Ölkə paytaxtında 1-3 iyun tarixində Bakı Enerji Həftəsi baş tutacaq
Ölkə paytaxtında 1-3 iyun tarixində Bakı Enerji Həftəsi baş tutacaq. Bu müddət ərzində 3 böyük tədbir - 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Enerji və Bərpa Olunan Enerji sərgiləri və “Xəzər Neft və Qaz” konfransının xələfi olan Bakı Enerji Forumu keçiriləcək. Tədbirlər Azərbaycan Respublikası Energetika Nazirliyi və SOCAR-ın dəstəyi ilə keçirilir.

Turaztv.az xəbər verir Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” 27-ci Bakı Enerji Forumunun rəsmi sponsorudur. Azərbaycan iqtisadiyyatının inkişafına və cəmiyyətin tərəqqisinə öz töhfəsini verən Bank bir sıra əhəmiyyətli layihələrin tərəfdaşı qismində çıxış edib.

“Bizim üçün çox sevindirici haldır ki, “PAŞA Bank” 1-3 iyun tarixində keçiriləcək 27-ci Bakı Enerji Forumunun sponsoru qismində çıxış edir. Əməkdaşlığımızın hər iki tərəf üçün səmərəli olacağına əminliyimizi bildirir və gələcəkdə birgə fəaliyyətimizin inkişaf edəcəyinə ümid edirik”, - Bakı Enerji Forumunun təşkilatçısı olan “Iteca Caspian” şirkətinin içraçı direktoru Fərid Məmmədov qeyd edib.

“PAŞA Bank”ın idarə heyətinin sədrinin səlahiyyətlərini icra edən Cavid Quliyev forumdan bəhs edərkən bu növ genişmiqyaslı tədbirlərin keçirilməsinin özəl sektor üçün əhəmiyyətli olduğunu vurğulayıb. “Sənaye liderləri ilə bir araya gəlmək, həm yerli, həm də xarici şirkətlərlə məlumat mübadiləsində iştirak etmək fürsəti əməkdaşlıq əlaqələrini genişləndirir. Bu isə, müştərək layihələr və yeni investisiya imkanları deməkdir. “PAŞA Bank”, real sektorun aparıcı qüvvəsi kimi bu növ layihələrdə iştirak edərək iqtisadiyyatın dayanıqlılığına töhfə verməyi hədəfləyir”, - deyə Cavid Quliyev bildirib.

Əsrin müqaviləsilə həmyaşıd olan “Xəzər Neft və Qaz” Konfransı bu illər ərzində enerji sektorunun illik tədbiri, sənayenin əsas çağırışlarının müzakirə platforması statusunu qazanmışdır. Bu ənənəni davam etdirərək, konfrans estafeti öz proqramını aktual mövzularla genişləndirən Bakı Enerji Forumuna verdi.

Forumda dünyanın 30 ölkəsini təmsil edən 400 nəfərə yaxın nümayəndənin iştirak edəcəyi gözlənilir. Bu il forumun gündəliyinə “Enerji keçid dövründə: dəyişən dünyada yeni imkanlar və problemlər”, “Rəhbər şəxslərin müzakirələri. Qlobal enerji perspektivləri”, “Yaşıl enerjiyə keçidin maliyyələşdirilməsi”, “Xəzər regionunda kəşfiyyat və hasilat imkanların xəritəsi” və s. kimi mövzular çıxarılacaq.

Bakı Enerji Forumunun proqramı ilə keçiddə tanış olmaq mümkündür: https://bakuenergyforum.az/az-programme/

Forum haqqında daha ətraflı məlumat almaq üçün sərgi təşkilatçıları ilə əlaqə saxlaya bilərsiniz (+99412404100) bef@iteca.az

Son xəbərlər

Çimərliklərdə istirahət edən vətəndaşlar təhlükəsizlik qaydaları barədə məlumatlandırılıb

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Mətbəxdəki bu məhsul tıxanmış boruları açır

Almaniyada hər ay 15 min iş yeri bağlanır

“Çirkin”in aktyoru nişanlandı - FOTO

Sözün Hikmət günəşi, hər zaman əlahəzrət sözlərinlə günəş parlaqlığında qal...

Doğum gününüz mübarək olsun, əziz Ana! - FOTOLAR

SÖZÜN RƏNGİ, SƏSİ VƏ ƏTRİ...

Dənizdə batan Ümid müstəntiq işləyirmiş

Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu

İsti havanın insan orqanizminə mənfi təsiri və ondan qorunma üsulları – Həkim məsləhəti

Xəzər dənizində zəlzələ olub

Bakıda evdə meyit tapıldı

Messi "MLS Ulduzlar matçı"nın heyətindən çıxarıldı

Almaniyada yüngülmühərrikli təyyarə yaşayış evinə çırpıldı - 2 pilot həlak oldu

Dünyanın NAĞIL KİMİ 15 mənzərəsi

Ukrayna Xəzərdə İrana aid ticarət gəmisini vurdu - Ölən var

QAÇILMAZ FACİƏlƏRƏ SƏBƏB OLA BİLƏCƏK BU HALLARIN QARŞISI ALINMALIDIR

KÖÇƏ QOŞULURAM BAHAR GƏLƏNDƏ

ELXAS MÜƏLLİM TƏŞƏKKÜR EDİRƏM, DİQQƏT VƏ DƏYƏRİNİZ ÜÇÜN.

Bal yeyərkən bunlara diqqət edin!

Türkiyədə əlverişsiz hava ilə bağlı xəbərdarlıq edildi

Tramp İrana qarşı zərbələri dayandırmaq əmri verdi

Avropa Cüdo Ümidləri Turnirində ilk yarış günü başa çatıb

Tural Abbaslı: ““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur”

Professor İsmixan Rəhimovun sevimli tələbələrindən biri...

Sabah çimərliklərdə suyun temperaturu 30 dərəcə olacaq

Məsud Pezeşkianın çıxışını kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edilib

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031