ALTSHEYMER XƏSTƏLİYİ - DR ALİYEVA TELLİ
ALTSHEYMER XƏSTƏLİYİ...
Altsheymer ( Alzaymır)--demensiyanin geniş yayılmış müalicəsi mümkün olmayan neyrodegenerativ xəstəlik.


Xəstəlik ilk dəfə 1905-ci ildə alman psixiatoru Alois Altsheymer tərəfindən qeydə alındığı üçün onun adı ilə adlandırılmışdır.Xəstəlik adətən 65 yaşdan yuxarı şəxslərdə müşahidə olunsa da,ona erken yaşlarda da rast gəlmək mümkündür.Dünyada bu xəstəlikdən əziyyət çəkənlərin sayı 2006-cı il statistikasına görə 26,6 milyon nəfərdir.2050-ci ildə bu rəqəmin dörd dəfə artacağı gözlənilir.Altsheymer xəstəliyi bəzi beyin hüceyrələrinin məhv olması ilə nəticələnən, dəqiq səbəbləri bilinməyən nevroloji bir xəstəlikdir.Xəstəlik klinik olaraq incələnən zaman yaddaş və digər intellektual qabiliyyətlərin nəzərə çarpacaq dərəcədə pozulması halları müşahidə olunur.Xəstəlik ilk dəfə 1907-ci ildə Alois Altsheymer tərəfindən xəstə Auquste D.adlı bir qadında müəyyən edilmişdir.Xəstəlik kişilərlə müqayisədə qadınlarda daha çox rast gəlinir.Xəstəliyə tutlanların sayı günü-gündən loqorifmik olaraq artmaqdadır.Aparılan tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki,85 yaşdan yuxarı insanların təxminən 50%-i bu xəstəlikdən əziyyət çəkir.Altsheymer xəstəliyinin ilkin mərhələsində insanlarda yaddaş pozğunluğu edilir və danışarkən düzgün kəlmə tapmaqda çətinlik çəçə bilərlər.
ALTSHEYMER XƏSTƏLİYİ - DR ALİYEVA TELLİ

Xəstəlik irəlilədikcə isə onlarda baş verir aşağıdakı hallar:
--çaşır və tez-tez insanların adlarını,yerləri,yaşayış yerlərini,son zamanlar baş vermiş hadisələri unuda bilirlər;
--özünə inamları itir,ya da ünsiyyət problemlərinə görə daha çox özlərinə qapana bilirlər;
--gündəlik fəaliyyətləri yerinə yetirməkdə çətinlik çəkə bilirlər.Altsheymer xəstəliyinin bəzi ümumi simptomları olsa da,bu xəstəlik müxtəlif şəxslərdə fərqli inkişaf edə bilir.İki xəstənin Altsheymer xəstəliyi simptomları arasında ciddi fərqlərin olması mümkündür.

,, SƏBƏBLƏRİ"

Altsheymer xəstəliyinin risk faktorlarına misal olaraq yaş, cinsiyyət, ailə üzvlərində xəstəliyin olması,yaddaşın itirilməsi ilə nəticələnən kəllə-beyin travmaları,Daun sindromu,hipo tiroidizm və s.göstərmək olar.Lakin Altsheymer xəstəliyinin səbəbi kimi heç bir dəqiq faktor müəyyən edilməmişdir.Yaş,irsilik,ekoloji amillər,həyat tərzi və ümumi sağlamlıq da daxil olmaqla bir sıra faktorların buna səbəb olduğu ehtimal olunur.Bəzi insanlarda bu xəstəlik simptomları biruzə vermədən uzun illər gizli inkişaf edə bilər.Xromosomlarının tərkibindəki fərqlərə görə 50-60 yaşlı Daun xəstələrinin Altsheymer xəstəliyinə tutlma riskləri yüksəkdir,
ALTSHEYMER XƏSTƏLİYİ - DR ALİYEVA TELLİ

Başlarında və boyunlarında ciddi yaralanmalar olan insanların da həmçinin ağıllarını itirmə riskləri yüksəkdir.Başlarına davamlı zərbələr alan bokusçular da risk altındadırlar.Həmçinin tədqiqatlar göstərir ki, siqaret çəkən, yüksək qan təzyiqi,xolesterini və şəkəri olan insanlar da yüksək risk daşıycısıdırlar,Sağlam çəkiyə malik olmaq və fiziki,sosial və əqli fəaliyyətlərin daxil olduğu aktiv bir həyat sürmək də həmçinin riskləri azaldır..
NEYROPATOLOGİYA VƏ PATOGENEZ..

Altsheymer xəstəliyinin kliniki diaqnozunda olduğu kimi pataloji diaqnostikasında da dəqiq bir kriteriyaya əsaslanmaq mümkün deyildir.Məsələn Pik xəstəliyində Pik cisimciklərinin aşkar olunması həmin xəstəliyin diaqnozunu qoymaq üçün kifayətdir.Altsheymer xəstəliyində isə NFY-nin (neyrofibrilyar yumaqcıqların) və AM -nin (amiloid maddənin)aşkar olunması olduqca vacibdir,lakin xəstəliyin diaqnostikasında yetərli deyildir.Hər iki lezyon normal yaşlanmada olduğu kimi bir sıra başqa degenerativ xəstəliklərdə də özünü biruzə verə bilir.Altsheymer xəstəliyinin neyropatologiyasının əsasını aşağıdakılar təşkil edir.... Neyrofibrilyar yumaqcıqlar(NFY);.. Amiloid maddəsi (AM);..Neyron itkisi;..Dendritik və aksonal dəyişikliklər;..Sinaps itkisi və s.
XƏSTƏLİYİN KLİNİKASI...

Xəstəlik insanda nitq,məntiq və yaddaş kimi əhəmiyyətli əqli göstəricilərin zamanla itməsi ilə nəticələnir.Xəstəliyin ən tipik əlamətləri yaddaş pozğunluqları ilə əlaqədar meydana çıxır.
Bəzən gecə ilə gündüzü qarışdırır,hamıya yaxşı melum olan tarixi günləri,ad günlərini və s unudur.Bəzi xəstələr danışarkən düzgün kəlmə tapmaqda da çətinlik çəkirlər.Xəstəlik ilərləgldikcə xəstələrdə aqnoziya,afaziya və s inkişaf edir.Get-gede xəstələr özlərini idarə edə bilməyəcək vəziyyətə çatırlar.
SİMPTOMLAR....

İlkin mərhələ;...
Yaddaşsızlıq və zamanla daha da proqressivləşən yaxın keçmişi belə xatırlamamaq.Tanış əşyaları tanımamaq.Emosional pozğunluq, depressiya,narahatlıq,ümumi gərginlik.Dezorientasiya.Apatiya (ətraf mühitə qarşı anlaqsızlıq).
Son Mərhələ;....
Hallüsinasiyalar,fantastik ideyalar.Yaxın şəxsləri hətta qohumları tanımamaq.Hərəki pozğunluq.Öz hərəkət və fikirlərinə qarşı məsuliyyətsizlik.Bəzi hallarda qıcolmalar....
.AĞIRLAŞMALAR...

Yanaşı infeksion xəstəliklər (pnevmoniya və s).Qida çatışmazlığı.Müxtəlif travma və hadisələr..
MÜALİCƏ.....

Hazırda Altsheymer xəstəliyinin heç bir müalicəsi yoxdur.Buna baxmayaraq,bəzi simptomlar müvəqqəti yüngülləşdirən və bəzi insanlarda onların inkişafını yavaşladan dərman müalicəsi mövcuddur.
ALTSHEYMER XƏSTƏLİYİ - DR ALİYEVA TELLİ

Altsheymer xəstələrinin beyinlərində kimyəvi maddə asetilxolin çatışmır.Beyni mövcud asetilxolinlə təmin edən dərmanlar vardır.2002-ci ildə Böyük Britaniyada Eksiba adlı(adı memantinedir)dərman buraxıldı.Eksiba digər dərmanlardan fərqli təsir göstərir və həm orta və ciddi Altsheymer xəstələri üçün tövsiyə olunan yeganə dərmandır.Əks təsirləri isə baş gicəllənməsi,baş ağrıları və yorğunluq.Bu dərman çarə deyildir.Sadəcə müəyyən vaxt çərçivəsində, xüsusilə də 6-12 ay ərzində xəstəliyin simptomlarını sabitləşdirə bilərlər.


DR. ALİYEVA TELLİ

Son xəbərlər

AB İsrail və Livanı atəşkəsə riayət etməyə çağırıb

Ay bərəkallah, nə gözəl canlarıq! - FOTO

Türkiyədə sel və daşqınlar ciddi fəsadlar yaradıb

Britaniyanın ən böyük hərbi gəmisi sıradan çıxdı

Bədəninizin "xoşbəxtlik kodu" var - Bunu bilirdiniz?

VÜSALƏ İSMAYILOVA : Öz adımı alçaltmadım gördüyüm hər kimsəyə - FOTO

Dünyada baş verənlər FOTOLARDA

Azərbaycanda rekord yağıntı və güclü küləklər qeydə alındı

Gülnarə Məhəmmədqızı : İnsanları Tanıdıqca - FOTO

Səadət Qərib : GÜL QADINLAR - FOTO

Uğurlara gedən yol - FOTO

Bir ilə 510 milyon qazandı - Rekord qırdı

"Kosmetik prosedurlardan qorxuram" - Nebahat Çehre

Qızlarımız DÇ-nin yarımfinalında!

Eşq iddialarını özü təsdiqlədi

“Hürrem” və “Süleyman” illər sonra bir arada - Fotolar

İnsanlar dünyaya niyə gəliblər?- Numeroloqlar 9 həyat yolunu aşkarladılar

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

Azərbaycan Ordusunun iki hərbçisi Kəlbəcərdə dərəyə düşüb, biri həlak olub

Bakıda ABŞ məzunları sərgisi təşkil edilib - FOTO

Ötən ay Bakıda temperatur 22 gün normadan yuxarı olub

Paşinyan jurnalist kimi işlədiyi dövrdə ABŞ-dən yardım alıb

Apreldə çiyələk ixracı 5 dəfə artıb

Əzizə Ağahüseynqızı : Bu dərdli torpağin daşına dönüm - FOTO

Binədə mağaza yanıb

Dünyada 10 milyona yaxın insan həyatını itirə bilər

ABŞ onlara viza vermədi

Ermənistanda 7 iyun seçkiləri - Qərblə Rusiyanın gizli mübarizəsi - ŞƏRH

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930