
Xəbərlər
23.04.2026, 11:31
Şərafəddin Ilkin : DÜŞÜNÜRSƏNMİ... - FOTO
Mən səni çox sevirdim,
Su kimi, hava kimi.
Sən mənə gərək idin
Dərdimə dəva kimi.
Amma ki, məhəbbətin
Oldu ömrümə qənim.
Talehimə od qoyub
Qismətindən gedənim.
İnanmıram dünyada
Mən tək sevənin olsun.
Sənin bircə kəlmənə
Qaçıb, gələnin olsun..
Bilirəm, mənim kimi
Sən də xoşbəxt deyilsən.
Nə mən həmən Məcnunam
Nə də sən o Leylisən.
İndisə, bəlkə sənin
Heç düşmürəm yadına.
Mənsə ömrümü verdim
Sən adlı o qadına.
...Səndən umacağım yox,
Sevirəm əvvəlki tək.
Mən də sənin yadına
Düşürəmmi, ay mələk?
Su kimi, hava kimi.
Sən mənə gərək idin
Dərdimə dəva kimi.
Amma ki, məhəbbətin
Oldu ömrümə qənim.
Talehimə od qoyub
Qismətindən gedənim.
İnanmıram dünyada
Mən tək sevənin olsun.
Sənin bircə kəlmənə
Qaçıb, gələnin olsun..
Bilirəm, mənim kimi
Sən də xoşbəxt deyilsən.
Nə mən həmən Məcnunam
Nə də sən o Leylisən.
İndisə, bəlkə sənin
Heç düşmürəm yadına.
Mənsə ömrümü verdim
Sən adlı o qadına.
...Səndən umacağım yox,
Sevirəm əvvəlki tək.
Mən də sənin yadına
Düşürəmmi, ay mələk?
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













