Prezident Qu Donqyunu videoformatda qəbul etdi - FOTOLAR (YENİLƏNİB)


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qu Donqyunu videoformatda qəbul edib.

Qonaqları salamlayan Prezident İlham Əliyev deyib: Sabahınız xeyir.

Qu Donqyu: Sabahınız xeyir, Cənab Prezident.

Prezident İlham Əliyev: Cənab Baş direktor və nümayəndə heyətinin üzvləri, xoş gəlmisiniz. Sizi görməyə çox şadam. Çox şadam ki, nümayəndə heyətinizlə birlikdə ölkəmizdə səfərdəsiniz.

Biz FAO ilə Azərbaycan arasında tərəfdaşlığın səviyyəsindən çox məmnunuq. Yeddi il əvvəl imzalanmış razılaşma faktiki olaraq əməkdaşlığımızın yeni formatını yaratdı. Ümidvarıq ki, qarşıdakı illərdə biz bu səmərəli tərəfdaşlığı davam etdirəcəyik, xüsusilə indi - hər bir ölkə, o cümlədən Azərbaycan üçün ərzaq təhlükəsizliyi ilə bağlı məsələlərin getdikcə daha çox əhəmiyyət kəsb etdiyi bu çətin zamanda. Çünki kənd təsərrüfatı məhsullarının ixracında artım olduğuna baxmayaraq, biz hələ də kənd təsərrüfatı məhsullarını idxal edirik. Ona görə də, düşünürəm ki, bu, bizim ərzaq təhlükəsizliyi ilə bağlı gələcək planlarımızı, ümumi regional inkişafı müzakirə etmək və yeni çağırışları həll etmək baxımından vacibdir.

Görüşümüz zamanı qaldırmaq istədiyim məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafı ilə bağlı planlarımızdır. Azərbaycan ərazilərinin işğaldan azad edilməsi nəticəsində hazırda biz infrastrukturun, o cümlədən kənd təsərrüfatının inkişafı baxımından həmin torpaqların işlənilməsinin aktiv mərhələsindəyik. Çünki işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı potensialı həqiqətən də çox böyükdür. Bu ərazinin fərqli təbiəti, iqlim qurşaqları və həm yerli istehlak, həm də ixrac üçün istehsalımızı əhəmiyyətli dərəcədə artırmaq imkanı var. Hazırda biz işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafının planlaşdırılması mərhələsindəyik və ona görə də sizin dəyərli tövsiyələriniz yüksək qiymətləndiriləcək.

Ümumilikdə Azərbaycanda kənd təsərrüfatının inkişafı hökumətimiz üçün prioritetlərdən biridir. Çünki, birincisi, hazırda hər bir ölkə üçün, ola bilsin ki, bir neçə il əvvəl olduğundan daha vacib olan ərzaq təhlükəsizliyidir. Bizim üçün ikinci məsələ odur ki, bu, bizim artmaqda olan qeyri-enerji ilə bağlı ixracımızın mühüm hissəsini təşkil edir. Bu ilin üç ayı ərzində Azərbaycanda qeyri-enerji ixracında artım 45 faiz olub. Əlbəttə ki, bu, məşğulluq baxımından əhəmiyyətlidir. Çünki əhalimizin demək olar ki, yarısı kənd yerlərində yaşayır. Ona görə də bu insanlar üçün kənd təsərrüfatı əsas gəlir mənbəyidir. Siz yəqin ki, bizim islahatlarımızdan, hökumətin fermerlərə verdiyi subsidiyalardan, dəstəkdən xəbərdarsınız. Fermerlər hər hansı vergidən, o cümlədən torpaq vergisindən azaddırlar. Həmçinin biz fermerlərə güzəştli, aşağı faizlərlə kreditlər veririk. Bütün bunlar kənd təsərrüfatının sürətli inkişafı üçün imkanlar yaradır. Lakin əlbəttə ki, biz xüsusilə indi, ərazilər işğaldan azad ediləndən sonra hər şeyi düzgün planlaşdırmalı və müasir texnologiyalar tətbiq etməliyik.

Beləliklə, müzakirə edilməli çox məsələlər olacaq. Mən həqiqətən də çox şadam ki, söhbət etmək və birlikdə görə biləcəyimiz başqa işlərə nəzər salmaq imkanımız var. Bir daha xoş gəlmisiniz. Sizə Azərbaycanda yaxşı vaxt keçirməyi arzulayıram.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Qu Donqyu: Təşəkkür edirəm, möhtərəm Prezident. Həmçinin mən Sizin çoxşaxəli, gözəl, əlverişli mövqedə yerləşən ölkənizə səfərə gəldiyimə görə çox şadam. Bu, nadir ölkədir. Çox şadam ki, Sizin ölkənizdə səfərdəyəm, təkcə ona görə yox ki, nadir mövqedə yerləşirsiniz, həm də ona görə ki, ərzaq sistemləri və kənd təsərrüfatının inkişafı üçün böyük potensial var. Tərəfinizdən də güclü dəstəklənən aqro-elektron ticarət və ya rəqəmsal kənd təsərrüfatı və ərzaq, habelə kənd yerlərinin rəqəmsal inkişafı xüsusi əhəmiyyətə malikdir. Mən bu təşəbbüsləri dünyada təşviq etmək və təşkilata üzv olan, ərazi baxımından Azərbaycan kimi ölkələrlə paylaşmaq istərdim.

Bakıda keçirilən “Gələcəyə baxış: Rəqəmsal kənd təsərrüfatına keçid” mövzusunda beynəlxalq konfransın önəmini vurğulayan Qu Donqyu ölkəmizə səfər edərək bu tədbirdə şəxsən iştirak etməsindən məmnunluğunu bildirib.

FAO-nun baş direktoru deyib: “Beləliklə, hesab edirəm ki, bu, bizim üçün Sizdən, həmkarlarınızdan öyrənmək baxımından yaxşı fürsətdir”.

***

10:29

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qu Donqyunu videoformatda qəbul edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Prezident Qu Donqyunu videoformatda qəbul etdi - FOTOLAR (YENİLƏNİB)

Son xəbərlər

Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb

EY İNSANLAR DAYANIN ŞƏHİDİMİZ VAR! - FOTO

Məlahət Behbudqızı ✍️ : Darıxmaq ... - FOTO

Karateçimiz Avropa çempionatının finalına yüksəldi

Paytaxtın bu ərazilərində qaz olmayacaq

İstanbulda narkotik əməliyyatı - Məşhurlar saxlanıldı

Fransa səfiri: Azərbaycanda keçirilən WUF13 böyük uğurdur

Azərbaycan çayı yenidən FAO-nun Baş qərargahında təqdim edilib

Lilpar Cəmşidqızı : Bomboş görünür xanə desəm, doğru sayılmaz (QƏZƏL)

Deyilən söz yadigardır...

Qızıl nə vaxt ucuzlaşacaq?

36 dəqiqəlik musiqi terapiyası: Səs dalğaları beyini stressdən necə təmizləyir?

İki güləşçimiz Avropa çempionatında qızıl medal qazandı

Leyla Əliyeva Kral III Msvatini ilə görüşdü - Fotolar

Kadir İnanır intubasiya olundu

Azərbaycan–Tacikistan Hökumətlərarası Komissiyasının 8-ci iclası keçirilib

Lukaşenko Zelenksi ilə görüşməyə hazır olduğunu bildirib

Onlara mənzil kirayəsinə görə hər ay 100 manat veriləcək

Qurban bayramı ilə bağlı təhlükəsiz heyvan kəsimi və satışına nəzarət gücləndirilib

FEMSA: Şəhərlər uşaqların ehtiyacları nəzərə alınmaqla layihələndirilməlidir

Malta Prezidenti Müstəqillik Günü münasibətilə İlham Əliyevi təbrik edib

Kreml Çin ordusunun Rusiya hərbçilərinə təlim keçməsi xəbərini təkzib edib

Emmanuel Makron İlham Əliyevə zəng edib

Alidən alisən, sadə bir insan - FOTO

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək

Bakıda tramvay xətləri 2028-ci ilə qədər istifadəyə veriləcək

XRİTDX WUF13-də kibertəhlükəsizliyin dayanıqlı şəhərlərin inkişafındakı rolunu nümayiş etdirir - FOTOLAR

Serenay Sarıkaya, Mabel Matiz və daha 13 məşhur saxlanıldı

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031