Energetika naziri: Zəngəzur dəhlizi “Kəmər və Yol” layihəsinin strateji əhəmiyyətini daha da artıracaqOktyabrın 18-19-da Çin Xalq Respublikasının Çindao şəhərində hibrid formatda 2-ci “Kəmər və Yol Energetika Nazirləri Konfransı” keçirilib. Müxtəlif ölkələrin yüksək vəzifəli şəxslərinin iştirak etdiyi tədbirin açılış mərasimində energetika naziri Pərviz Şahbazov onlayn formatda çıxış edib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir Qədim İpək Yolu üzərində yerləşən Azərbaycanın Bakı-Tbilisi-Qars dəmiryolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu vasitəsilə Çin ilə Avropa arasında “mühüm körpü” rolunu oynadığını qeyd edib. Bildirilib ki, Azərbaycanın təşəbbüskarı olduğu yeni Zəngəzur dəhlizi perspektivdə “Kəmər və Yol” layihəsinin strateji əhəmiyyətini daha da artıracaq. Nazir qlobal əhəmiyyətli enerji xətləri, şaxələndirilmiş enerji resursları və Avropanın enerji təhlükəsizliyinin təminatındakı rolu və əlverişli investisiya imkanları ilə Azərbaycanın bu dəhlizdə enerji əməkdaşlığının inkişafında vacib tərəfdaş olduğunu bildirib.

“Hazırda iqlim dəyişiklikləri ilə bağlı çağırışlar enerji sektorunu kəskin dəyişikliklərlə üz-üzə qoyub və bu prosesdə çoxtərəfli əməkdaşlıq heç vaxt olmadığı qədər həlledici rol oynayır. Qlobal enerji istehlakının strukturundakı təsirli mövqeyi, dünyada bərpa olunan enerji üzrə ən böyük qoyuluş gücünə malik ölkələrdən biri olması və 2060-cı ilə qədər sıfır karbon emissiyası ilə bağlı hədəfi Çinin təşəbbüsü ilə “Kəmər və Yol”un “yaşıl enerji” üzrə də effektli əməkdaşlıq platformasına çevrilməsinə təminat yaradır”, - deyə nazir qeyd edib.

Nazir, həmçinin bərpa olunan enerji mənbələrinin inkişafı, enerji səmərəliliyi sahəsində ölkəmizdə aparılan islahatlar, həyata keçiriləcək layihələr, işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji zonası”nın yaradılması istiqamətində görülən tədbirlərdən bəhs edib. Bərpa olunan enerji layihələri üzrə keçiriləcək hərracların, eləcə də Xəzər dənizinin Azərbaycan sektoru üzrə 157 QVt həcmində külək enerjisi potensialının investorlar, o cümlədən Çin ilə dayanıqlı enerji əməkdaşlığı üçün yeni imkanlar yaradacağını qeyd edib.

Energetika Nazirlərinin 2-ci Konfransında yaşıl enerji sənaye zəncirinin qurulması, yaşıl enerjiyə keçid sahəsində ölkələr arasında əlaqələndirmənin artırılması, bu istiqamətdə inkişaf proqramlarının işlənməsi, karbon neytrallığı, yaşıl enerji sərmayələri üçün bazar mühitinin yaradılması, enerji keçidinin sürətləndirilməsi, yeni texnologiya və innovasiyaların tətbiqi mövzularında müzakirələr aparılıb.

Son xəbərlər

Çimərlik futbolu üzrə Azərbaycan millisi Avropa çempionatının A Liqasına yüksəlib

Bu ürəkdir - FOTO

"SÖZÜN KANDARINDA" QALDIĞIN DÜŞÜNƏN QƏLƏM ADAMI... - FOTO

Vüqar Novruzovun rəhbərliyi ilə Göygöldə milli-mənəvi dəyərlərin təbliği uğurla davam edir

Göygöl rayonunda “Aşıq Ələsgərin anım tədbirləri” layihəsi çərçivəsində yekun tədbir keçirilib - FOTOLAR

"Anne yarısı"nda daha 7 aktyor - FOTO

ABŞ Yaxın Şərqə qırıcı təyyarələr yerləşdirir

Doğma Həməşəra səhifəsinə təşəkkür - FOTO

İsmayıllıda ağır qəza olub, 3 nəfər ölüb

"Facebook"un işində nasazlıq yarandı

Bütün gözlər onlara çevrilib

“Facebook” və “Instagram” çökdü

Sabahın hava proqnozu açıqlandı

İranda zəlzələ oldu

Messidən finalöncəsi emosional çağırış - Foto

Şəhid övladları Fransada - Fotolar

Şimşək çaxıb, leysan yağıb

Tramp İranın ABŞ ilə Anlaşma Memorandumunu dayandırmasından narahat deyil

BƏƏ Yaxın Şərqdəki gərginliyin dərhal dayandırılmasına çağırıb

DÇ-da üçüncü yer mübarizəsi - İngiltərə erkən qol vurdu

SÖZÜN KÖLGƏSİNDƏ YAŞAYAN ADAM - FOTO

46 yaşlı qadın qızdırmadan öldü

Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirilib

Azərbaycan 6 ayda 24 milyard 661 milyon dollar dəyərində ticarət əməliyyatı apardı

44 gün enerji saxlayan "ƏBƏDİ TELEFON" - "iPhone 16 Pro"nu geridə qoyacaq

Ürək sağlamlığı üçün 1 nömrəli qəlyanaltı

Bakıda 33 dərəcə isti olub - FAKTİKİ HAVA

Netanyahu Nyu-Yorka getsə, həbs olunacaq

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031