
Xəbərlər
20.09.2019, 10:34
Stadionu mühafizə edən polis əməkdaşını oyundan sonra maşın vurdu

Nərimanov rayonunda polis əməkdaşının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, minik avtomobili metronun “Gənclik” stansiyasının yaxınlığında Çevik Polis Alayının əməkdaşı, 1987-ci il təvəllüdlü Ağayev Vüsal Elsevər oğlunu vuraraq qaçıb.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib.
Bildirilir ki, xəsarət alan polis işçisi UEFA Avropa Liqasının “Qarabağ” – “Sevilya” oyunu keçirilən Tofiq Bəhramov adına stadiona mühafizəni gücləndirməyə cəlb olunubmuş.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












