm. Yazıya başlamazdan öncə Anadoluda yaşamış böyük İslam alimi, mistik və filosof Hacı Bektaş Vəlinin ibrətamiz bir kəlamı yadıma düşdü:


“Oxunacaq ən böyük kitab insandır.”


Bu kəlamın bir həqiqət olduğunu hər birimiz həyatımız boyu dəfələrlə təsdiqləmişik.
Son bir ildə səsi və qiraəti ilə qəlbimdə özünə sevgi yaratmış, klassik və çağdaş ədəbiyyatımızdan dəyərli nümunələr səsləndirən ASİF BABA kimi tanıdığım Dünyamalıyev Allahverən haqqında düşünəndə, 70-ci illərin məşhur Amerika yazıçısı Riçard Devid Baxın sözləri yada düşür:
“Qəlbi gözəl olan insan, getdiyi hər yeri gözəlləşdirər. İnsan isə yaşadığı yerə görə deyil, daşıdığı ürəyə görə yaşayır.”
Bizim tanışlığımız “Facebook” üzərindən başlayıb. Onun bir neçə şairin şeirlərini səsləndirdiyi videoları dinləyib bəyənmiş, rəylər yazmışdım. Beləcə, bu səmimi dostluğumuz da həmin o musiqili sözlərin içindən boy göstərdi.
Doğrusu, 19-cu əsrdə yaşamış alman bəstəkarı Rixard Vaqnerin məşhur fikri —
“Söz gücsüz olduğu yerdə musiqi başlayır” —
məndə uzun müddət şeir qiraətinə bir qədər fərqli yanaşma yaratmışdı. Bəlkə də elə buna görə tanıdığım qiraətçilərdən heç vaxt öz şeirlərimin səsləndirilməsini xahiş etməmişdim.
Amma bu düşüncə dəyişdi — o vaxta qədər ki, Asif Baba mənim şeirlərimdən birini səsləndirdi.
Hz. Əlinin bir kəlamı burada yerinə düşür:
“Gözəl bir xarakter, gözəl bir üzdən daha uzunömürlüdür.”
Asif Baba ilə söhbətlərimiz, telefon danışıqlarımız zamanı onun xarakterinin saflığını, səmimiyyətini dərindən hiss etdim. Bu gözəl insana olan rəğbətim get-gedə daha da artdı. Aramızdakı isti münasibət bu gün də eyni səmimiyyətlə davam edir.
Çili şairi və Nobel mükafatı laureatı Pablo Neruda bir yerdə belə demişdi:
“Sevdiyimiz insanların sevgisini hiss etmək, həyatımıza həyat verən günəş kimidir.”
Asif Babanı izlədikcə, onun qəlbinin işığını, insanlığına hopmuş gözəlliyi bir daha dərk etdim.
Bəli, qəlbi gözəl olan insan — harada olursa-olsun, oraya nur gətirir.
Onun səsi yalnız bir qiraət deyil, həm də insanın iç dünyasına işıq salan bir duyğu körpüsüdür.
Belə insanlar həyatın ən saf dəyərlərini yaşadırlar — səsləriylə, davranışlarıyla, xarakterləriylə...
Bir çox oxuduğum bədii yazılardan gəldiyim qənaət budur ki, duyğu gözəlliyin ən məntiqli təcəssümüdür. Şair, yazdığı şeiri duyub yazdığı kimi, qiraətçi, rejissor, aktyor onun əsil ifaçısıdır. Bu yanaşmam düzdü yoxsa yanlış, bilmirəm, amma məni buna yönəldən qənatimdir. Çünki, qədim Çin mütəfəkkiri pedaqoqu və filosofu Konfutsi deyir ki, -"Gözəllik hər şeyə verilib, amma bunu görmək hər kəsə nəsib olmaz".
Həqiqətəndə son vaxtlar Asif Babanın qiraət etdiyi proqramında olan gözəl nümunələrə nəzər yetirəndə bunu görməmək, duymamaq olmur. Klassiklərimizdən üzübəri, bu günki çağdaş ədəbiyyatımıza möhürün vuran şairlərimizə qədər bir çox şairin şeirindən seçmələr edib səsləndirməsi bu gözəlliyi duymaq nəsibliyindən irəli gəlir.
Allah bu kimi qəlbləri sevgi ilə dolu edər. Orta əsrlərin böyük fars şairi Fəridəddin Əttarın dediyi kimi:-Ən böyük xəzinə, Allah sevgisiylə dolu olan qəlbdir."
Bəli, Asif Babanın qəlb gözəlliyin duymaq, onun qiraət yaradıcılığında təmənnasız müraciət etdiyi şairlərimizin şeir nümunələridir. Bu nümunələr o qədər qəlbə yatımlı, ruha qida verəndir ki, onu dinləmədən keçmək olmur...
Bu yolda Asif Baba kimi qiraətlərin sevə-sevə dinlədiyimiz Allahverən Dünyamalıyevə uca Yaradandan sağlam can sağlığı, uzun ömür, səsində və sözündə sevincli günlər və yaradıcılıq uğurları diləyirəm...
Elxas Comərd.
AYB-nin, "İti Qələm" Respublika Ədəbi Birliyinin və
"Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü.



Son xəbərlər

Ərdoğanla Tokayev arasında telefon danışığı baş tutub

Haaqada "Bosniya qəssabı" Ratko Mladiç ölüb

Rəsmi Bakı Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısındakı təxribatı pisləyib

"Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM

Sabah Sabirabadın 10 kəndində qaz kəsiləcək

Rusiya ordusu Xarkovda ticarət mərkəzini dronla vurub: 1 nəfər ölüb, 4 yaralı var

Məleykə Abbaszadə: Ötən ilin keçid balı builki keçid balının göstəricisi kimi qəbul edilməməlidir

Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları məlum olub - SİYAHI

Şavkat Mirziyoyev 850-dən çox məhkumu əfv edib

İlham Əliyev Maya Sanduya: Əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik

Azərbaycana bu iki ölkədən daha çox turist gəlir

Nigar Fərhad saxlanıldı

Azərbaycan üçün şad xəbər: ölkənin yeni “qara qızıl”ı...

Sentyabrdan bir neçə dərslik yenilənmiş məzmunda tədris olunacaq

Azərbaycanda bu ad cəmi 3 uşağa verilib

Yaş insanın ürəyinə verilmiş son istifadə tarixi deyil...

Hacıyevlər ailəsində sevincli anlar - FOTO

“Evdə tək”in aktyoru vəfat etdi

Azərbaycan nefti cüzi ucuzlaşıb

FHN gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Paytaxtın üç rayonuna elektrik enerjisinin verilişində fasilə yaranacaq

Xanım jurnalistə vəzifə verildi

Prezident ailəsinin səmimi - Fotosu

Çempionlar Liqası: "Fənərbağça" 18 il sonra əsas mərhələyə vəsiqə qazanıb

Əsgərlikdən saxlatmaq üçün 24 min manat aldı

Milli Qəhrəmanın oğlu bu universitetə qəbul oldu

Əminə Ərdoğandan Mehriban Əliyevaya təbrik zəngi

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31