Xəbərlər
24.04.2026, 00:12
Solmaz Şirin : CAVANLIQ - FOTO
Cavanlıq bir quşdur, uçub gedəcək,
Möhkəm tut əlində, saxlaya bilsən...
Səni arxayın və ümid edəcək,
Bir də görəcəksən, gülsüz bülbülsən.
Elə möcüzə ki, birdən qeyb olmur,
Anbaan əriyir, gözə görünmür.
Elə vəfasız ki, saralmır, solmur,
Bir də boylanırsan - keçibdir ömür.
"Əlvida" deməmiş, sağollaşmamış,
Tərk edir vəfasız, qəlbsiz dostlar tək.
Necə də zalımdır, dağı aşmamış,
Tullayır tərkindən çılğın atlar tək.
Aparır verdiyi gücü, qüvvəti,
Nolaydı, yadigar qoyub gedəydi.
Nolardı çataydı, barı, qüdrəti,
Gözəllik, çeviklik peşkəş edəydi.
Allah, necə qıyır, nə zalımmış o,
Verir qocalığın çənginə bizi.
Övladını atan qəddar ana tək,
Atır möhtaclığın ənginə bizi.
Möhkəm tut əlində, saxlaya bilsən...
Səni arxayın və ümid edəcək,
Bir də görəcəksən, gülsüz bülbülsən.
Elə möcüzə ki, birdən qeyb olmur,
Anbaan əriyir, gözə görünmür.
Elə vəfasız ki, saralmır, solmur,
Bir də boylanırsan - keçibdir ömür.
"Əlvida" deməmiş, sağollaşmamış,
Tərk edir vəfasız, qəlbsiz dostlar tək.
Necə də zalımdır, dağı aşmamış,
Tullayır tərkindən çılğın atlar tək.
Aparır verdiyi gücü, qüvvəti,
Nolaydı, yadigar qoyub gedəydi.
Nolardı çataydı, barı, qüdrəti,
Gözəllik, çeviklik peşkəş edəydi.
Allah, necə qıyır, nə zalımmış o,
Verir qocalığın çənginə bizi.
Övladını atan qəddar ana tək,
Atır möhtaclığın ənginə bizi.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













