Azərbaycan ilə Çex Respublikası arasında energetika sahəsində əməkdaşlığa dair Saziş imzalanıb30 sentyabr Azərbaycan Respublikası ilə Çex Respublikası arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Çex Respublikasının Sənaye və Ticarət Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında” Saziş imzalanıb.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, imzalanma mərasimindən əvvəl energetika naziri Pərviz Şahbazovla Çex Respublikasının xarici işlər naziri Yakub Kulhanek arasında görüş keçirilib. Çexiya ilə enerji əməkdaşlığının neft-qaz və bərpa olunan enerji istiqamətləri üzrə inkişafı üçün imkanlardan bəhs edən nazir Pərviz Şahbazov xüsusilə, Xəzər dənizini Avropa ilə birləşdirən “Cənub Qaz Dəhlizi”nin genişləndirilməsinin aşağı karbonlu təbii qaz üzrə əməkdaşlığa yol açacağına toxunub. Nazir, eyni zamanda, bərpa olunan enerji sahəsində həyata keçirilən və hərraclara çıxarılması planlaşdırılan ümumi gücü 700 MVt olan layihələr barədə məlumat verərək, Çex şirkətlərini bu prosesdə iştiraka dəvət edib.

Xarici işlər naziri Yakub Kulhanek də ölkələrimiz arasındakı strateji tərəfdaşlıq münasibətlərinin inkişafı üçün enerji əməkdaşlığının mühüm rol oynadığını qeyd edib. Ölkəsinin biznes dairələrinin mövcud imkanları qiymətləndirməsinin vacibliyini bildirib.

Müzakirələrdən sonra energetika sahəsində əməkdaşlığa dair sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Çex Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Milan Ekert imzalayıblar.

Saziş energetika sahəsində neft-qaz, neft-kimya, bərpa olunan enerji, o cümlədən bioenerji istiqamətləri üzrə ikitərəfli əməkdaşlığın genişləndirilməsini və müvafiq təsərrüfat subyektləri arasında hər iki ölkənin milli qanunvericiliklərinə uyğun olaraq əlaqələrin qurulmasını nəzərdə tutur. Həmçinin üçüncü ölkələrlə energetika sahəsində birgə layihələrin həyata keçirilməsinə dəstək də ifadə olunur. Bundan başqa, sənəd yaşayış sektorunda və iri enerji tutumlu müəssisələrdə enerji səmərəliliyi və enerjiyə qənaət üzrə əməkdaşlığın inkişafını, qarşılıqlı məlumat və təcrübə mübadiləsi, təlimlər, birgə seminar, konfrans və forumların keçirilməsi kimi məsələləri əhatə edir. Sazişə əsasən, energetika sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun yaradılması da planlaşdırılır.
Azərbaycan ilə Çex Respublikası arasında energetika sahəsində əməkdaşlığa dair Saziş imzalanıb
Azərbaycan ilə Çex Respublikası arasında energetika sahəsində əməkdaşlığa dair Saziş imzalanıb

Son xəbərlər

Dəmir və polad çubuqların idxalına yeni gömrük yığımı müəyyənləşdirilib

Xalq şairi Nəriman Həsənzadənin son vəziyyəti açıqlanıb

Prezident İlham Əliyevə yüksək etimad dövlət-xalq birliyinin göstəricisidir ŞƏRH

“Gələcəyi birlikdə quraq!” sosial layihəsinə başlanılıb - FOTOLAR

Sabah 39 dərəcə isti olacaq

Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa

Ən çox dəmir ehtiva edən 7 ət növü açıqlandı

24 yaşlı gənc dənizdə batdı

Lisey və gimnaziyalara seçimlərin nəticələri açıqlanıb

Misraların ömrü - şairin taleyi

Nolanın “Odissey”indən - Rekord

Özbəkistanın Baş prokuroru Azərbaycanda səfərdədir

Rusiya Xerson və Zaporojye vilayətlərinə zərbələr endirib, 5 nəfər ölüb, 63 nəfər yaralanıb

Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciət edib

Tramp: İranın hələ də raket və dron ehtiyatı var

Vaqif Vüqar : Qəlbində sevgi, əlində Turan bayrağı... - FOTO

İraqın Baş naziri Tehrana gələcək

ABŞ hərbçilərinin öldüyünü etiraf etdi

Dünya Kubokunun ulduz çıxışı - FOTOLAR

SEVİNC YUNUSLU : Söndür bu cəhənnəmi,odu üfür,közün sıx - FOTO

Argentina nadir antirekordunu təkrarladı

BDYPİ-dən ikitəkərli nəqliyyat vasitələri idarə edən sürücülərə xəbərdarlıq

Çimərliklərdə bu günə gözlənilən hava şəraiti açıqlandı

Vaqif Poeziya Günləri başa çatdı - Fotolar

Doğma Həməşəra səhifəsinə təşəkkür - FOTO

"SÖZÜN KANDARINDA" QALDIĞIN DÜŞÜNƏN QƏLƏM ADAMI... - FOTO

Mundialın finalında ulduzlar yağışı - Castin Biber və Şakira səhnədə

Çimərlik futbolu üzrə Azərbaycan millisi Avropa çempionatının A Liqasına yüksəlib

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031