Xəbərlər
14.04.2022, 23:33
Gənclər və idman naziri Fərid Qayıbov Əlcəzairin və Qətərin ölkəmizdəki səfirləri ilə görüşüb
Aprelin 14-də gənclər və idman naziri Fərid Qayıbov Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Abdelouahab Osmanla və Qətərin fövqəladə və səlahiyyətli səfiri Həməd Abdullah Al Hinzabla görüşüb. Hər iki görüşdə qonaqları salamlayan nazir onlara ölkəmizdə idmana göstərilən dövlət qayğısı, həmçinin gənclər siyasəti barədə məlumat verib.
Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşlər zamanı ölkələrimiz arasında dostluq münasibətlərindən bəhs edilib. Eyni zamanda, Əlcəzairlə və Qətərlə gənclər və idman sahələrində də əlaqələrin inkişaf etdirilməsinin zəruriliyi qeyd edilib, gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay