"Şöbə müdirinə 2 min manat verdim ki, Vilyam Hacıyevə çatdırsın" - Şahid


İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda şahidlər dindirilib.

Şahid ifadəsində özünə məxsus tikintini işinin dayandırılması ilə bağlı təqsirləndirilən şəxsin nümayəndəsinə rüşvət verdiyini deyib:

"Tikinti aparmaq üçün əvvəlki icra başçısından sərəncam almışdım. Vilyam Hacıyev gələndən sonra tapşırıq verdi ki, iş dayandırılsın. Arxitektura şöbəsinin müdiri Nazim Rəsulova 2 min manat verdim ki, çatdırsın başçıya".

Vəkilin “Qanunsuz olaraq tələb olunan 2 min manatı nəyə görə verdiniz” sualına şahid "Dayandırılmasa, polis göndərəcəyik dedilər", deyə cavab verib.

İclasda ifadə verən Teymur Quliyev isə imkansız olduğu üçün icra hakimiyyətinə müraciət etdiyini və ona 7 min manat pul ayrıldığını bildirib. O, buna baxmayaraq həmin pulun yalnız min manatının ona çatdığını açıqlayıb:

"Cəmil Musayev dedi ki, sənə 7 min manat yardım edəcəyik bir şərtlə ki, 6 mini bizə, 1000 manatı sizə çatacaq. Mən də razı oldum, 1000 manatla kifayətləndim".

Digər şahid Xəyyam Məmmədovdan isə yardım üçün ayrılmış 7 min manatın cəmi 100-200 manatının ona çatdığını deyib. Onun sözlərinə görə, qalan məbləğ isə maliyyə şöbəsinin əməkdaşları tərəfindən mənimsənilib.

İmişli rayon Mənzil Təsərrüfatı Birliyinin rəisi Fəxrəddin Qarayev isə bildirib ki, rayon ərazisində keçirilən tədbirlərə görə icra hakimiyyətinə rüşvət verib: "Tədbirlər olanda pul istəyirdilər. Mən də verirdim. Müxtəlif məbləğlərdə pul vermişəm. Bir qohumum var idi, rayon ərazisində tikilən mənzillərdən birini almaq üçün mənə dedi, mən də Cəmilə xahiş elədim. Cəmil bunun üçün 12 min manat istədi. Mən də həmin məbləği ona verdim, sonra mənzili qohumuma verdilər".

Vəkilin “12 min manatı verəndən sonra niyə görə rəsmiləşdirmədiniz” sualına şahid "Orta təhsilli adamam ağlım kəsmir" deyə cavab verib.

Bələdiyyə sədri Babək Kazımov isə ifadəsində bələdiyyə sədri seçilmək üçün 30 min manat pul verdiyini deyib:

"Vilyam Hacıyev mənə xəbər göndərdi ki, pul verməsən, bələdiyyə sədri ola bilməyəcəksən. Mən də həmin pulu Cəmil Musayevə verdim. Pul verməsən, səs toplasan da seçilməyə qoymurlar. Seçiləndən sonra da şirinlik üçün 5 min manat verdim".

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.(apa)

Son xəbərlər

Türk Dünyası Ali Təhsil Məkanının yaradılması istiqamətində müzakirələr aparılıb

Növbəti dörd gündə bəzi rayonlarda hava yağıntılı olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Türkiyə XİN: Azərbaycan və Ermənistanın sülh üçün iradəsi bölgədə önəmli hesab edilir

Şuşada abidələrin razılaşdırılmadan başqa yerə köçürülməsi qadağan olunacaq

Eldar Əzizovun oğluna yüksək vəzifə verildi - FOTO (YENİLƏNİB)

"Kiyev sülh prosesini ləngidir" - Peskov

Sosial şəbəkələrlə bağlı yeni QƏRAR: 50 min manatlıq cərimə GƏLİR

Bu tarixlərdə iki güclü maqnit qasırğası olacaq

Azərbaycanda bu ərazilərdə TikTok-a giriş qadağan olundu

İyunun 8-i Ümumdünya Okeanlar Günüdür

İkinci görüşün Ermənistanda keçirilməsini təklif etdi

QIZBƏS QƏBƏLƏ : VARLILAR ÜÇÜN SIĞINACAQLAR - FOTO

İran Tehrana növbəti hücum barədə məlumat yayıb

Hicran Fuad Əhmədli : Yolumda yolsuzlar önümü alıb - FOTO

Təbriz küçəsində genişmiqyaslı layihənin icrasına başlanılır

Fransaya casusluqda təqsirləndirilən Martin Ryanın apellyasiya prosesinin vaxtı müəyyənləşib

MM-də sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunması üçün cərimələrin müzakirəsinə başlanılıb

General-mayor Namiq Bayramov: Hərbi Hava Qüvvələri gündən-günə güclənir

Bakıda yük maşını piyadanı vurub

Bakının iki rayonunda işıq olmayacaq

Bakının bir sıra yollarında tıxac yaranıb

Nəticələr elan olunmamış Paşinyanı təbrik etdi

İraqda zəvvarları daşıyan avtobus yandı - 25 nəfər öldü

Halk Hoqanın 11 ay sonra ölüm səbəbi açıqlandı

Nişanından bir ay keçməmiş həbs olundu

Tolqa Sarıtaş "Teşkilat"dan ayrılır?

5 ildə 2 dəfə meydanda ürəyi dayandı

Azərbaycan parataekvondoçusundan Almaniyada növbəti qızıl medal

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930