Universitetin şöbə müdiri hakim qarşısında: “Dedi ki, 2500 manat verməlisən..."

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda iki şahid ifadə verib.

Şahid qismində ilk olaraq, Bakı İslam Universitetinin məzunu olmuş, sonradan əlavə təhsil üçün BSU-ya müraciət edən Təranə Ağayeva ifadə verib. Şahid bildirib ki, 2018-ci ildə təhsildə sosial-psixologiya ixtisasına qəbul olmaq üçün universitetə müraciət edib. Daha sonra Dürdanə Əliyeva ondan təhsil ödənişi üçün 2500 manat pul istəyib:

"Dürdanə xanımın otağına daxil olan kimi salam vermədən birbaşa neçə min gətirdiyimi soruşdu. Həmin vaxt bir anlıq çaşıb qaldım ki, dövlət universitetində belə şey olar? Mənə dedi ki, 2500 manat verməlisən, amma elanda 1500 manat yazılmışdı. Razılaşıb ilkin olaraq 1500 manat verdim. Üstündən bir müddət keçəndən sonra mənə zəng edib dedilər ki, sənin diplomunda problem var. Dürdanə Əliyeva mənə dedi ki, Təhsil Nazirliyi sənin diplomunu tanımır. Dedi ki, nazirlikdə tanışım var, 3 min manat ver ona deyim həll etsin. Həmin 3 min manatı da verdim. Bir müddət dərslərdə iştirak etdim”.

Şahid ifadəsində 3 illik təhsil müddətində Dürdanə Əliyevaya ümumilikdə 8 250 manat pul verdiyini bildirib. Şahid deyib ki, son ödənişi ötən ilin noyabr ayının 8-də təqsirləndirilən şəxsə ödəsə də, sonradan öyrənib ki, Dürdanə Əliyeva bir gün əvvəl işdən çıxarılıbmış.

Təqsirləndirilən şəxs şahidin ifadəsinə münasibət bildirərək, deyilənlərin yanlış olduğunu deyib. D.Əliyeva bildirib ki, Təranə Ağayevadan əlavə İslam Universitetinin dörd nəfər məzunu həmin vaxt təhsil alıb, onlarla bağlı heç bir problem olmayıb. O bildirib ki, diplom saxta olsaydı, şahid imtahanlarda iştirak edə bilməzdi.

Daha sonra şahid qismində Zərdab rayon sakini Elnur İmamzadə ifadə verib. Şahid bildirib ki, 2020-ci ildə nişanlı olduğu Elnurə Abdullayevanın əlavə təhsili ilə bağlı Bakı Slavyan Universitetinə müraciət edib. Universitetdə işləyən tanışları Fərrux adlı müəllim əlavə təhsil üçün 1600 manat pul verməli olduqlarını deyib:

"1600 manatı verdik. Sonradan problem oldu, Fərrux müəllim 1600 manatı geri qaytardı. İş də alınmadı”.

Prosesdə şahidin hazırkı ifadəsi ilə istintaq zamanı verdiyi ifadə arasında ziddiyyətlər olduğu üçün əvvəlki ifadəsi elan olunub. Şahid əvvəlki ifadəsində Dürdanə Əliyeva ilə görüşdüyünü və nağd şəkildə ona 1600 manat pul verdiyini deyib.

Proses yanvarın 24-də davam etdiriləcək.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.

Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.

(unikal.org)

Son xəbərlər

Azərbaycan qılıncoynadanı beynəlxalq turnirdə qızıl medal qazanıb

Türkiyə Ordusu İraqın şimalında terrorçuların hədəflərinə aviazərbələr endirib

Slovakiyada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb

Oktyabrın ən uğurlu və əlverişsiz günləri

“Sabah” basketbol klubunun baş məşqçisi: Qələbə uğrunda sona qədər mübarizə aparacağıq

“Sabah”ın kapitanı: Azərbaycan basketbolunu Avropada ən yaxşı səviyyədə təmsil etmək istəyirik

Prokurorluq orqanlarının yaranmasından 105 il ötür

Hərbi xidmətə növbəti çağırış BAŞLADI

Erməni radikallar səfirliyimizə HÜCUM EDƏCƏKLƏR

Slovakiyada keçirilən parlament seçkilərində lider partiyanın adı açıqlanıb

Amasiyada sərnişin avtobusu aşdı: 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Ukraynanın üç bölgəsində hava hücumu xəbərdarlığı elan edilib

ABŞ kimyəvi silahların məhv edilməsinə 50 milyard dollardan çox vəsait xərcləyib

MDB platformasında psixiatrik və narkoloji yardımın göstərilməsinin mükəmmələşdirilməsi məsələləri müzakirə olunub

Səkkiz ayda qeyri-neft məhsulları arasında ən çox elektrik enerjisi ixrac olunub

Oktyabrda Bakıda növbəti “Baku Fintech Forum 2023” keçiriləcək

Uşaqlar dünyanın sevinci, ən çox sevgi və qayğıya ehtiyacı olan varlıqlardır - FOTOLAR

Rotterdamda atışmada 3 nəfər ölüb

Erməni bloger İlham Əliyevə müraciət etdi

İranda polis polkoviniki ÖLDÜRÜLDÜ

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi

Rusiya ordusu Kursk və Kaluqada 11 PUA vurdu

Paşinyanı hədələyən Şuşanyan həbs edildi

Hərəkətsiz həyat, yoxsa smartfonlar səhhətimizə daha çox ZİYAN VURUR?

Toyların keçirilməsinə QADAĞA QOYULUR?

Bu şəxslər quru yolla sərhədi keçə bilər

Hərbçilərimiz Xocavəndin mərkəzində - VİDEO

Türkiyəli nazir Qənirə Paşayevadan YAZDI

Bütün xəbərlər
«    Oktyabr 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031