Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) xüsusi stendlə təmsil olunur.

"Turaztv.az" "Unikal"-a istinadən xəbər verir ki, forum iştirakçıları stenddə ağıllı və rəqəmsallaşan şəhərlərdə kibertəhlükəsizliyin urban dayanıqlılığın təmin edilməsində oynadığı mühüm rolu əks etdirən təqdimatlar və interaktiv simulyasiyalarla tanış olurlar. Nümayiş etdirilən həllər rəqəmsal texnologiyaların şəhər həyatının bütün sahələrinə inteqrasiyası fonunda informasiya sistemlərinin təhlükəsizliyinin strateji əhəmiyyətini ön plana çıxarır.

Stenddə təqdim olunan simulyasiyalar nəqliyyat, rabitə, enerji və digər kritik xidmətlərə yönəlmiş potensial kibertəhdidlərin mümkün təsirlərini əyani şəkildə nümayiş etdirir. Təqdimatlar göstərir ki, rəqəmsal şəhər ekosistemində baş verə biləcək kiberinsidentlər təkcə texniki problem deyil, həm də şəhər xidmətlərinin fasiləsiz fəaliyyətinə, ictimai təhlükəsizliyə, iqtisadi aktivliyə və vətəndaşların rəqəmsal xidmətlərə etimadına təsir göstərə bilən amildir.

Stendlə tanış olan XRİTDX-nin Xidmət rəisinin müavini general-mayor Allahverən İsmayılova burada nümayiş etdirilən ssenari və interaktiv simulyasiyalar barədə ətraflı məlumat verilib. Bildirilib ki, təqdim olunan həllər Xidmətin dövlət informasiya ehtiyatlarının və kritik informasiya infrastrukturunun mühafizəsi sahəsində formalaşmış peşəkar təcrübəsi, kibertəhdidlərin monitorinqi və təhlili nəticəsində əldə edilmiş bilik və yanaşmalar əsasında hazırlanıb. Qeyd olunub ki, simulyasiyalar rəqəmsallaşan şəhərlərdə yarana biləcək potensial riskləri və onların mümkün nəticələrini vizuallaşdırmaqla yanaşı, qabaqlayıcı kibertəhlükəsizlik tədbirlərinin və kiberdavamlılığın təmin edilməsinin əhəmiyyətini nümayiş etdirir.

Eləcə də Allahverən İsmayılova WUF13 Şəbəkə İnfrastrukturunun Nəzarət Mərkəzində XRİTDX tərəfindən təmin edilən xidmətlərin vəziyyəti, şəbəkə infrastrukturunun fasiləsiz monitorinqi, kibertəhlükəsizlik nəzarəti və rəqəmsal xidmətlərin dayanıqlı fəaliyyəti istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.

XRİTDX WUF13 platformasında bir daha vurğulayır ki, müasir və rəqəmsallaşan şəhərlərdə dayanıqlılığın əsas şərtlərindən biri kibertəhlükəsizlikdir. Ağıllı şəhərlərin təhlükəsiz və fasiləsiz fəaliyyəti rəqəmsal infrastrukturun etibarlı qorunmasından birbaşa asılıdır.








Son xəbərlər

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Rusiyanın 3 təyyarəsi və helikopterləri bir gecədə məhv edildi

Karantin rejimi yanvara qədər uzadıldı

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

Bu şəhərlər 100 il sonra yox ola bilər - Siyahı

Cahangir Əsgərovun qızı Nyu-Yorkda 7,5 milyonluq əmlak alıb

“Windows 11”də format dövrü bitdi - Sistem bu yolla yenilənəcək

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

Yaşlandıqca immunitet niyə zəifləyir? - Araşdırma

SƏNİ ÇOX SEVİRƏM, YAXŞI Kİ, VARSAN - FOTOLAR

Mərkəzi Bankın səlahiyyətləri artırılır

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930