Azərbaycan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 21 May – Beynəlxalq Çay Günü ilə əlaqədar təşkil etdiyi tədbirdə təmsil olunub.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Çay sənayesini davamlılığını təmin etmək, yerli icmaları dəstəkləmək” şüarı ilə keçirilən builki tədbirdə çayın mədəni irsə və aqro-ərzaq sistemlərinin dayanıqlığına verdiyi töhfələr, eyni zamanda, çay yetişdirən icmaların əhəmiyyəti vurğulanıb.

FAO-nun Baş direktoru Qu Donqyu tədbirdə çıxış edərək bildirib ki, bu gün adi bir gün deyil, həm də həyatı çayla bağlı olan insanların, mədəniyyətlərin, adət-ənənələrin və icmaların günüdür.

Baş direktor çayın nəsillər boyu ailələri, qonşuları, dostları və xalqları bir araya gətirdiyini, sadəcə bir məhsul deyil, daha böyük dəyər kəsb etdiyini vurğulayıb. Qeyd edib ki, çayçılıq xüsusilə kənd yerlərində yaşayan milyonlarla insan üçün mühüm gəlir mənbəyidir. Qu Donqyu çıxışında digər ölkələrlə yanaşı, Azərbaycanda da bu sektorun inkişaf etdiyini və artıq illərdir ki, ölkəmizin FAO-dakı bu təşəbbüsdə aktiv iştirak etdiyini bildirib.

Sərgidə təqdim olunan Azərbaycan çayları, balları, mürəbbələri, milli şirniyyatları və quru meyvələri iştirakçıların böyük marağına səbəb olub. FAO-nun Baş direktoru Azərbaycan stendi ilə tanış olub, milli təamlardan dadıb.

Xatırladaq ki, 2019-cu ildə BMT Baş Assambleyasında mayın 21-nin Beynəlxalq Çay Günü elan olunması barədə qətnamə qəbul edilib və FAO-da silsiləvi təbdirlər 2020-ci ildən keçirilir. Builki Beynəlxalq Çay Gününün qeyd edilməsi tədbirində Azərbaycanla yanaşı, Türkiyə, Çin, Kanada, Rusiya, Şri Lanka, İndoneziya, Keniya milli stendlərlə iştirak edib, Çinin Haynan əyalətindən olan Vucişan Yağış Meşəsi Uşaq Xoru musiqi nömrələri ifa edib, İndoneziyanın ənənəvi Angklung musiqisi təqdim olunub.





Son xəbərlər

Paytaxtın bu ərazilərində qaz olmayacaq

İstanbulda narkotik əməliyyatı - Məşhurlar saxlanıldı

Fransa səfiri: Azərbaycanda keçirilən WUF13 böyük uğurdur

Azərbaycan çayı yenidən FAO-nun Baş qərargahında təqdim edilib

Lilpar Cəmşidqızı : Bomboş görünür xanə desəm, doğru sayılmaz (QƏZƏL)

Deyilən söz yadigardır...

Qızıl nə vaxt ucuzlaşacaq?

36 dəqiqəlik musiqi terapiyası: Səs dalğaları beyini stressdən necə təmizləyir?

İki güləşçimiz Avropa çempionatında qızıl medal qazandı

Leyla Əliyeva Kral III Msvatini ilə görüşdü - Fotolar

Kadir İnanır intubasiya olundu

EY İNSANLAR DAYANIN ŞƏHİDİMİZ VAR! - FOTO

Azərbaycan–Tacikistan Hökumətlərarası Komissiyasının 8-ci iclası keçirilib

Lukaşenko Zelenksi ilə görüşməyə hazır olduğunu bildirib

Onlara mənzil kirayəsinə görə hər ay 100 manat veriləcək

Qurban bayramı ilə bağlı təhlükəsiz heyvan kəsimi və satışına nəzarət gücləndirilib

FEMSA: Şəhərlər uşaqların ehtiyacları nəzərə alınmaqla layihələndirilməlidir

Malta Prezidenti Müstəqillik Günü münasibətilə İlham Əliyevi təbrik edib

Kreml Çin ordusunun Rusiya hərbçilərinə təlim keçməsi xəbərini təkzib edib

Emmanuel Makron İlham Əliyevə zəng edib

Alidən alisən, sadə bir insan - FOTO

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək

Bakıda tramvay xətləri 2028-ci ilə qədər istifadəyə veriləcək

XRİTDX WUF13-də kibertəhlükəsizliyin dayanıqlı şəhərlərin inkişafındakı rolunu nümayiş etdirir - FOTOLAR

Serenay Sarıkaya, Mabel Matiz və daha 13 məşhur saxlanıldı

“Eşref Rüya” Çağatayın sevgilisinə görə final edir?

Kann Film Festivalında 1 milyonluq saat oğurlandı

Sabah Azərbaycanda 24 dərəcə isti olacaq

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031