Xəbərlər
24.04.2026, 00:51
Nazir özünə yeni müşavir təyin etdi - Foto
Gənclər və İdman Nazirliyində yeni kadr təyinatları olub.
“Qafqazinfo” İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı nazir Fərid Qayıbov müvafiq əmrlər imzalayıb.
Əmrə əsasən, Elşad Məmmədov gənclər və idman nazirinin müşaviri vəzifəsinə təyin olunub.
Bundan əlavə, indiyədə qədər Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edən Fərid Məmmədzadə Aparat rəhbəri təyin edilib.
Qeyd edək ki, Fərid Məmmədzadə 1990-cı ildə anadan olub. O, 2021-2022-ci illərdə gənclər və idman nazirinin köməkçisi, 2022-2025-ci illərdə nazirin müşaviri vəzifələrində çalışıb.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay