Azərbaycan–Tacikistan Hökumətlərarası Komissiyasının 8-ci iclası keçirilib

Bu gün Bakıda Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

İclasa Azərbaycan tərəfdən Baş nazirin müavini Samir Şərifov, Tacikistan tərəfdən isə Baş nazirin müavini Usmonali Usmonzoda rəhbərlik edib.

Samir Şərifov qeyd edib ki, xüsusilə, 2024-cü ildə Tacikistan Prezidentinin Azərbaycana dövlət səfəri çərçivəsində imzalanmış Strateji tərəfdaşlıq haqqında Bəyannamə münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldib. Azərbaycanın Mərkəzi Asiya dövlətləri, o cümlədən Tacikistan ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini qeyd edilib. Bildirib ki, Azərbaycanın 2025-ci ilin noyabr ayında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına tamhüquqlu iştirakçı kimi qoşulması regionlararası əlaqələrin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

2025-ci ildə Azərbaycan ilə Tacikistan arasında ticarət dövriyyəsinin 84 faiz, strateji əhəmiyyətli tranzit daşımalarının isə 50 faiz artması ilə müşayiət olunan müsbət dinamika təqdir olunmaqla yanaşı iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğu vurğulanıb.

Bu baxımdan Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əlaqələndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinin dövlət başçılarının tapşırıqlarının icrası baxımından mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub.

Bildirilib ki, ötən ilin noyabr ayında Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən Tacikistan üzrə ilk ticarət nümayəndəsinin təyin edilməsi ticarət-iqtisadi əlaqələrin genişlənməsinə əlavə impuls verəcək.

İclasda sənaye, investisiya, kənd təsərrüfatı, energetika, nəqliyyat və logistika, tranzit, turizm, təhsil və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərinə xüsusi diqqət yetirilib.

Tacikistan şirkətləri Azərbaycanda yaradılmış əlverişli biznes mühiti, sənaye parkları, o cümlədən Ələt Azad İqtisadi Zonası və müasir infrastruktur imkanlarından daha fəal istifadə üçün dəvət edilib.

Samir Şərifov qeyd edib ki, Tacikistanın Orta Dəhliz layihələrinə fəal qoşulması regional əməkdaşlığın və tranzit potensialının genişlənməsinə əlavə imkanlar yaradacaq.

Tacikistan Respublikasının Baş nazirinin müavini Usmonali Usmonzoda iki ölkə arasında ticarət əlaqələrinin mövcud potensialdan çox yüksək olduğunu vurğulayıb və bundan istifadə etmək üçün hər iki tərəfdə yüksək səviyyədə siyasi iradənin olduğunu qeyd edib. Öz növbəsində Usmonali Usmonzoda azərbaycanlı iş adamlarının Tacikistan iqtisadiyyatına sərmayə yatırması üçün hər cür şəraitin olduğunu diqqətə çatdırıb, Azərbaycanın rəsmi nümayəndələrini əlaqələri daha da möhkəmləndirmək, koordinasiyanın çevikliyini təmin etmək, Birgə Komissiyanın növbəti iclasını keçirmək üçün Düşənbəyə səfərə dəvət edib.

İclasın yekununda Azərbaycan və Tacikistan arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş bir sıra mühüm sənədlər imzalanıb. Bunlara AZPROMO ilə Tacikistanın Ticarət və Sənaye Palatası arasında İşgüzar Şuranın yaradılması haqqında Anlaşma Memorandumu, təhsil sahəsində illik kvotaların qarşılıqlı ayrılmasına dair Saziş və Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasının Protokolu daxildir.

Qeyd olunub ki, bu sənədlər ikitərəfli ticarət-iqtisadi əlaqələrin institusional əsaslarının möhkəmləndirilməsinə və praktiki əməkdaşlığın genişlənməsinə xidmət edəcək.

Mayın 22-də Bakıda Azərbaycan və Tacikistan iş adamlarının iştirakı ilə keçiriləcək biznes forumu bu mövzuların daha ətraflı müzakirə edilməsi, yeni imkanların aşkar edilməsi üçün əlverişli fürsət yaradacağına əminlik bildirilib.

Son xəbərlər

Ən çox gəlir gətirən aktyor oldu

Tramp onların Ağ Evə girişini qadağan etdi

“Gəlin, sülh içində yaşayaq, yoxsa...” - Putin

"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı

Ukraynaya 3,3 milyard avro verəcəklər

SÖZÜN İŞIĞI, İNSANIN ÜRƏYİ

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Kubanın elektrik şəbəkəsi yenidən sıradan çıxıb

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Süni intellekt kinonu əvəz edəcək? – Gələcəyin ssenarisi açıqlandı

Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı

Kosmosda saçlarını necə yuyurlar: Astronavt AÇIQLAYIR 10 0

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli

Adilə Aslanova : ÜZEYİR — XALQIN RUHUNDAN GƏLƏN SƏS

Həbsinə heç kim inanmırdı... - 1 ildir içəridədir

Novruzəli Aslanov: “Mövcud reallıqlar regional təhlükəsizlik məsələlərinin Azərbaycan üçün nə qədər mühüm olduğunu aydın göstərir”

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

Fərhad Əsgərov (Ramizoğlu) : QAYDALARA RİAYƏT EDİLMƏLİDİR

Sevda Məmmədzadə dünyasını dəyişdi

Putinə "müharibəni dayandır" deyən rejissoru "xarici agent" elan etdilər

Nobel mükafatının məbləği artırıldı

“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar”

‘’Ümumdunya İlk Yardım Günü’’ - FOTOLAR

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

18 sentyabr – Milli Musiqi Günü: Üzeyir bəyin qoyduğu yol və milli musiqinin yeni mərhələsi

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930