Xəbərlər
20.04.2022, 22:59
Ukrayna yazlıq bitkilərin əkin sahəsinə dair proqnozunu yaxşılaşdırıb
Ukrayna bu mövsüm təxminən 14,2 milyon hektar sahədə yazlıq əkin işləri apara biləcək.
AZƏRTAC Ukrinform agentliyinə istinadla xəbər verir ki, bu barədə Ukraynanın hökumət başçısı Denis Şmıqal Nazirlər Kabinetinin iclasından öncə deyib.
"Aprelin 18-nə olan vəziyyətə əsasən, Ukraynanın nəzarət etdiyi ərazilərdə əsas yazlıq bitkilərin proqnozlaşdırılan əkin sahəsi 14,2 milyon hektar təşkil edir. Bu, ötən illə müqayisədə 2,7 milyon hektar azdır. Yəni biz ötən il əkdiyimiz sahələrin 80 faizdən çoxunda səpin işləri apara biləcəyik”, - deyə baş nazir bildirib.
Prezident aparatının rəhbərinin müavini Rostislav Şurma bu il Ukraynanın məqsədinin ötən il əldə edilən həcmin ən azı 70 faizi qədər məhsul almaq olduğunu deyib.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay