
Xəbərlər
16.04.2022, 21:20
KƏNDİMİZ - Solmaz ŞİRVANLI
KƏNDİMİZ
Bura mənim kəndim dağlar döşündə,
Həmişə gözəldir,yayı-qışında,
Qızları - gəlini bulaq başında,
Yaraşıqlı Gülüstandır kəndimiz,
Yazılmamış bir dastandır kəndimiz.
Qışında ilıqdır suyu,havası,
Yaz gələndə olur gözəllər xası,
Odur bu şairin eli,arxası,
Hər tərəfi bag- bostandir kəndimiz,
Yazılmamış bir dastandır kəndimiz.
Ot biçilir yayı oxşar samana,
Günəşi dərmandır ağrıyan cana,
Qaralmaq istəsən gəlin bu yana,
Namərd kəsə zimistandir kəndimiz,
Yazılmamış bir dastandır kəndimiz.
Necə alim,neçə Loğman yetirib,
El yolunda igidlərin itirib,
Sinəsində şəhid dağı bitirib,
Sazlı-sözlü bir dastandır kəndimiz,
Qaynar günəş,gülüstandır kəndimiz.
Solmazam, dözmürəm isti yayına,
Təbim qaynar,bənzər dağlar çayına,
Birincidir komandirin sayına,
Yağılara zimistandır kəndimiz.
Bahar-payız gülüstandır kəndimiz.
Solmaz Şirvanlı {AYNAZ CƏVAHİR KƏLAM}
13-09-2018
Bura mənim kəndim dağlar döşündə,
Həmişə gözəldir,yayı-qışında,
Qızları - gəlini bulaq başında,
Yaraşıqlı Gülüstandır kəndimiz,
Yazılmamış bir dastandır kəndimiz.
Qışında ilıqdır suyu,havası,
Yaz gələndə olur gözəllər xası,
Odur bu şairin eli,arxası,
Hər tərəfi bag- bostandir kəndimiz,
Yazılmamış bir dastandır kəndimiz.
Ot biçilir yayı oxşar samana,
Günəşi dərmandır ağrıyan cana,
Qaralmaq istəsən gəlin bu yana,
Namərd kəsə zimistandir kəndimiz,
Yazılmamış bir dastandır kəndimiz.
Necə alim,neçə Loğman yetirib,
El yolunda igidlərin itirib,
Sinəsində şəhid dağı bitirib,
Sazlı-sözlü bir dastandır kəndimiz,
Qaynar günəş,gülüstandır kəndimiz.
Solmazam, dözmürəm isti yayına,
Təbim qaynar,bənzər dağlar çayına,
Birincidir komandirin sayına,
Yağılara zimistandır kəndimiz.
Bahar-payız gülüstandır kəndimiz.
Solmaz Şirvanlı {AYNAZ CƏVAHİR KƏLAM}
13-09-2018
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay















