Bu gün Xalq artisti, müğənni və aktrisa Məleykə Əsədovanın doğum günüdür. Onu da qeyd edək ki, Məleykə Əsədova Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin fəxri üzvüdür.

Xalq artisti bildirib ki, ad gününü tamaşaçıları ilə birlikdə qeyd edəcək: “Bu gün mənim üçün çox gözəl bir gündür. Yaşımı sevirəm. İllərim addımlarımdır. Hər addımımda isə zəhmət var. Bu yaşa çatmaqda zəhmət var. Aprel ayının əvvəlindən bəri ad günümlə bağlı təbriklər gəlir. Ötən gün gecə saat 12 olan kimi isə ilk məni qızım təbrik edib. Mən səhnə üçün doğulmuşam. Uşaqlıqdan bəri bu sənəti sevmişəm və sənətin ən çətinini seçmişəm. Buna görə ad günümü də səhnədə, tamaşaçılarımla qeyd edəcəyəm. Bu gün İlyas Əfəndiyevin əsəri əsasında səhnələşdirilmiş “Xurşidbanu Natəvan” tamaşası ilə səhnədə olacağam”.

Qeyd edək ki, Məleykə Əsədova 1966-cı il aprelin 23-ü Neftçala rayonunda anadan olub. O, 1998-ci ildə Əməkdar artist, 2000-ci ildə isə Xalq artisti fəxri adları ilə təltif olunub. Prezident mükafatçısıdır. 2014-cü ildə Cəfər Cabbarlı adına Mükafata layiq görülüb. 2019-cu ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Bir çox film və tamaşalarda rol alan aktrisa Gültəkin (“Aydın”, Cəfər Cabbarlı), Leyli (“Leyli və Məcnun”), Şirin (“Fərhad və Şirin”, Səməd Vurğun), Jalə (“Yad qızı”, Orxan Kamal), Əfsanə (“İtkin gəlin” Əlibala Hacızadə), Cavidan (“Dodaqdan qəlbə”, Rəşad Nuri Güntəkin), Sara (“Apardı sellər Saranı”, Kəmalə Ağayeva), Xurşidbanu Natəvan (“Güllələnmiş heykəllər”, Hüseynbala Mirələmov) və başqa bir çox obrazları ilə sevilir.


Son xəbərlər

Həkim olmaq böyük məsuliyyətdir - FOTOLAR

Ədviyyatların boyatladığını göstərən 4 işarə

“Ad günümü səhnədə qeyd edəcəyəm” - 60 yaşlı Məleykə

Ölkədə yeni dələduzluq forması peyda OLUB - Vətəndaşın adına onlayn kredit götürüldü

“Avroviziya” təmsilçimiz yeni obrazda - FOTOLAR

Türkiyəli məşhur aparıcıda xərçəng aşkarlandı - FOTO

Bakı bulvarında yeni nəfəs - Caz və Şərab Festivalı başlayır+Fotolar

Martın 15-i keçirilmiş buraxılış imtahanında 9 nəfər maksimal nəticə göstərib

Bakıda və bölgələrdə külək güclənəcək - Sarı və narıncı XƏBƏRDARLIQ

"The Holland Times": Azərbaycanın şəhərləri - tarixi irs və davamlı inkişaf sintezi nümunəsidir

ARDNF I rübdə 22 ton qızıl satıb

Qərbi Azərbaycan: tarixi həqiqətlər və geri dönüş perspektivləri - FOTOLAR

"Qalatasaray" Türkiyə Futbol Federasiya ilə bütün əlaqələri kəsdiyini bəyan edib

Çin şirkəti 2027-ci ilədək uçan avtomobillərin kütləvi istehsalına başlamağı planlaşdırır

Milyonlarla ukraynalı səfərbərlikdən yayınır - Budanov

Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm

Prezident Kitabxanası Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr edilən virtual sərgi hazırlayıb

Vergi cinayətləri faktları üzrə 89 cinayət işi başlanılıb

“Rabitəbank”dan bank, sığorta və mobil operator əməkdaşlarına özəl nağd pul krediti kampaniyası

Premyer Liqanı tərk edəcək daha bir komanda məlum oldu

Rəqsanə barəsində qətimkan tədbiri dəyişdirildi

Sabah Azərbaycanda 25 dərəcə isti gözlənilir - PROQNOZ

İlham Əliyev: İnanıram ki, IX Qurultay Ağsaqqallar Şurasının fəaliyyətini təkmilləşdirəcək

Torpaq sürüşməsi 6 kəndlə gediş-gəlişi çətinləşdirdi - Fotolar

Vilayət Eyvazov Göyçayda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

Üzeyir Hacıbəylinin “Koroğlu" operasında Bülbül yaradıcılığının təcəssümü

Ağcabədidə Kür çayı bəndi yarıb

Şərafəddin Ilkin : DÜŞÜNÜRSƏNMİ... - FOTO

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930